Ədəbiyyat və yumor   

 

 

Xeyr, komediya haqqında deyil. Ədəbiyyatın insanları dəyişmək iddiasını ən yaxşı təzahür etdirən bir janr var - satira.

 

Günümüzdə bir az buna uyğun qara yumor anlayışı da səslənir. Amma arada bir neçə fərq gözümüzdən qaçmır. Öncə satira haqqında bir neçə cümlə danışaq. Satiranın şablon tərifini bir daha səsləndirsək (cəmiyyətin tənqidi öldürücü gülüş”lə təsviri), ədəbiyyatın kütləyə həqiqətləri çatdırması prinsipini yadımıza salmış olarıq. Əslində, bu belədirmi?  Təbii ki, ədəbiyyat sənətdir onun mayasında heç şübhəsiz amma”sız həqiqət dayanır. Satira isə ədəbiyyatın həqiqəti duyurmaqdan daha çox, o həqiqətlə əylənməsi, bu ya başqa formada olanı, yaşananı pərdə arxasından səhnəyə çıxarmasıdır.  Seyid Əzimdən, Sabirdən, Əli Nəzmidən, Mirzə Cəlildən,  Haqverdiyevdən keçən əsrin ilk on illiyindəki yaradılmış nümunələrdən öyrəndiklərimizdi bunlar. Ədəbiyyatın heç vaxt mövcud problemə həll yolu tapmaq kimi bir məcburi missiyası yoxdur. Onun işi hər şeyə, hətta problemə belə estetika verib oxucuya təqdim etməkdi. Orta Şərqin insanı, qafqazlılar,  Qərb adlandırdığımız Avropanın orta sinfi gülməyə meyllidir.  Səbəb isə çox sadədir.  Tarix həmişə öz mənfur üzünü bu bölgələrdə göstərib adamlar bu qədər, klassik dildə danışsaq, kədər yükünün altında əzilib.  Gülmək onların bumeranq zərbəsidir.  Onlar həyata bu cür güclü olduqlarını nümayiş etdirirlər. Gözəlim ədəbiyyat da bu adamların mənfi obrazlarını, yanlışlıqlarını məhz onlara güldürərək çatdırır. Məsələ dəyişən bir şey varmı, yoxdumu, onu müəyyən etmək. Siyasətə, dinə, məişətə, sənətin özünə belə ironiya, sarkazmla yanaşmaq söz sənətində diqqət tələb etdiyi kimi, oxucuda da müəyyən səviyyədə intellekt yumor hissi arzulayır. Deməli,  ədəbiyyatın yumortərəfikütləvi deyil,  kifayət qədər ciddi planlıdır. Satira ironiya arasındakı fərq bəlkə burdadır elə. İroniya edilən şey problem deyil.

Son dövrlərin məşhur imzalarında ironiyanın çox üslublu, səliqəli nümayişini görürük. Amerika ədəbiyyatının məşhur müəlliflərindən biri olan Corc Sanders dövrümüzün ən yaxşı romançılarından biridir.  “10 Dekabrhekayələr toplusunda,  yaxudBukerqazanmışLinkoln Bardodaromanı tarixə Amerikanın keçmişinə xəfif şübhəlitəbəssüm göstərir. Mark Tvendən sonra onu Amerika ədəbiyyatının ən yaxşı satiriki adlandırırlar həm . ya daha məşhur bir imza - Culian Barns. Bu yazıçının “10 1/2 bölümdə dünya tarixi”, “Aqibət duyğusukimi romanları da özündən əvvələ, hətta çox-çox əvvələ yeni baxış bucağından baxır.  Conatan Safran Foerin romanlarında açıq gülüş hədəfləri bəzən ironiya, satira üslubunda deyil, elə məhz komedik hadisələrə rast gəlmək olur. Dini sosial mətnlər ədəbiyyatınzarafatünvanı olur. Tez-tez adı çəkilən böyük ajiotaj yaratmışŞeytan ayətləri” (Salman Rüşdi) buna misaldır.  Türkiyə ədəbiyyatında isə Əhməd Həmdi Tanpınarın romanları, xüsusiləSaatları nizamlama instituturomanı bu qəbildəndi. Mövcud şəraitdəki sistemə, məmur təbəqəyə göndərmələrlə yadda qalan roman modern türk ədəbiyyatının ən yaxşılarındandı. Satira isə Əziz Nesin qələmindən yazılırdı.  eynən Azərbaycan ədəbiyyatında olduğu kimi, Türkiyə ədəbiyyatında da satira ustaları kütlə tərəfindən qəbul olunmur,  daşlanırdı”.

