SİSERON - NATİQLİYİN SİNONİMİ

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

Günortadan sonra Molon onu dəniz kənarındakı çimərliyə aparırdı. 80 yard addımlayıb (bu, insan səsinin çata bildiyi ən uzaq məsafə idi), onu dənizin dalğalarının şırıltısına və başqa heç bir səs-küyə məhəl qoymaqdan uca səslə danışmağa məcbur edirdi. O deyirdi ki, bu ona bərabərdir ki, açıq havada üç min adam mızıldanır və ya Senatdakı müzakirələrdə bir neçə yüz adam anlaşılmayan bir qaydada danışır. Molon böyük Demosfeni xatırlamağı məsləhət görürdü. O demişdi: “Natiqlikdə yalnız üç şey vacibdir: (Fikrini-müəllif) çatdırmaq, çatdırmaq və yenə də çatdırmaq”. Demosfen natiqin öz fikrini dinləyicilərə aydın şəkildə çatdırmasını nəzərdə tuturdu. Bu böyük natiqin özü yüngül bir qaydada pəltək idi. Auditoriyanı o, küləyin sürətlə əsməsinə bənzədirdi. Bu, yeganə fərasətdir ki, onu susdurasan. Molon deyirdi: “İndi sən sahildə o məsafəyə qədər uzaqlaş ki, çalışasan mən səni eşidim”.

Sonra Molon başqa məsləhətlərini verirdi, bir təcrübədən digərinə keçirdi. O deyirdi ki, natiq boynunu əyməməlidir, barmaqlarını bir-birinə keçirməməlidir, çiyinlərini çəkməməlidir. Əgər natiq öz barmaqlarını jest üçün istifadə etməlidirsə, çalışmalıdır ki, orta barmağı baş barmaqdan uzağa əysin və digər üç barmağını uzatsın. Natiq təkcə o vaxt nəyisə rədd edirsə, gözlər daim jest istiqamətinə yönəlməlidir.

Nəyisə yazmağa icazə verilmirdi, çünki heç bir natiq mətndən oxumaqla və ya qeydləri ilə məsləhətləşməklə layiqli ad qazanmağı arzulamamalıdır. Molon çıxışın yadda saxlanmasının standart metodunun tərəfdarı idi, bu çıxış edən adamın evin ətrafına dolanması təsəvvürünü yaradırdı. “Zaldakı çıxışında ilk hansı nöqtəni qoyacağın yeri bil və əmin ol ki, axtardığın mənzərə oradadır. Sonra ikinci nöqtəni müəyyən et və beləcə davam et. Evin ətrafına bu yolla dolaşmaqla sən təbii qaydada səfər edəcəksən. Beləliklə, öz çıxışının bölmələrini təkcə bir otaqla deyil, hər bir yataq çarpayısı və heykəllə nişanlaya biləcəksən”.

Siseron həmin yaz və yay aylarında Molon akademiyasında yalnız yeganə şagird deyildi. Bəzi vaxtlarda ona kiçik qardaşı Kvint və əmisi oğlu Lutsi, həm də onun iki dostu da qoşulurdu. Bu dostlardan biri olan Attik natiqliyə heç bir maraq göstərmirdi. O, Afinada yaşayırdı və yəqin ki, siyasətdə karyera qurmaq barədə onun heç bir niyyəti də yox idi, lakin Siseronla birgə vaxt keçirməyi çox sevirdi. Onlar yığışırdılar ki, öz natiqliyi hesabına Molonun nə effektə malik olduğuna tamaşa etsinlər. Molon isə başını təxəyyül etdiyi jüriyə əyib, bir qədər sakit dayandıqdan sonra ayağa durub deyirdi: “Siseron, mən səni təbrik edirəm və səndən həzz alıram. Bura Yunanıstandır və mən onun taleyinə görə üzr istəyirəm (Axı Roma b.e.ə. 146-cı ildən başlayaraq Yunanıstanı da işğal etmişdi). Bizə qalan yeganə şərəf nitqimizin aliliyidir və indi sən onu çox yaxşı götürdün”. O əlavə etdi: “Sən, mənim oğlanım, geri qayıt və Romanı fəth et!”

