Əjdər Ol İstanbulda Türk Ədəbiyyatı
Vəqfinin qonağı olub
İstanbuldakı Türk Ədəbiyyati Vəqfində Azərbaycanın
tanınmış şairi
və nasiri Əjdər Olun iştirakı ilə “Türkün könül coğrafiyası” adlı konfrans keçirilib.
Tədbir zamanı ədibin qələm dostu, tərcüməçi İmdad
Avşarın çevirdiyi
və Vəqfin nəfis tərtibatda nəşr etdirdiyi “Tütün limanı” hekayələr toplusunun təqdimatı da gerçəkləşib. Vəqfin başqanı
Sərhəd Kabaklının
Əjdər Ol haqqında dolğun təqdimatından sonra tədbir İmdad Avşarın moderatorluğu
ilə davam edib.
Əjdər Ol öz yaradıcılığı barədə
geniş danışaraq,
bu nəşrdə və digər kitablarında yer alan əsərlərinin
mövzu qaynağından
söz açıb, onların əsasən gerçəkçiliyə söykəndiyini
vurğulayıb. Deyib ki,
həyat və fəaliyyət yolunda bir çox maraqlı hadisələrin
canlı şahidi olaraq gördüklərini
bədii formada oxucularına çatdırmağa
çalışıb. Poetik yaradıcılığından bir neçə nümunə söyləyən
Əjdər Ol iştirakçıların onunla
daha yaxından tanışlığına imkan
yaradıb.
Oxucuları maraqlandıran sualları
cavablandırdıqdan sonra məşhur ozan Əsəd Kabaklı Əjdər Ola Vəqfin fəxri plaketini
təqdim edib. Sonda Əjdər
Ol yeni çıxan
kitabını tədbir iştirakçıları üçün imzalayıb.
525-ci qəzet.- 2019.- 19 yanvar.- S.13.