Acı əfsanə
Yaradan, insanların hamısını
özü kimi yalnız yaradıb...
Sevgi - uzaqdan görünən bir tablo,
uzaqda çalınan təbil!
Çiyinlərimizdən iki göyərçin uçdu,
Göyün şeh beşiyində
dimdik-dimdiyə dayandılar,
Külək buludları itələyirdi,
Rəhmsiz ovçu bir gözünü yummuşdu,
İki lüləli tüfənginin
dar dəliyindən
baxırdı onlara,
Lülələr qaranlıq dalan
kimi,
Dalanın dibində bir cüt köpək gizlənmişdi,
Barmaq tətik üstündə,
Göyərçinlər gözlərini yummuşdular,
Zaman bir an dayanmışdı,
Ovçu
tətiyi çəkdi,
Yırtıcı köpəklərin zəncirini
açdı,
Hürmək səsi buludları
da diksindirdi,
Lələklər ovçunun başına
sovruldu,
Qan yağışı yağdı
başımıza,
Sevgi beşiyinə azadlıq qanı damdı,
Ax, ağılsız ağıl,
ax...
Nə qazanırsan sevgi qanına yerikləməkdən,
Sevgi meydanını
qanla suvarmaqdan?!
Kaş ki heç yetişməyəydik
bir-birimizə,
Sevgili olaydıq, Sevgili qalaydıq,
Heç
birimiz bilmədən...
Uydurma eşq acı əfsanədir,
Xoş özlərini tovlaya bilənlərin halına...
Bura Orta Şərqdi
Burası
Şərqdi,
Bitmək
bilmir burada ölüm karnavalları,
Körpələr bombalarla əmizdirilir,
Analar mərmilərlə döşlərini
doldurur,
Atalar da, güllələrin mahnısı ilə tans edir...
Xirosima körpələri, yurdumuzun
Şərqi Xocalıda,
Naqasaki yeniyetmələri Türkmən
dağında
quylansaydı,
bizim uşaqlar da məzarlarında qorxmazdılar, bəlkə...
Körpələrimiz yalnız, Analarımız kimsəsiz,
Hindistanda
ildə bir gün boyalar karnavalı olar,
İspaniyada pomidor şənliyi
vardır,
Ancaq Şərqdə gündə
bir tarix, ildə bir ömür,
lalələr bitir üzü qara torpaqlardan.
Artıq
heyvanlar da, bir-birilərini alçaldanda
"adam balası,
adam" deyirlər...
Bura Şərqdi,
Hər gün rus ruletkası
oynayırlar burada,
Güllə darağının yalnız
bir xanası boşdur,
Göylərində boşbeyinli,
daşürəkli dəmir
quşlar uçur,
Dimdiklərində bomba,
Adresləri yanlış,
Tarlalarında güllər yerinə
güllələr əkilir,
Xanlar suvarır tarlalarını,
Çaylarının hamısı Qızılüzəndir,
Nəhəng qızılalalar
o çaylardan tutulur,
Bütün qara torpaqlarına
qırmızı xalçalar
döşənməyincə,
karnaval bitməyəcək
sanıram...
Bura Şərqdi...
Ölülər də savaşırlar
burada,
Məktəblər bir-birinin üstünə
qusur,
Polislər də kədərlənir
bəlkə,
Tanrım, harada gizlənibsən?
Ya özünü yaratmayaydın,
ya da Orta
Şərqi,
Bu karnavalın cavabdehi kimdir?..
Heç mənim yolumu gözləyirdinmi?
Mən səni gözlədim bilirsən, necə,
Şüşəyə qoyulmuş bir məktub kimi,
Bir zaman atıldı avtomobildən,
Qurumuş dənizin dalğalarına,
İndisə quylanıb duza torpağa...
Mən səni gözlədim bilirsən, necə,
Bələkdə ağlayan bir körpə kimi,
Atası
getmişdi savaşa bir gün,
Otuz il ötüb
də savaş da bitib,
Hələ də gözləyir
atası gəlsin...
Mən səni gözlədim bilirsən, necə,
Dodağı çatlamış tarlalar
kimi,
Yağışın nağılın
gündə eşidər,
Susamış ağacdan qurumuş
çaydan...
Bu günlər, bu aylar, bu illər
sən də,
Heç
mənim yolumu gözləyirdinmi?...
