Davos-2019: Dünyada
Azərbaycana maraq artır
DÜNYA İQTİSADİ FORUMU AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA VƏ ÖLKƏMİZİN BÖLGƏDƏ OYNADIĞI ROLA XÜSUSİ ƏHƏMİYYƏT VERİR
İsveçrənin Davos şəhərində 49-cu Dünya İqtisadi Forumu öz işinə başlayıb.
Ənənəvi olaraq, hər il keçirilən
forum qlobal əhəmiyyətli
məsələlərin müzakirə
edildiyi önəmli platformaya çevrilib. Belə bir tədbirə Azərbaycan prezidentinin də mütəmadi dəvət alması ümumbəşəri problemlərin
həllində ölkəmizin
tutduğu mövqe, oynadığı rola verilən əhəmiyyəti
özündə ehtiva
edir. Bu mənada,
regionda unikal tərəfdaşlıq platforması
yaradan, həyata keçirdiyi irimiqyaslı
layihələr, o cümlədən,
nəqliyyat və enerji dəhlizləri ilə dünyanın diqqət mərkəzinə
düşən, böyük
investisiya şirkətlərini
özünə cəlb
edən Azərbaycan budəfəki forumun işində də aktiv iştirakı ilə seçilir.
"Dördüncü sənaye
inqilabı dövründə
qlobal memarlığın
formalaşması" mövzusuna
həsr olunan forumda iştirak etmək üçün Davosa səfər edən Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı
görüşlər ayrı-ayrı
dövlətlərin, beyin
mərkəzlərinin, nüfuzlu
şirkətlərin Azərbaycana
olan marağını,
əməkdaşlıq əlaqələrini
inkişaf etdirmək niyyətini bir daha ortaya qoyub.
Təsadüfi deyil ki, İlham
Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında
keçirilən görüşün,
aparılan səmərəli
müzakirələrin nəticəsi
olaraq yeni istiqamət üzrə əməkdaşlığın əsası qoyulub. Söhbət Azərbaycan Hökuməti
və Dünya İqtisadi Forumunun 4-cü
Sənaye İnqilabı
Mərkəzi arasında
qurulan əlaqələrdən
gedir. Bu məqsədlə Azərbaycanın
dövlət başçısı
və Dünya İqtisadi Forumunun prezidenti arasında əməkdaşlıq sazişinin
təntənəli mübadiləsi
həyata keçirilib.
Tərəflər arasında baş
tutan söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti dövlət başçısı İlham
Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirib və Azərbaycanın
4-cü sənaye inqilabına
doğru qətiyyətli
addımlar atdığını
qeyd edib. B.Brende son 20 ildə Bakının sürətlə tanınmaz
dərəcədə dəyişdiyini
vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan Hökuməti
və Dünya İqtisadi Forumunun 4-cü
Sənaye İnqilabı
Mərkəzi arasında
əməkdaşlıq sazişinin
vacibliyini qeyd edərək deyib ki, bu sənəd
bizim tərəfdaşlıq
ruhumuzu və qarşılıqlı səylərimizi
davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlət başçısı bildirib
ki, Azərbaycan
4-cü sənaye inqilabının
hədəflərinin həyata
keçirilməsində çox
fəal iştirak edəcək. Keçən
il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının
9,1 faiz artdığını
vurğulayan İlham Əliyev əminliklə vurğulayıb ki, ölkəmiz bu vacib layihədə yaxşı tərəfdaşlar
olacaq.
Prezident, həmçinin, növbəti
dəfə Dünya İqtisadi Forumunda iştirakından və forumla Azərbaycan arasında əməkdaşlıq
əlaqələrinin yüksək
səviyyədə olmasından
məmnunluğunu ifadə
edib. Forumun dünyada gedən
transformasiya prosesinin yeni təmayülləri və çağırışların
müzakirəsi baxımından
əhəmiyyətini vurğulayan
dövlət başçısı
Azərbaycanın öz
inkişaf strategiyasını
yenilənən beynəlxalq
və regional təmayüllər
nəzərə alınmaqla
qurduğunu bildirib.
Prezident ölkəmizdə aparılan
islahatlar, inkişaf prosesləri barədə məlumat verib, böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən,
Şərq-Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizləri
ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının
həm ölkəmiz,
həm də region üçün əhəmiyyətini
qeyd edib. Dövlət başçısı Azərbaycanda
biznes mühitinin daha da inkişaf
etdirilməsi istiqamətində
aparılan islahatlar barədə də məlumat verib.
B.Brende Azərbaycan
ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan
və ölkəmizin
bölgədə oynadığı
roldan məmnunluğunu
ifadə edib. Bildirilib ki,
Azərbaycanın qonşu
və region dövlətləri
ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının
bölgə ölkələrinin
inkişafında əhəmiyyətli
rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.
Dövlət başçısı daha
sonra "Visa" şirkətinin
prezidenti Rayan Maklnerni ilə görüşüb. Görüşdə
R.Maklnerni bu il Davosa
səfərlərinin əsas
məqsədinin Azərbaycan
prezidenti ilə görüşmək olduğunu
xüsusi vurğulayıb.
O, son illər Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal
ödənişlərin inkişafında
mühüm irəliləyişlərin
baş verdiyini və bu sahədə
müxtəlif layihələrin
reallaşdırılmasında
"Visa" şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq
etdiyini bildirib.