Postmodern ədəbiyyat bu cür yumora həmişə qapılarını taybatay açıb. Keçmiş mətnlərin dekanstruksiyası, məna yükünün azaldılması ya artırılması, ideyanı baş-ayaq çevirməyin özü oxucuda bir heyrət, bəzən gülüş yarada bilir. Ekonun məşhurQızılgülün adı” postmodern romanındakı hadisələr günümüzdəki (Ekonun günündəki) reallıqlarla yaxşıca qarışdırılıb süfrəyə verilir. Eyni zamanda, rus nəsrinin məşhur imzası Pelevinin reklamçılığa həsr etdiyi onlarla hekayə romanlarda dövrünün mənfi situasiyalarına aydınlıq gətirməyə çalışır, eyni zamanda da güldürə bilir. Çağdaş Azərbaycan ədəbiyyatında ElçininBaşromanındakı, Kamal AbdullanınYarımçıq əlyazma”sındakı bəzi nüanslar,  göndərmələr bu qəbildən misallardır.

Əgər komediyanın ümumi strukturu gülüş, güldürmək üzərində qurulursa, əgər satira tərbiyə etmək prinsipiylə güldürürsə, mətnlərdəki ironiya, sarkazm, qara yumor əhval-ruhiyyəni dəyişmək, bir az şübhə qatmaq vəzifəsini görür. ən dramatik anda belə hər hansı məsələyə ironik yanaşma oxucunun düşdüyü atmosferi dağıda bilər. İdeyanı dəyişmədən, məzmuna toxunmadan əsərə yumor qatmaq peşəkarlıq tələb edir. Həm bu elə baş verməlidir ki, həmin anı - güldürən ( ya buna çalışan) hadisəni mətndən çıxaranda nəsə natamamlıq yaşansın. Bədii əsər canlı bir orqanizmdir. Deməli, yumoru bu orqanizmdən kəsib atanda zədələnmə baş verməlidir. Pazl kimi qurulur yumor əsərə.

Bəs bu vacibdirmi?  Ədəbi materialın yumor təsiri də bağışlaması “məcburidirmi”? Təbii ki, sənət konteksində heç nə mütləq deyil. Dövrün tələbi isə bu gün həssas, duyğusudozadan artıq”, sonu lirik, dramatik bitən əsərlər yox, ümidverici, inam doğuran nümunələrdir. Əgər mətnlər kütləyə hesablanacaqsa, ya da daha peşəkar formada desək, kütlənin zövqünü formalaşdırmağa yönələcəksə, o zaman əsərin təqdim olunduğu mühitin tələblərinə cavab verməlidir. Müəllifin qəbul etdiyi iki şeydən biri istedadıdırsa (buna yazmaq potensialı adını verək), ikincisi aid olduğu toplumu tanımaq, onu təxəyyülündən keçirməkdir. Belə olan halda yazıçı nə qədər ciddi (xarakter olaraq), nə qədər estetik mətn yazmağa meylli olsa da, bir qədər yazdıqlarını təqdim etmək üçün yumor bacarığını da işə salmalıdır.  Oxucu səliqəli, “ütülü” yazıları qeyri-səmimi qəbul edə bilər. Ki bu çox vaxt məhz belə də olur. Yazıçı və oxucu münasibətlərinin “sərin” olması üçün yumor önəmlidir. Özünü mətnin içində tapmaq, ona “güvənmək” istəyər oxucu. Müasir romançılıq, esseistika buna çalışır.

Güldürərək düşündürmək. Əsas budur. Kinoda, fotoqrafiyada, ədəbiyyatda və sənətin bütün otaqlarından gülüş səsi gəlirsə, deməli, birinci pilləni - kütləyə çatmağı,  aradakı möhkəm həqiqəti keçə bilmişik.  Bu yumora məna və ideya yükləmək isə qalır müəllifin istedadına və insafına.

 

 

Rəvan CAVİD

 

 

525-ci qəzet.- 2019.- 26 yanvar.- S.13.