Biri açıb oxusun
məni
Beli bükülü qaldım
şüşənin içində,
Kimsə
qatımı açmadı,
Hərdən,
sabah-sabah böyrümə
toxunan gəmilər,
diksindirir canımı...
Dalğalarla tans edirəm,
Fırtınalar acıdır yolunu
azmış ruhumu...
Dənizin eniş-qalxmasına çarəsizəm,
İllərdir günəşi Şərqdə
salamlayıram,
Qərbdə əl yelləyirəm
ona hər axşam,
Yakamoz beşiyində yatıram gecələr,
Dəniz
quşlarının səsinə
ayılıram səhərlər,
Günlərin sayını itirmişəm,
itkin varlığım
kimi...
Bəzən udur məni naqqalar bir dəlikdən,
buraxır başqa
dəlikdən,
Hansı okeandayam bu an?
Haraya baxıram sudur,
Nə məni təkinə cumduran,
nə də sahilə çatdıran dəniz...
Sahilin adresini bilən varmı?
Mən,
Donduran ayın ortalarında,
Naməlum bir sahildən,
mantarlı şüşə
içində,
burum-burum burulub,
dənizə atılan
oxunmamış məktubam...
Biri açsın oxusun məni, nə olar!
Qurtarsın ruhumu didərginlikdən,
Mən dənizdən qorxuram artıq..
Ağlama,
gözəlim
Sil gözlərini, ağlama gözəlim,
"Urmu gölü"nü də boş ver, məni də,
Qoy sevincini görə bilməyənlərin
göz yaşı doldursun gölü.
Mən qəhqəhənə
vurğunam.
Ağlama,
Dünyaya yazığın gəlmirmi
heç?!
Ağlarsan dünyanı sellər
aparar...
Bircə
bizim yurdumuzdan yaz qoxusu uçub
gedib
Barmaqlarımda siqaret, ürəyimdə
sən,
Başımda xəyalın, bir
də sənsizliyim!
Yerin boş idi!
Biz dördümüz ulduzsuz bir gecədə
Səndən danışırdıq...
Nə mutlu mənə, daha yalnız deyiləm!..
Bahar gəldi,
ətəyini yığışdırıb
şaxta qaçdı.
Günəş buludları yana çəkib güldü,
İşıq saçdı, qaranlıqlar
axşamına çıraq
oldu,
Sərçələr də himləşdilər, budaqlara
qonuşdular,
Səs bir olub ağacların
qulağına oxudular,
Nə yatıbsız? Bahar gəlib durun artıq!
Ağac
dərin yuxusundan oyanaraq,
gərnəşərək, gözlərini
ovuşdurdu,
Yağış yağdı, budaqları
yuyundurdu,
Qaranquşlar qayıtdılar,
Bəy göyərçin budaqların
zirvəsində y uva qurdu,
Qığıldayıb yoldaşını danışdırdı.
Şəlalələr qayaların qucağında züy gedərək,
ətəyinə tökülərək
dağın-daşın sinəsini
ovuşdurdu.
Bircə
bizim yurdumuzdan
yaz qoxusu uçub gedib,
Flaminqo küsüb gedib,
Qonşuların sahilinə köçüb
gedib,
Əynimizə qəm donunu biçib gedib,
Torpağımız yad əlində,
Ermənilər əsgərinin çəkməsinə ayaqlanır.
İgidləri əsgər olan anaların
iki gözü yolda qalıb,
"Xocalı"da şəhid olan körpələrin
intiqamı yerdə qalıb,
Fəsil-fəsil arxasından gəlir keçir,
Amma nədən qara günlər bizi seçir?
Xalqımızın üzü gülmür,
Ana dili anaların dodağından asılıbdır...
Bayram adlı adi bir
gün,
Yaz deyilən yaşıl fəsil,
Qara günün xatirəsin silə bilməz,
Azadlığa həsrət qalan,
parça-parça tikələnən
xalqın üzü
gülə bilməz...
Yapışmışam dustağımın
məftilindən,
Qonşuların Bayramını izləyirəm...
keşkə mən də quş olaydım,
Yoxsa bircə qarçiçəyi,
Xoş halına sərçələrin,
ağacların, çiçəklərin...
Təbiətin fəsilləri sınırsızdır...
Rəsul QƏDİRİ
525-ci qəzet.- 2019.- 25 yanvar.- S.7.