Kamal Abdullanın “Sehrbazlar
dərəsi” romanı ikinci dəfə nəşr
olunub
Yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanının ikinci nəşri işıq üzü görüb.
Kitab “Qanun” Nəşriyyatında çap
olunub. İlk dəfə 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin
böyük marağına
səbəb olub.
Mistik əhvalatların
baş verdiyi roman
parallel dünyalar arasındakı
ahəngdən, atası
Cəllad başını
axtaran Karvanbaşının
teleyin hokum ilə Sehrbazlar dərəsinə
gəlib çıxmasından,
burada ömredən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı
ruhla Karvanbaşının
sonu faciəylə bitən sirli görüşündən bəhs
edir.
Əsər müxtəlif dillərdə
və müxtəlif ölkələrdə çap
edilməklə dünya
oxucusunun da diqqətini çəkib.
Romana ön sözü professor Aydın
Talıbzadə yazıb.
Kitabda italiyalı professor, məşhur
şərqşünas alim
Franko Kardininin, romanın fransız dilinə tərcüməçisi
Daniyet Rottenberqin, rusiyalı alim Lyudmila Lavrovanın, rumıniyalı
ədəbiyyatşünas Lyudmila Bejenarunun, professor Aydın
Talıbzadənin “Sehrbazlar
dərəsi” romanı
haqqındakı yüksək
fikirləri də yer alıb.
Professor Franko Kardini roman haqqında fikirlərini aşağıdakı şəkildə
bildirib: “Nadir hallarda ola bilər
mən hansısa kitaba görə yuxusuz qalım. Dostum və həmkarım Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ilə də məhz belə oldu, bütün gecəni gözüaçıq keçirdim.
Bu roman sanki bir
meditasiya növüdür,
bir ismarışdır,
bəlkə də bir etirafdır. Sanki hər birimizin
dəruni avtobioqrafiyasıdır”.
Daniyet Rotternberq isə qeyd edib ki,
Kamal Abdulla “Sehrbazlar dərəsi”ndə çox
mühüm mövzulara
qədim tarixi bir fonda
nəzər salır.
Müəllif oxucunu füsunkar
və təsirli tarixi məqamın içərisinə daxil edərək hadisələri
bir çox hallarda mayası poeziya ilə yoğrulmuş üslubla təqdim edir. Bu isə oxucunu
əsərin sonuna qədər gərginlikdə
və intizarda saxlayır.
Lyudmila Lavrovaya görə, Kamal Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi gerçəkləşdirib:
o, yaradıcı təxəyyülün
üfüqlərini reallığın
hüdudlarına kimi genişləndirib, onlara sözlərin nəfəsini
verərək, elə
vəziyyətə çatıb
ki, bu zaman
özün illüziyaya,
başqalarının bəlkə
də əski zamanlarda gördüyü
röyaya çevrilirsən
və bu röyalar haqqında roman yazırsan.
Lyudmila Bejenarunun fikrincə
isə “Sehrbazlar dərəsi” müəllifin
özünün müəyyən
etdiyi kimi roman-fantaziyadır, bizi Azərbaycan xalqının
ulu əcdadlarının
sehrli aləminə, Şərq nağıllarının
qabaqcadan bilinməyən
füsunkar xəzinəsinə
gətirib çıxarır.
Romanı bütün kitab mağazalarından əldə etmək olar.
525-ci qəzet.- 2019.- 24 yanvar.- S.7.