Əlbəttə, bunu demək asan idi. Lakin bunu necə həyata keçirmək olardı? Səsindən başqa heç bir silahın olmadan, necə “Romanı fəth” edə bilərdin?

Siseronun senator olmaq arzusu

Bu vaxt atacağı ilk addım ona tam aydın idi, o, senator olmalı idi. Həmin dövrdə Senata girməyə nail olmaq ən azı 31 yaşına çatmış və milyoner olan adam üçün zəruri idi. Hər ilin iyun ayında keçirilən seçkilərdə namizəd olmağa qadir olmaq üçün sadəcə bir milyon sestertsi pulun olmalı idi, bu yolla özünün layiq olduğunu hakimiyyətə göstərə biləsən. Bu vaxt əvvəlki ildə ölən və ya öz yerini saxlamaq üçün ümidsiz yoxsula çevrilən senatorların yerini tutmaq üçün 20 yeni senator seçilirdi.

Bəs Siseron bir milyon pulu haradan əldə etməli idi? Onun atası heç də o məbləğdə pula malik deyildi. Onların ailə malikanəsi kiçik idi və onun girov qoyulması da müşkül bir məsələ idi. Bu vaxt o, üç ənənəvi çıxış yolu ilə üzləşdi, lakin onları həll etmək də çox vaxt aparacaqdı və bu məbləği oğurlamaq da olduqca riskli bir iş idi. Buna müvafiq olaraq o, Romadan geri qayıtdıqdan sonra tezliklə evləndi. Terentsiya 17 yaşında olmaqla, bu qızın oğlan uşağı kimi düz səthli döşü var idi, qara saçlarını qısa və möhkəm hörürdü. Qızın ögey bacısı bakirə Vestal qızı idi, ailəsinin sosial statusunu təmin edirdi. Daha əhəmiyyətlisi isə o idi ki, o, Romada iki kasıb mənzil blokunun sahibi idi, şəhər kənarında da malikanəsi və ferması var idi. Onların ümumi dəyəri 1,25 milyon sestertsi idi. 

Beləliklə, Siseron bu yolla gedərək senatora çevrildi; bu da bir fakt idi ki, o, ümumən Romada Hortensidən sonra ikinci vəkil kimi qiymətləndirilirdi. Və bu vaxt o, Senatda yer tutmağa icazə veriləndən əvvəl bir illiyə Siciliya əyalətində kvestor kimi işləməyə göndərildi. Onun rəsmi titulu magistratlar içərisində ən aşağı səviyyə sayılırdı. Bu vəzifəni icra etmək üçün yola düşənlərə, öz arvadlarının onları müşayiət etməsinə icazə verilmirdi, ona görə də Terentsiya evdə qalmalı oldu.

Siseron müəyyən kəlmələri təkrar etməyi sevirdi. O, hamamdan və məhkəmədən çıxıb arabada gedəndə və şəhər kənarındakı gəzintiləri vaxtı çıxışlarını qulu Tirona diktə edirdi. O, heç vaxt çıxışını gödək sözlərdən başlamırdı.

Siciliyada necə yaşamasını və fəaliyyət göstərməsini isə onun gündəliyi əks etdirir. Mart ayında bir aylığa evinə qayıtdı, o, Senata Puteolidən keçməyə əmin olmaq istəyirdi. O, Neapol limanına ilk dəfə Roma respublikası senatorlarının, al-qırmızı kənarları olan toqasında daxil oldu.

Siseron özünü inandırmışdı ki, Siciliyada elə böyük uğur qazanmışdır ki, Romaya qayıdanda hamının diqqət mərkəzində olacaqdır. O, çox miqdarda taxıl almışdı ki, qayıdanda paytaxtdakı öz seçicilərinə yedirtsin. Əlbəttə ki, taxılın satın alınması ona xeyli ucuz başa gəlmişdi. Bu vaxt onun hökumət tədbirlərində çıxışları nəzakət inciləri sayıla bilərdi. O, hətta yerliləri ilə söhbət etməyə də marağını itirmişdi. Senata rəsmi məlumatlarında öz nailiyyətləri ilə lovğalanırdı. Bəziləri ona eyham vururdu ki, axı Siciliya heç də dünyanın mərkəzi deyildir. O isə belə istehzalı qeydlərə əhəmiyyət vermirdi.

