Akademik Yaqub Mahmudovun "Seçilmiş əsərləri" təqdim edildi

 

 

Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanası AMEA-nın Tarix İnstitutu ilə birlikdə həmin İnstitutun direktoru, Milli Məclisin üzvü, akademik Yaqub Mahmudovun 15 cildlik "Seçilmiş əsərləri"nin "Yaqub Mahmudov. Biblioqrafiya", eyni zamanda, Tarix İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi kitabların bütöv kolleksiyasının Milli Kitabxanaya təqdimetmə mərasimini keçirib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, müasir Azərbaycan tarixçiliyinin görkəmli nümayəndəsi, akademik Yaqub Mahmudovun çox zəngin yardıcılığını əks etdirən 15 cildliyinin tarix elminə böyük töhfə olduğunu, eyni zamanda gələcək nəsillərin, gənc tarixçilərin, tədqiqatçıların istinadgahına çevriləcəyini söyləyib.  K.Tahirov "Yaqub Mahmudov. Biblioqrafiya" kitabında alimin həyat fəaliyyətindən bəhs edən ilk qələm təcrübəsindən başlayaraq 2018-ci ilə qədər işıq üzü görmüş elmi əsərləri - monoqrafiyaları, kitab, kitabça dərslikləri, məqalə çıxışları, müsahibələri digər materialların əhatə edildiyini bildirib.

Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev çıxışında hər zaman tarix elminin taleyüklü məsələlərini araşdıran, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti ilə nəsillərə örnək olan fədakar alim Yaqub Mahmudovun nəfis tərtibatda işıq üzü görmüş bu əsərlərinin tariximizlə bağlı həqiqətləri özündə əks etdirən bir toplu olduğunu deyib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, tarix üzrə elmlər doktoru, akademik Nərgiz Axundova Y.Mahmudovun "Seçilmiş əsərləri"nin Azərbaycan tarix elmində xüsusi yeri olduğunu, hər bir əsərində milli maraqlarımızın əks etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin üzvü, professor Fəzail İbrahimli çıxışında Y.Mahmudovun diqqət yetirdiyi elmi məsələləri Azərbaycan dövlətçiliyinin tarixi fonunda diqqətlə araşdırdığını qeyd edib.

Milli Məclisin üzvü, professor Elman Nəsirli Yaqub Mahmudovun elmi pedaqoji fəaliyyəti barədə rəğbətlə söz açıb.                

Professorlar Anar İsgəndərov, Cəbi Bəhramov, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli çıxış edərək görkəmli alimin geniş araşdırmalarından danışıblar.

Sonda akademik Yaqub Mahmudov çıxış edərək tədbirin iştirakçılarına, Milli Kitabxananın kollektivinə minnətdarlığını çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin Prezident İlham Əliyevin daima Azərbaycan tarixinə yüksək diqqət qayğı ilə yanaşdıqlarını, ölkə tarixçilərinin bununla fəxr etdiklərini bildirib.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 31 yanvar.- S.7.