Miniatür üslubuna müasirlik bəxş edən sənətkar

 

 

75 YAŞI TAMAM OLAN XALQ RƏSSAMI SİRUS MİRZƏZADƏNİN YUBİLEY PORTRETİ

 

 

Bakıda və Moskvada ixtisas təhsili aldıqdan sonra - ötən yüzilliyin yetmişinci illərində müstəqil yaradıcılığa başlayan Xalq rəssamı Sirus Mirzəzadənin (1944) təsviri sənətin müxtəlif sahələrində öz yaradıcı potensialını reallaşdırmağa çalışması, həm də milli bədii məkanda hələ də yüksəlişini sərgiləyən "altmışıncı illər" nəslinin təmsilçiləri ilə rəqabətdə geri qalmamaq istəyindən qaynaqlanırdı desək, yanılmarıq.

 

Etiraf edək ki, həm onun, həm digər həmyaşıdlarının müstəqil yaradıcılığının başlanğıcının məhz sovet dövrü incəsənətimizin çiçəklənmə dövrünə təsadüfi etməsi, zaman etibarilə qədər təsadüfi idisə, ancaq onların kifayət qədər "güclü rəqiblər"lə əhatələnmələri bəlkə onların yaradıcılığının inkişafına müsbət təsir göstərən "alın yazısı" idi. Bu gün həmin nəslin əksəriyyətinin müasir Azərbaycan təsviri sənətinin mənəvi yükünü ləyaqətlə daşımaları da zamanında baş tutan nəsillərin bədii "qarşıdurması"nın uğurlu qürurdoğurucu nəticəsi saymaq olar...

Həmin illər ərzində keçirilən müxtəlif sərgilər yaradılan sənət nümunələri üçün sözün əsl mənasında, baxış sınaq meydanına çevrilmişdi. Müxtəlif "izm"lərə çəkilən nəzirələrin çoxluq təşkil etdiyi həmin dövrdə öz yaradıcı potensialını fərdi fərqli estetik tutumda sərgiləyən gənclərin sırasında Sirus Mirzəzadənin xüsusilə seçilməsi danılmaz idi. Belə ki, əksər həmyaşıdlarının ilham mənbəyini Avropada axtardıqları bir zamanda, o, öz yaradıcılığında daha çox qədim sələflərinin qoyub getdikləri milli bədii irsə yaradıcı münasibət göstərməkdə, müxtəlif mövzulu janrlı əsərlərində ənənəni özünəməxsus bədii-estetik çalarlarla zənginləşdirməkdə idi.

Onun "Növbəyə" (1976), "Sakitlik" (1976), "Emalatxanada" (1976) s. əsərlərində müşahidə olunan lirik-romantik çalarların həm "sərt üslub"un estetikasından qaynaqlanması görünsə , bütünlükdə rəngkarlığımıza gördüklərinə yeni bədii münasibət ifadə edən bir yaradıcının gəldiyindən xəbər verirdi...

1980-ci illərə təsadüf edən növbəti onillikdə yaradıcı rəqabətin daha da gərginləşməsini müşahidə etmək mümkün idi. Bunu Azərbaycan təsviri sənətinin mənəvi yükünü daşıyan yaradıcılığı ilə şöhrət qazanmış fırça tişə ustalarının milli dəyərlərə söykənən əsərlər yaratmaq ənənəsini uğurla davam etdirmək gücünə malik gənclərin artması şərtləndirmişdi... 

Əslində, keçmiş sovet məkanı üçün kifayət qədər təzadlı hadisələrlə zəngin olan səksəninci illər incəsənətin bütün sahələrinə təsir göstərmişdi. Çox vaxt zaman distansiyasından arxada qalan iki qərinəlik dövrün "durğunluq illəri" hesab olunmasında, nəzərdən keçirdiyimiz onillikdə baş verənlərin "yenidənqurma" kimi dəyərləndirilməsində müəyyən subyektivlik mövcuddur. Hər halda, zamanında cəmiyyətin yaşadığı müxtəlif məzmunlu olayların mövcud siyasi sistemin çöküşünə xidmət etdiyi bir qədər sonra üzə çıxacaq "zəif bənd"in məqsədli idarəçiliyindən qaynaqlandığı hiss olunmaqda idi.

