“Yaşıl dəftər”dəki “Qar 

 

 

 

Üç il bundan öncəydi... Uzun müddətdi ki, Bakıya qar yağmırdı.Akademiya kitab evi”nin arxa həyətindən başlayıbHüseyn Cavidparkınacan uzanan ağappaq şam ağaclarının altında qartopu oynayan olduqca xoşbəxt görünən sevgililərin yanından keçib, kitabxanaya buruldum. Qarın ayaq altda qalıb çıxardığı o müdhiş xırçıltını duydum içimdə qəfil peyda olan kövrəkliklə yazıçı olacağımı, həyatımın bundan sonrakı hissəsini yazaraq keçirmək istədiyimi düşündüm, bığaltı gülümsədim. Cibimdən yaşıl dəftərimi çıxarıb nəsə qeyd elədim.

 

Kitabxananın dopdolu rəflərini gəzir hərdən məni müşayiət edən satıcı qızın məsləhətlərini dinləyirdim. Elə bu an Orxan PamukunQarromanına gözüm sataşdı: kitabı götürüb açdım, amma ilk cümlələr məni açmadı... Aylar sonra mənə şirin bir nəğmə kimi gələcək cümlənin əsl dadını əvvəldən aşiq olmayan, ancaq tədricən öyrəşib sevən adamlar kimi, sonradan hiss edəcəkdim... Satıcı qızQar”ısevgi romanıkimi tanıtdı. Yəqin, üst-başıma qonub hələ qalan qardan, uzun paltomdan (Ka.nın roman boyu Qarsda geyindiyi Almaniyada, FrankfurtdaKaufhofmağazasından aldığı paltoyamı oxşayırdı?...), şərfimdən məni romantik, sevgi romanlarını xoşlayan cavanlara bənzətmişdi. Satıcı qızın sözünə güvənib, “Qar”ı ilk dəfəsevgi romanıkimi oxudum, təəssüratım o cür oldu. Aradan bir müddət keçdi mən romana yenidən qayıtdım. Oxuduqca mütaliə təcrübəsinin diktə elədiyi şərtlərlə romanın texnikası, Balzakdan gələn ənənələrin Pamuk qələmindən aldığı rənglər, siyasət, tənhalıq, qarlı, kimsəsiz Qars küçələri, kədərli insanlar, peşmanlıq, postmodernist gedişlər, Ka. Kafka arasında uyğunluq, Qars, “Qəsr Türkiyə... haqqında düşündüm. Bunu müəllifin özü etiraf etmişdi ki, “Qarəslində, siyasi romandır. Bəli, modern Türkiyə həyatından bəhs edən siyasi bir roman. Ancaq nədənsə, romanı yenidən oxuduğum bu yaxın günlərdə çoxdan unutduğum turşməzə bir dad hiss elədim. Görünür, “Qar”ı sevgi romanı kimi oxuduğum vaxtdan qalan o dad hələ damağımdan çəkilməmişdi...

Bu yazı daha çoxQar”ı sevgi macərası bilən çiynində qar gəzdirən romantiklərüçündür. Odur ki, üç il öncə, çox sevdiyimYaşıl dəftər”imə, hələ atmadığım nazik diyircəkli qələmlə yazdığım qeydlərimi olduğu kimi verirəm. Daha doğrusu, onların taleyini zövqünə güvəndiyim redaktorun ixtiyarına buraxıram.

***

... Romanın əsasında dikbaşlı, həssas şair Ka.nın tələbə yoldaşı İpəkə sevgisi dayanır. Sanki bütün hadisələr Ka. və İpəkin sevgisi ətrafında planetlər kimi fırlanır, hər şey bu məhvərdə cərəyan edir; siyasət, din, qar və yerdə qalan hər nə varsa... Ka.nın İpəkə olan məhəbbəti yalnız bir hissədə, unikal bir cümlə ilə açılır: “Cumhuriyyət” qəzetində siyasi şərhlərlə çıxış edən Tanerin sözlərini dinləyərkən Ka. İpəyin gözəlliyini düşünmüşdü”.

