Qazaxda Akif Səmədin
60 illiyi qeyd olundu
Şair Akif Səməd qeybdən gəlmiş adamı xatırladırdı. Onu görən elə sanırdı ki, guya gözləri alacalanır, düşünürdü:
Bu odurmu, o deyilmi? Bu yer adamıdımı,
yoxsa göy adamıdımı. Bu, hər kəsin adi gözlə görəcəyi bir şairdimi, yoxsa ulu Ozandımı, Aşıqdımı?!
Akif Səməd yazırdı:
"Anamı ağladır
şair olmağım".
İspan şairi Q.Lorka deyirdi ki, dünyada ölümdən də qorxulu bir şey
var: o şairlikdir.
Akif Səməd
həmin qorxulu yolu seçdi.
Akif Səməd
şair oldu.
Və dedi ki, şairlik
hər kəsin işi deyil.
Bu il Akif Səmədin 60 yaşı
tamam olur. Bu münasibətlə Azərbaycan Yazıçılar
Birliyinin rəhbərliyinin
və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazaxdakı Ədəbiyyat
Muzeyində onun haqqında ARB-Aran televiziya şirkətinin hazırladığı filmin
təqdimat mərasimi
oldu.
Tədbiri giriş sözüylə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov
açdı.
AYB Qazax filialının
sədri Barat Vüsalın
aparıcılığı ilə davam edən tədbirdə əvvəlcə şair haqqında çəkilmiş
"Ölüm nəmənədir"
filmi nümayiş etdirildi. ARB-Aran televiziya
şirkətinin baş
direktoru İqbal Məmmədəliyev, Uluslararası
Aktivist Sanatçılar
Birliyinin Azərbaycan təmsilçisi, rəssam,
şairin dostu Nəvai Mətin, AYB üzvləri Mustafa Rasimoğlu,
Saqif Qaratorpaq, Məzahir Yaqub, Mübariz Qaragözlü, İradə
Aytel və şairin bacısı Rəfiqə Məmmədova
çıxış etdilər,
Akif Səməd sənətinin özəlliklərindən
danışdılar, xatirələr
söylədilər, şeirlər
dedilər, filmi yüksək qiymətləndirdilər.
Mustafa RASİMOĞLU
525-ci qəzet.- 2019.- 31 yanvar.- S.7.