Prezident
İlham Əliyev elektron ödənişlərin
inkişafının ölkə
üçün əhəmiyyətli
məsələlərdən biri olduğunu və bu məqsədlə
geniş islahatların
aparıldığını, bu islahatların artıq nəticələr
verdiyini, o cümlədən,
bunun beynəlxalq reytinqlərdə, məsələn,
"Doing Business 2019" hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən
25-ci yerə yüksəldiyini
bildirib. Dövlət başçısı əməkdaşlıq səylərinin
daha da gücləndirilməsinin
önəmini ifadə
edib.
Bundan başqa, Prezident İlham Əliyevin BP qrupunun baş icraçı direktoru
Robert Dadli, "CISCO" şirkətinin
icraçı vitse-prezidenti
və satış rəhbəri xanım
Gerri Elliott, Gürcüstanın baş naziri Mamuka Baxtadza və digər nüfuzlu siyasətçi,
qurum və şirkət rəhbərləri
ilə görüşlər
keçirib, əlaqələrin
inkişafı istiqamətində
səmərəli danışıqlar
aparıb.
Prezidentin
Davos səfəri ilə bağlı fikirlərini bildirən Milli İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki,
Davos Dünya İqtisadi Forumu yenidən 4-cü sənaye
inqilabı mövzusunu
gündəmə gətirib:
"Ötən il də bu mövzu
aparıcı olub. dördüncü sənaye inqilabında, anlaşıqlı desək,
bütün sahələrdə,
ətrafımızda olan
hər şeydə rəqəmsal transformasiya
baş verəcək.
Söhbət rəqəmsallaşmaqdan getmir. Bu, artıq
arxada qalmış proses hesab olunur.
Yəni fiziki, texnoloji, rəqəmsal və bioloji olan nə
varsa, onlar arasında sərhədlər,
demək olar ki, yox olacaq".
O.Gündüzün sözlərinə
görə, dünyanın
hazırda mövcud olan trendlərinə baxsaq görərik ki, proses artıq
başlayıb: "Müasir
gedişat hökumətlərdən,
biznesdən və bütövlükdə cəmiyyətdən
dünyada baş verən sürətli dəyişikliklərə uyğunlaşmağı
və strateji hədəflər müəyyən
etməyi tələb
edir".
Ekspert qeyd edib ki,
Davos Forumunun hesabatına görə, yaxın bir neçə ildə milyonlarla iş yerləri ixtisara düşməlidir: Hansı
ki, bu iş
yerlərində vacib olan bilik və
bacarıqlar artıq heç kimə lazım olmayacaq. Yeni peşələr, yeni bilik-bacarıqlara malik işçilərə ehtiyac
yaranacaq".
"Davosda Prezident
İlham Əliyev Azərbaycan Hökuməti
və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye
İnqilabı Mərkəzi
arasında əməkdaşlıq
sazişini imzalayıb. Dövlət başçısı bildirib
ki, dördüncü
sənaye inqilabının
hədəflərinin həyata
keçirilməsində Azərbaycan
da çox fəal iştirak edəcək. Düşünürəm
ki, vaxt az, rəqabətə
davamlı infrastruktur qurmaq, rəqəmsal transformasiya üçün
görüləcək işlər,
həllini gözləyən
problemlər isə çoxdur. Əldə olunan uğurlar inkişaf etdirilməli, xüsusilə də düşünürəm ki,
biznes üçün
daha münbit şərait yaratmaq, biznesə dövlət müdaxiləsini münimuma
endirmək lazımdır",
- deyə O.Gündüz
bildirib.
Bu mənada, ekspertin
fikrincə, yeni çağırışlara cavab
verən, dördüncü
sənaye inqilabının
hədəflərinə istiqamətlənən
yeni strategiya hazırlanmalıdır.
Deputat Elşən
Musayev isə qeyd edib ki,
Davosda təşkil olunan Dünya İqtisadi Forumu hər zaman öz əhatə dairəsi və qloballığı ilə
diqqəti cəlb edib. O, SİA-ya bildirib
ki, forumun ciddi siyasi əhəmiyyəti
də var: "Bu səbəbdəndir ki, ölkə prezidenti İlham Əliyev uzun illərdir Davosda keçirilən tədbirdə iştirak edir, orada öz
dəyərli fikirlərini
söyləyir, dünya
liderlərinə Azərbaycan
həqiqətləri barədə
səhih, təfsilatlı
məlumatlar verir".
"Bu qurum həm
də obyektib hesabatları ilə məşhurdur. Davos İqtisadi Forumunun
ötənilki hesablamalarına
əsasən, Azərbaycan
makroiqtisadi mühitə
görə dünya miqyasında 39-cu, MDB məkanında
isə 1-ci yeri tutub. Bu il
isə güman ki, miqyas, göstərici
daha da üst
pillədə olacaq. Bu nə deməkdir?
Bu o deməkdir ki, həm də dünyanın biznes hegemonlarının toplandığı
məclisdə Azərbaycanla
əməkdaşlığa maraq artacaq, ölkəyə kapital axını güclənəcək",
- deyə, E.Musayev qeyd edib.
Ceyhun ABASOV
525-ci qəzet.-2019.-23 yanvar.-S.1;3.