Senata Puteolidən seçilmək heç də asan məsələ deyildi. Buradakı yerli kütlə də onun namizədliyinin lehinə deyildi. Konsul olmağa artıq göz dikən Hortensi bir neçə ziyafət vermişdi. Siseron sahilə çıxdıqda heç kəs ona məhəl qoymadı. Biri ondan soruşdu: “Senator, Romadan nə kimi yeniliklər vardır?” Siseron özünü gülümsəyən kimi göstərdi: “Yaxşı, sirdaş, mən Romadan gəlmirəm. Mən öz əyalətimdən qayıdıram”. Sərxoş adam dedi: “Ey! Ay mənim yaxın sirdaşım! O, öz əyalətindən dönür”. Bu sözə başqaları da gülüşdü. 

Bu vaxt Hortensi qonaqlarını qayıqla yola salırdı. O, Siseronu ona qoşulmağa dəvət etmədi. Siseron fikir içərisində sahildə tək dayanmışdı.

Bu adi hadisə, onun daxilində öz ambitsiyasını qaya kimi möhkəmləndirmək xidmətini göstərdi. O, alçaldılmışdı, həm də özünə çox güvəndiyindən alçalmışdı və bu, onun dünyada kiçik adam olduğuna kobud bir işarə idi. O, Hortensidən və onun qonaqlarından gözünü ayırdı və kənara baxmağa başladı. Bu vaxt o, artıq dəyişilmişdi. Onun gözlərindən oxunurdu ki, “Çox yaxşı, siz səfehlər şadlanın, mən isə işləyəcəyəm”. O, yuxuda olan bir adam kimi limandan ayrıldı, gəzməyə başladı və bir dəfə də olsun, geriyə baxmadı.

 

Mark Tulli Siseron barədə əsl əhvalat başladı.

Dönüş nöqtəsi

Dönüş nöqtəsi kimi özünü göstərən həmin gün tamamilə başqalarına bənzər bir qaydada başladı. Dan yeri söküləndən bir saat əvvəl Siseron, həmişə olduğu kimi, ilk olaraq ev adamlarını oyatmağa başladı. Bu, noyabrın soyuq olan ilk günü idi. Seron Eskvilin təpəsində ikimərtəbəli yaşayış evinə malik idi, evin bir tərəfində məbəd, digər tərəfində isə digər yaşayış evləri var idi. Bu, onun atasının evi idi, lakin həmin vaxt kasıb olan qoca kişi öz kəndindən nadir hallarda kənara çıxırdı. Siseron bu evi özünə götürmüşdü, arvadı Terentsiya və onların beş yaşlı qızları Tulliya ilə birlikdə burada yaşayırdı. Evdə həm də bir düjün qul var idi.

Siseronun adı “çiçer” sözündən əmələ gəlmişdi, bu, “noxud” demək idi. İndi bu bitkiçilik məhsulu “türk noxudu” adlanır və o, özü də inanırdı ki, belə qeyri-adi ad siyasətdə faydalı olmalıdır.

Bir şaxtalı gündə, adətən, bədbəxt adamlar kütləsi ümidsiz qaydada xeyli gözlədikdən sonra Siseronun evinin qapısından içəri keçdilər. O tapşırmışdı ki, “Kim səsə malikdirsə, o, içəri buraxılsın”. Tezliklə otaq qayğı içərisində olan müştərilərlə doldu, onların hər biri senatorun, az da olsa, vaxtını almaq istəyirdi. Əsl növbə yaranmışdı. Siseron dedi: “Allaha şükür!” O, camı taxılla doldurub, taqətdən düşmüş kor kişinin torbasına tökdü.

Senator həmin səhər məhkəməyə ata qatili kimi ittiham olunan bir gənci müdafiə etməli idi, günorta isə Senatın sessiyasına gedəcəkdi. O, katibinin oxuduğu məktuba ayaq üstə qulaq asıb, quluna messajı diktə etdi. O, məktubları acgözlüklə oxuyurdu. Görən bu məktubun müəllifi yararlı tayfanın görkəmli vətəndaşıdırmı? Yaxud konsul seçkisinin ilk əsrlərindən səs verənlər arasında olan kifayət qədər varlı iş adamıdırmı? Bu vaxt o, şəhərdə baş verən bir hadisə barədə hekayəti eşitdi. O soruşdu: “Bu, həqiqətdirmi?”