Bunu əvvəlki dövrdə yaradılanları kölgədə qoya biləcək hadisəyə çevriləcək əsərlərin yaranmadığı da təsdiqləyir. Bununla belə, səksəninci illər necəliyindən asılı olmayaraq, təsviri sənət tariximizin təzadlı təşəkkülünün silinməz səhifələridir. Bu səhifədə yeni əsərlərində fərqli estetika sərgiləyən Sirus Mirzəzadənin özünəməxsus yeri vardır desək, həqiqəti söyləmiş olarıq.

Monumental sənət sahəsində ali ixtisas təhsili almış müəllifin 1980-ci illər yaradıcılığında möhtəşəmliyə bürünmüş dekorativliyin qabarıq duyulması da bunun göstəricisi olmuşdur. Dünyamıza realist-gerçəkçi baxışını miniatür üslubuna tapınmaqla gerçəkləşdirən rəssamın "Mənim əcdadlarımın torpağı" (1982), "İlin üç fəsli" (1982), "Qobelençilər" (1982), "Günəbaxanlar" (1982), "Suzanın yuxusu" (1983), "İkar haqqında nağıl" (1983), "Rəssamın qonağıyıq" (1983), "Xatirə" (1984), "Fələstin kədəri" (1984), "Çağırış" (1984), "Bakı, sabahın xeyir!" (1984), "İlin fəsilləri" dördlüyü (1985), "Şanapipiklə natürmort" (1985), "Bərpaçılar" (1986), "Ömrün tarixçəsi" dördlüyü (1986), "Uşaqlıqdan gəlmiş quş" (1986) tablolarında ənənə müasirliyin uğurlu vəhdətini görmək mümkündür.

Sirus Mirzəzadə yaradıcılığında davamlı axtarışların nəticəsi olan bədii ifadələr məcmusunu başlıca olaraq şərtiliyə rəmzləşdirməyə yönəltsə , təsvir motivlərini elə bu yığcam bədii vasitələrin təsir gücü ilə duyğulandırıcı mənəvi qaynağa çevirə bilmişdir. Bunu onun 1990-cı illər yaradıcılığı da təsdiqləyir.  "Uzağa baxanlar" (1991), "Arazın sahilində" (1991), "Gözmuncuğu" (1991), "Sarı fonda" (1992), "Pişiklə qız" (1992), "Sevgililər" (1992), "Şanapipik" (1994), "Mavi geyimli qız" (1994), "Söhbət zamanı" (1994), "Balıqçı balıq" (1994), "Rəssam model" (1996), "Qırmızı mənzərə" (1998), "Adəm Həvva" (1999) "İkiüzlü insan" (1999) kimi müxtəlif janrlı əsərlərində rəssamın qədim miniatür üslubu ənənələrinə, rəmzlərə bələnmiş müasir tutum vermək istəyinin uğurlu nəticələrini görmək mümkündür.

Öz monumental duyumunu müxtəlif mövzulu əsərlərin bədii şərhində sərgiləyən Sirus Mirzəzadə 2000-ci illərdəki yaradıcılığında da ənənəsinə sadiq qalmışdır. Onun müxtəlif janrlı əsərlərində qədim miniatür üslubundan yaradıcılıqla faydalanmanın özünəməxsus improvizələrinə rast gəlmək mümkündür. Çoxsaylı motivlərlə ifadə olunan Adəm Həvva mövzusu, eləcə "Rəfiqələr", "Qırmızı paltarda", "Qızmar günəş altında", " qız", "Söhbət zamanı", "Ünsiyyət", "Qara şlyapalı qız", "Eyvanda", "Balıqçı balıq", "Bahar" digər lövhələrində müşahidə olunan rəng dekorativliyi, poza-jest ifadəliliyinin vəhdətinin estetikasında hifz olunan cəlbedicilik duyğulandırıcılıq görünməkdədir.

