Ərdoğan jesti...
Fransız diplomatı Taleyran deyir ki, siyasətdə
əqidə yoxdur, şərait var. Bəzi siyasətçilərsə, daha
irəli gedərək,
"diplomatiya yalanı
pərdələmək və
ya o yalanı danışmaq sənətidir"
iddiasındadırlar.
İtaliyanın tanınmış siyasi xadimi və diplomatı Makiavelli hesab edirdi ki,
diplomatiyada istəklərin
ən alisi dövlət marağıdır
və ona çatmaq üçün
istənilən vasitələrdən
istifadə etmək olar. Qəribə təzad budur
ki, Makiavelli öz dövrünün ən məharətli diplomatı kimi məşhurlaşsa da, bu gün siyasi
tarix araşdırmaçıları
onun mənfi cizgilərindən daha çox danışır.
Makiavellinin öz adı ilə bağlı olan teoriyası özündə mənfi diplomatiyaya xas olan dönüklüyü,
hiyləgərliyi ehtiva
edir. Belə bir diplomatın
bu gün həm də mənfi cizgilərlə xatırlanması əlbəttə,
heç də müsbət hal deyil. Dünyada diplomatiya tarixində
belə iz buraxmış onlarla
diplomat adı çəkmək
mümkündür. Müasir dünyanın
dəyişən siyasi
gerçəkləri bəzilərinə
hələ də dərs olmayıb. Hamı özünü Makiavelli kimi aparıb, bu günün dar çərçivəsindən
xırda siyasi divident qazanmaqla məşğuldur. Hələ
Səddam Hüseyni, Qəddafini, Hüsnü Mübarəki "Ərəb
baharı" adı ilə bir-bir sıradan çıxaranda
düşünmüşdüm, bu, gözə kül üfürəcək
yalandan başqa bir şey deyil.
Elə də oldu; təkcə
İraq kimi ölkənin tikə-tikə
edilib, vətəndaşlarının
pərən-pərən salınması
bu hadisələrin hansı nəticəyə
hesablandığına bir
işarəyədi.
Və ən dəhşətlisi odur ki, siyasilər hələ də köhnə üsullarla özlərini Taleyrana, Makivileyə oxşatmaqda israrlıdırlar. Yenə yalan, yalan və yalan. Bu qədər bəsit
bəyanatların, siyasi
korfəhmliyin içərisində
bir nəfərin digərlərindən fərqli
görünmək bacarığı
hamını təəccübləndirdi.
Mən bu gün o jestdən danışacam, Türkiyə
Prezidenti Rəcəb Teyyub Ərdoğanın mərdlik jestindən... Nəcabət jestindən...
Hər şey ondan başladı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı
həmkarı Nikolas Maduroya
ölkədə yaşanan
siyasi böhran ölkədaxili və xaricdən gələn istefa çağırışlarına
qarşı möhkəm
dayanmağa çağırdı
və ona, "Maduro, qardaş, möhkəm dayan.
Türkiyə səninlədir
" dedi. Hamı təəccüb içindədi.
Dini baxımdan mühafizəkar Türkiyə
Prezidentinin solçu Maduronu dəstəkləməsi,
demokratik Türkiyənin "diktatura" statuslu Venesuelaya tərəfdaşlıq
etməsi birmənalı
qarşılanmamışdı. Qəribədi ki, demokratiyadan
dəm vuran dünya dövlətlərinin
əksərinin ABŞ-ın
müaxlifətin namizədini
dəstəkləməsindən sonra, tutuquşu kimi eyni şeyləri
təkrarlaması yox,
məhz Ərdoğanın
jesti bütün dünya mediasında müzakirə obyektinə
çevrildi. Bu hadisələrin
iqtisadi, siyasi, diplomatik çalarlarını
bir yana
qoyub soyuq başla təhlil etməyi bacaranlar mütləq şəkildə
bir türk dövlət başçısının
bəyanatıyla bir kişilik nümunəsi göstərdiyinin fərqindədirlər.
Onlar başa düşürlər
ki, Ərdoğanın
Maduroya dəstəyi davam edəcək. Səbəb sadədi, aylar öncə Venesula prezidenti küncə sıxılmış Ərdoğana
mənəvi dəstəkçi
qismində çıxış
etmişdi. Türkiyədə baş verən 15 iyul hadisəsini xatırlayaq. Ölkə xaos
içərisindəydi. Ölkədə çevrilişə
cəhd var idi və bu
çətin durumda radikal dairələrin dəyirmanına su tökənlər də az deyildi.