Sənəddə Siciliya qubernatoru Qay Verresin soyğunçuluğundan söhbət gedirdi. Bu hadisə açılıb töküləndə, o, Verresdən üç ay əvvəl aldığı məktubu xatırladı. Adamlar onu “qaban” adlandırırdılar, bu qabanın burnunda qan görünürdü. Verres ona göndərdiyi məktubda Siseronun rəssamlıq əsərlərindən ibarət kolleksiyası ilə maraqlanmışdı.

Onun cangüdənləri adamlardan rüşvət tələb edirdilər, bunu vermədikləri halda, onları hədələyirdilər. Verres yaxşı heykəl əsərləri kolleksiyasına malik idi. onların arasında Mironun “Disk atan” və Polikletin “Nizə gəzdirən” heykəlləri var idi. (Mironun “Disk atan” heykəlinin surətləri keçmiş SSRİ-nin çox şəhərlərində, o cümlədən, Bakıda var idi. Bu heykəl insan fiqurasını gözəl bir şəkildə, sağlam gəncin bədənini anatomiya qaydalarına tam uyğun bir qaydada təsvir edirdi). Ona bir öküz arabası ilə dolu mal gətirirdilər və liktorları (cangüdənləri) arabanı boşaldırdılar.

Verresdən şikayət edən adamlar aradan götürülürdü. Onun bağında çoxlu yaxşı bürünc heykəllər var idi. O, onları oğurlatdırmışdı, bu heykəllərin çoxunun dörd əsrlik yaşı var idi. Konsul Sirakuzaya gələndə, onları öz iqamətgahından uzaqlaşdırmaq istəmişdi. Bu işi tapşırdığı Steni onun göstərişinə əməl etmədikdə, onu saxtakarlıqda ittiham etdirib, məhkəməyə çağırtdırmışdı. İttihamı Verresin kliyenti irəli sürmüşdü. Məhkəməyə də Verresin özü hakimlik edirdi, bu isə Steninin hökmən cəzaya məhkum edilməsi demək idi. Ona görə də o, şəhərdən qaçmağa məcbur olmuşdu və indi Siseronun yanına gəlmişdi. Çünki o, öz iştirakı olmadan ittiham edilmişdi, qandala salınmaqla beş min sestertsi cərimə ilə cəzalandırılmışdı. Verres bununla kifayətlənməyib, ona qarşı təzə şəhadətlər toplayırdı, guya ki, bu vaxt İspaniyada Romaya qarşı qiyam qaldırmaq üçün casusluq edirmiş. Ona görə də dekabrın ilk günündə Sirakuzada yeni məhkəmə mühakiməsi qurulmalı imiş. Casusluq etmək ağır cinayət hesab olunurdu. Steni Siserona dedi ki, senator, mənə inanın, o, məni çarmıxa çəkdirməyi planlaşdırır, bunu heç gizlətmir də, bu barədə açıqca lovğalıqla danışır. Mən heç də birinci olmayacağam, köməyə çox möhtacam. Siz mənə kömək edə bilərsinizmi?

Yenə də “mən sizə möhtacam” deyə təkid etdikdə, Siseron soruşdu:

- Axı nəyə görə?

- Çünki mənim ümid bəslədiyim yalnız buradır, Siciliya deyildir, orada məhkəmələrə Verres nəzarət edir. Və hər bir kəs mənə deyir ki, Mark Siseron Romada ikinci ən yaxşı vəkildir.

Siseron:

- Onlar, həqiqətən bunu deyirlər?

O, bu epitetə nifrət etdiyindən, sarkazma yaxın olan bir qaydada dedı:

- Yaxşı, onda niyə ikinci yaxşıya müraciət etməyi qərara almısan? Niyə birbaşa Hortensinin yanına getməmisən?

Xahişçi heç bir süniliyə yol vermədən dedi:

- Mən bu barədə düşünmüşdüm, lakin o, məni geri qaytardı. O, Verresi təmsil edir.

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2019.- 26 yanvar.- S.22.