Ka. illər öncə Frankfurta sürgün olunmuş, adı siyasi məsələlərlə anılmış, dövlətin nəzərində şübhəli bir şəxsdir. Anasının ölümü üzündən illər sonra Türkiyəyə qayıdır. Dostu Tanerlə söhbətləri nəticəsində Qarsa getməyə, orada intihar edən qızlarla bağlı “Cümhuriyyət” qəzetinə xəbər hazırlamağa qərar verir. Ka.nın şəhərə gəlişilə bir vaxtda Qarsın qapıları şiddətli qar üzündən bağlanır və hamı birdən-birə roman qəhrəmanı olmağa başlayır: qar, Ka.nın arxasınca düşən qara it, siyasi yönümlü gənclər, əşyalar, məkanlar... Qars şəhəri bütün rəngarəngliyi, tarixi ilə Türkiyənin kiçik bir modelidir. Siyasi çəkişmələrə, atışmalara, sui-qəsdlərə rəğmən, Qarsın müxtəlif məkanlarında özünəxas bir əda ilə dolaşan Ka. bu qədər gərginliyin, sıxıntıların arasında səbrlə İpəkdən öz sevgisinə cavab gözləyir. Ancaq bir yandan da Ka. xoşbəxtlikdən qorxur, çünki o, həm də “yaxşı şeirlər yazmaq istəyir”. İpəkə olan məhəbbəti, sənətə olan məhəbbətini üstələsə, hiss etdiyinin həqiqi xoşbəxtlik olmayacağını düşünür. Həddən artıq xoşbəxtlik və ya bədbəxtlik onun özünə inamını sarsıdır...

İpək əvvəllər - tələbəlik illərində Ka.nı sevib, amma sonra (bəlkə də elə Ka.ya bənzətdiyi üçün) bir başqa şairlə - Muxtarla evlənib. MuxtarKa. arasında həqiqətən qəribə oxşarlıqlar sezilir. Hər ikisi şairdirmodernist şeirlər yazır, ikisi də insanların bu şeirləri anlamadığını, Türkiyə insanın modern şeiri həzm edə bilmədiyini düşünür. Bu isə onları incidir. Hər ikiuğursuzşair xoşbəxt deyil və xoşbəxtliyi bir ünvanda - İpəkdə görür. Muxtar uşaqlığının keçdiyi, dünyaya göz açdığı yerlərdən yad, soyuq bir məkana sürgün olunub, elə Ka. da...

Muxtar keçmiş ateist-kommunist olsa da, Qarsda keçən kədərli günlərindən birində yolunu oralarda məşhur olan Şeyx Əfəndinin təkkəsindən salır. Quşbaşı qarın altında ağaca söykənib sərxoş halda ölümü gözləyərkən yaxınlıqdakı evin qapısı açılır, içəridən gələn işıq Muxtarın üzünə düşür, onu oyadır. Bunda mistik bir işarə görən Muxtar qalxıb Şeyxin yanına gedir, onun əlini öpür. Şeyxonun əlini öpürMuxtar bundan mütəəssir olur. Beləcə bütün varlığı ilə İslama sığınır. Çox keçmədən, İpəki hicaba keçməyə məcbur edir. İpəksə boyun əyməyib Muxtardan boşanır.

Ka. “Qarspalas” otelində yaşayırdı. Ona dəhlizin sonundakı 217-ci otağı vermişdilər. 217! Bu sual roman boyu zehnimdə dolaşıb özünə cavab qazanmağa çalışdı: “Görəsən, Ka.ya niyə məhz dəhlizin sonundakı o balaca otaq verilib?” Cavab isə romanın “Ka. ilə İpək otel otağında” adlı bölümündəymiş... Ka. həsrətlə İpəki gözləyir, nəhayət, onlar qovuşub-sevişirlər, həzz anında İpək ucadan qışqırır və yalnız bu zaman Ka.ya da, diqqətli oxucuya da məlum olur ki, dəhlizin sonundakı bu otaq, əslində, hər ikisinin ehtirasla arzuladığı bu möhtəşəm anda kimsənin onları (həm də onların kimsəni) narahat etməməsi üçün seçilib. Bəs 217 rəqəminin açılışı nədir? 2-ni yerində saxlayıb, 1-in üstünə 7-ni gəlsək, 28 alınır. Yuxarıda bəhs olunan bu qovuşma da elə romanın 28-ci bölümündə baş verir...

Satıcı qız haqlıymış... Hər nə qədər siyasidini proseslərə yer verilsə də, Orxan Pamukun “Qar”ı daha çox sevgi romanıymış...

***

Qeydlər burada qırılır: “Yaşıl dəftər”in “Qara aid sonrakı vərəqləri qoparılıb.

 

Orxan HƏSƏNİ

 

 

525-ci qəzet.- 2019.- 19 yanvar.- S.17.