Belə bir vəziyyətdə Türkiyə dövləti
bir daha öz dostunu, düşmənini tanımaq
fürsəti əldə
etdi. O zaman
Nikolas Madura Türkiyə prezidentinə
zəng edib, onun yanında olduğunu bildirmiş, daha sonra Türkiyəyə
səfər etmişdi.
İndi anoloji hal Venesuelda baş verir və Ərdoğan Maduraya dəstək nümayiş etdirir, üstəlik, yumşaq desək, siyasi nəzakətsizlik edən,
diplomatik etik normaları kobud şəkildə pozan Amerikaya da öz
etirazını bildirir,
Donald Trampa yanaşmasının
qüsurlu olduğunu deyir. Əlbəttə, Türkiyə liderinin
yanaşması beynəlxalq
qanunun prinsiplərinə
də uyğundur.
Bir ölkədə əhalinin
iştirakı ilə
keçirilmiş seçkinin
nəticəsinə uyğun
olaraq ölkənin başına gətirilən
prezidentə etimadsızlıq
göstərmək, ona
müxtəlif yollarla
təzyiq etmək hansı qanunun prinsiplərinə uyğundur
ki?!
Ərdoğanın bu nəcib tarixi
jesti Makiavellinin prinsipini alt-üst etməklə yanaşı,
dünya liderlərinə
bir mərd-mərdanəlik
diplomatiyası təklif
edir. Mənəviyyatın, ləyaqətin bütün
zamanlarda və bütün situasiyalarda var ola biləcəyini əyani şəkildə göstərir,
bilavasitə sübut eləyir.
Bu hadisələr axınında
bir qəribəlik də var. Sanki siyasi düşüncəni formalaşdırmaq,
siyasətə baxışı
dəyişmək türk
dövlət başçılarının
qismətinə yazılıb. Şəxsən mənim fikrimcə, bu, bir ilahi
qanunauyğunluqdu, gec-tez
hər kəs tarixin dərslərindən
nəticə çıxarıb
məhz onlar kimi davranacaqlar. Bir müddət əvvəl Belorusiyanın prezidenti Aleksandr Lulaşenkonun rusiyalı jurnalistlərə
müsahibəsində açıqladığı
faktı yada salmaq istəyirəm.
8 il əvvəl
təbii qazın Belorusiyaya ixracı dayandırılır və
çıxış yolu
mümkünsüz görünür.
Əli hər yerdən üzülən Lukaşenko
dərhal Azərbaycan
Respublikasının prezidenti
İlham Əliyevə
zəng edir. İlham Əliyev heç bir rəsmi müqavilə olmadan Belorusiyanı düşdüyü
bu çətin durumdan xilas edir. Bu şəraitdə
hansı siyasi təzyiqlərin olacağını
və hansı gerçəklərlə baş-başa
qalacağını ayıq
analitiklər yaxşı
anlayırlar. Amma dövlət
başçımız humanizmi
və dostluğu önə çıxararaq,
uzaqgörən addım
atır. Tarixdə siyasi
yalançılıq yox,
gerçək, nəciblik
addımları qalır.
Tarixdə belə bir addımın örnəyini
tapmaq çətindir.
Cənab
Prezident İlham Əliyevin bu jesti dünyada bir ilkdi və
başqa ölkə başçıları tərəfindən
təkrarlanacağını da düşünmürəm.
Siyasət Taleyranın dediyi
kimi, şərait yox,
əqidə məsələsidir. Əsli-nəcabəti olmayanlar siyasətdə əvvəl-axır öz məğlubiyyətləri ilə
barışmalı olacaqlar. Diplomatiya yalan
danışma və ya yalanı pərdələmək
yox, elə əsl kişilik,
mərdlik nümayiş etdirmək sənətidir!
Azərbaycan və Türkiyə - bu iki qardaş ölkə
başçılarının timsalında bunu
görməmək mümkün deyil. Son hadisələrə
baxış bucağını da məhz bu kontekstdə araşdırmaq lazımdı. Siyasi, iqtisadi, diplomatik maraqlar, dostluq, nəcabət, kişilik
kimi jestlərin kölgəsində
qalır. Məncə, politoloji təhlilər
aparan təcrübəli dostlarımız
bunu unutmamalıdır.
Ruslan
DOST ƏLİ
Xoca
Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Beynəlxalq
münasibətlər fakültəsinin IV kurs tələbəsi
525-ci qəzet.- 2019.- 30 yanvar.- S.5.