Sənətkarın mövzu onların ifadəsi baxımından yeniləşən yaradıcılığının kamilləşmiş indiki mərhələsində daha qabarıq görünən estetik məziyyət rəssamlığımızda "Sirus Mirzəzadə görümü"nün yaranmasıdır. Bu görümdə qarşılaşdığımız - miniatür üslubu ənənələrinə yeni baxışın mövcudluğu, kompozisiyaların məna-məzmun yükü daşıyıcılığının rəmzi-şərti ayrıntılara etibar edilməsi bütünlükdə, gerçəkliyə bədii münasibətin fəlsəfi qata bələnməsidir...

Rəssamın özünəməxsusluğunu onun illər ərzində yaratdığı qrafik əsərlərdə müşahidə etmək mümkündür. Belə ki, əsərlərinin miniatür estetikasından qaynaqlanan monumentallığı bu kiçik ölçülü qrafik lövhələrdə mövcuddur.

Sirus Mirzəzadənin özünün monumentalçı-rəssam kimi ifadəsini həm onun divar rəsmlərində mozaik pannolarında görmək olar. Sovet dönəmində paytaxtda onun mərhum İsmayıl Məmmədovla birlikdə yaratdıqları divar rəsmləri (1980-ci illər) sonradan məhv edilsələr , onlar Azərbaycan monumental-dekorativ rəngkarlığını zənginləşdirən nümunələr kimi qalmaqdadırlar. Belə divar rəsmlərindən (ümumi sahəsi 500 kvadratmetr) biri - keçmiş "Əfsanə" kafesi üçün XII əsr Azərbaycan dünya ədəbiyyatının ulduzu sayılan Nizami Gəncəvinin "Xəmsə"sinin süjetlərini məna-məzmun daşıyıcısı seçən müəlliflər, onu miniatür üslubunda gerçəkləşdirməklə, motivlərin yaddaqalan cəlbedici tutum almasına nail olublar.

Onların indiki Fəvvarələr meydanında - yeraltı məkanda yerləşən "Retro" fotoatelyesinə verdikləri bədii tərtibat (1980-ci illər) da estetik tutumuna görə bənzərsiz idi. Divarlardakı eyvan elementlərini ümumi kompozisiyaya (ümumi sahəsi 150 kvadratmetr) qatan müəlliflər, bunun nəticəsində köhnə Bakının canlılığı həyatiliyi birmənalı olan səhnələrinin yaranmasına nail olmuşdular.

Sirus Mirzəzadənin sənət dostları (R.Heydərzadə, A.Ələsgərov, E.Tahirov) ilə birlikdə işlədiyi "Səadət"(1975) "Fəhlə əlləri" (1978) relyefli mozaikaları da sənətlərin sintezinin uğurlu həlli baxımından yaddaqalandırlar. Hər iki əsərin ötən illərin ideoloji sınağından şərəflə çıxması da onun zamansızlığa qovuşmasından xəbər verir.

Onun müstəqillik dövründə A.Şaiq adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fasadı üçün işlədiyi "Azərbaycan naxışları" adlı keramik pannosu da memarlıq tikilisi ilə vəhdət təşkil etməklə, onun ümumi estetikasını daha da zənginləşdirmək gücündədir...

Sirus Mirzəzadənin təhsil sonrası - ötən əsrin yetmişinci illərindən başlayaraq pedaqoji fəaliyyətlə məşğul olmasını, yəqin ki, onun həyatını mənalandıran önəmli hallardan saymaq olar. Rəssamlığın sirlərini ondan öyrənən və bu gün həm yerli, həm də xarici ölkələrin təsviri sənət məkanında uğurla fəaliyyət gənc yaradıcıların çoxluğu yəqin ki, ona həyatda rahatlıq bəxş edən mühüm dəyərlərdəndir. Onun daşıdığı "Professor" vəzifəsi də elmi-pedaqoji fəaliyyətinə verilən qiymətdir. Bu sahədə səmərəli çalışmasının nəticəsidir ki, o, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki rəssamlıq kollecinin (keçmiş "Əzimzadə məktəbi") direktorudur. Ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Xalq rəssamı fəxri adının verilməsini də Azərbaycan təsviri sənət məkanında önəmli yer tutan rəssam-pedaqoqun əməyinin yüksək səviyyədə dəyərləndirilməsi hesab etmək olar.

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 22 yanvar.- S.6.