Bu günlər həyat da onlayn şəkildə davam edir...”

 

TÜRKİYƏDƏ YAŞAYAN AZƏRBAYCANLI MUSİQİÇİ TURAN MANAFZADƏ: "GİGİYENA QAYDALARINA ƏMƏL ETMƏK VƏ EVDƏ OTURMAQ PANDEMİYADAN ƏN YAXŞI QORUNMA ÜSULUDUR "

 

Türkiyədə yaşayan azərbaycanlı musiqiçi Turan Manafzadə son günlər daha çox onlayn konsertləri ilə yadda qalıb. Canlı ünsiyyətin məhdudlaşdırıldığı pandemiya günlərində Turan xanımla əlaqə yaradıb ondan "525" üçün müsahibə aldıq. Müsahibəni oxuculara təqdim edirik.

 

- Bu günlər həyat da onlayn şəkildə davam edir. Həm dostlarım, həm tanımadığım bir çox adamlar  insanlar evdə sıxılmasınlar deyə, məndən onlayn konsert etməyimi istədilər. Mən onlara qulaq asıb bu işi gerçəkləşdirmək qərarına gəldim. Onlayn konsertlər çox maraqlı keçir. Aradabir canlı yayımın ortasında telefona zəng gəlir (gülür). İstər onlayn, istərsə canlı konsertlər zamanı klassik musiqilərlə bərabər öz bəstələrimə yer ayırıram. Martın 30-da Mart soyqırımına həsr olunan konsertim zamanı da belə ifalara üstünlük verdim. Konsertdə qardaşım Abuzər Manafzadənin "Xocalıya" əsərini səsləndirdim. Qeyd edim ki, həmin canlı yayıma bir çox ölkələrin vətəndaşları da qoşulmuşdu. Ona görə , bu əsəri səsləndirməklə Xocalı soyqırımına bütün müharibələrə bir növ etirazımı ifadə elədim.

- Orta təhsil müəssisələri onlayn təhsilə keçdi. Ancaq bu təhsil forması musiqi məktəblərin işinə o qədər mənfi təsir göstərmədi. Sizin üçün onlayn musiqi dərsləri verməyi zəruri edən oldu?

- Musiqi sahəsində piano dirijorluq üzrə iki ali təhsilim var. Hazırda Bağçaşəhər Universitetində MBA (iqtisadiyyat menecment sahəsində magistr dərəcəsi) təhsili alıram. Artıq 14 ildir, müəllim kimi fəaliyyət göstərirəm. Pandemiyaya qədər musiqi dərsləri verirbim. Ancaq bu hadısələrdən sonra onlayn dərslər verməyə məcbur oldum. Çünki bəzi öyrəncilərimin bu hadisələr bitəndən sonra imtahanları başlayacaqdı mən onlara hansısa bir üsulla dərs keçməli idim.

- Musiqiyə bu qədər bağlılığınız haradan gəlir?

- Musiqiyə olan marağım ailədən gəlir. Bizim ailədə hər kəs musiqiçidir. Altı yaşımdan musiqi ilə məşğul oluram. Atam Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu olub. 2016-cı ildə "Sony" şirkəti ilə Şopenə həsr olunmuş bir CD çıxarıb. Anam piano müəllimidir. Qardaşım Abuzər Manafzadə 2017-ci ildə Vyana Musiqi Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinə ilk azərbaycanlı kimi qəbul olub.

Həmçinin dünyada balaban aləti üçün ilk dəfə  bəstələnmiş "Balaban simfonik orkestr üçün konsert"in müəllifidir.

- İstanbulda yaşayırsınız, işləyirsiniz. Ölkədən kənarda fəaliyyət göstərməyinizə səbəb nədir?

- Doqquz yaşımda ikən atama gələn bir təklifinə görə İstanbula köçdük. O vaxtdan Türkiyədə yaşayırıq. Qardaşım isə artıq dörd ildir, öz ailəsi ilə birlikdə Vyanaya köçüb.

- Bəlkə, konsertlərinizin vaxtını bildirəsiniz...

- Konsertlərin vaxtını tam dəqiq deyə bilmirəm. Ona görə , dinləyicilərimiz sosial media hesablarından bizi daimi izləsinlər. Hər canlı yayımdan sonra yerləşdirdiyim videoları Yutub kanalımdan da izləyə bilərlər.

- Hazırda Türkiyədə vəziyyət gərgindir. Bir azərbaycanlı kimi yaşadığınız ölkənin vəziyyəti barədə deyərdiniz?

- Hər kəs öz yaşadığı ölkənin qaydalarına tabe olduğu kimi, biz bu çətin vəziyyətdə Türkiyədə qəbul edilən qanunlara riayət edirik. Deyildiyi kimi, evdə qalırıq. Azərbaycanda başladılan #Bizbirlikdəgüclüyük həştəqini çox sevdim. Həqiqətən, bir yerdə olub, başımıza gələn bu hadisənin çətinliyinə vararaq hər şeyin öhdəsindən gəlməliyik. Heç kim istəməz ki, ölkədəki vəziyyət digər ölkələrdə olduğu kimi məcrasından çıxsın. Həmin ölkələrdə baş verən bu dəhşətli vəziyyət üçün onlara dözümlü səbrli olmağı arzulayıram.

- Pandemiya ölkəmizdə yayılmaqdadır. Çətin günlərdə insan öz vətəni üçün daha çox darıxır. Sizdə necədir?

- Təkcə bu çətin günlərdə yox, vətənimdən ötrü həmişə burnumun ucu göynəyir. Bunu öz əsərlərimdə, ifalarımda da ifadə edirəm. Yazdığım "Qız qalası" "Bakı payızında" əsərlərində daxilimdə olan vətən həsrətini ifadə etməyə çalışmışam.

- Koronavirus pandemiyasından qorunmaq üçün hansı tədbirləri görürsünüz?

- Gigiyena qaydalarına əməl etmək evdə oturmaq ən yaxşı qorunma üsuludur. Əslində, gigiyena qaydalarına həmişə əməl etməliyik, ancaq bu müddət ərzində daha ciddi şəkildə yanaşmalıyıq. Düzgün qidalanma rejiminə əməl edilməlidir. Bu məsələlər insanlara tez-tez həkimlər KİV vasitəsilə çatdırırlar. Mən buradan bütün tibb işçilərinə hüquq mühafizə orqanlarına öz minnətdarlığımı bildirirəm. Onlar gecəni gündüzə qatıb bizim üçün çalışırlar.

- Aydındır ki, siz öz vaxtınızı onlayn musiqi dərsləri konsertlərlə keçirirsiniz. Bəs, vətəndaşlara bu müddətdə məsləhət görərsiniz?

- Əvvəla, hər kəsə səbir diləyirəm. Tövsiyə edirəm ki, evdə qalmaq məsələsini ən yaxşı şəkildə dəyərləndirsinlər. Uzun müddətdir, etmək istəyib edə bilmədikləri varsa, etsinlər, oxumadıqları kitabları oxusunlar. Bu virus səbəbindən xəstə olan insanlara şəfa, dünyasını dəyişənlərə rəhmət ailələrinə səbir diləyirəm.

 

Günel ABBAS

 

525-ci qəzet.- 2020.- 8 aprel.- S.21.