AMEA Naxçıvan Bölməsinin

Əlyazmalar Fondu 15 yaşında

 

Naxçıvanın tarixi mədəniyyəti ilə bağlı nadir sənət nümunələri, qədim kitab məktublar beş minillik yàşı olan Nuh torpağının öyrənməsi baxımından böyük əhəmiyyətə malikdir. Muxtar Respublikada xalqımızın milli-mənəvi dəyərlərini toplamaq, qoruyub saxlamaq təbliğ etmək kimi şərəfli bir missiyanı AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondu həyata keçirir. Bu gün fondun yaradılmasından 15 il ötür...

Müstəqil Azərbaycan dövlətinin qurucusu memarı Ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan Naxçıvanda elmin mərkəzi məbədgahına çevrilən akademiyanın Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat müəssisəsindən biri olan Əlyazmalar Fondu 2005-ci ilin 8 aprel tarixindən fəaliyyət göstərir. Daim dövlət qayğı ilə əhatə olunan fond son illər Naxçıvan Muxtar Respublikasına aid müxtəlif tarixi qaynaqları əhatə edən əlyazma qədim çap kitabları ilə zənginləşib.

Əlyazmaların toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşri, təbliği, mədəniyyətimizin tariximizin qaranlıq səhifələrinin üzə çıxarılması, ümumiyyətlə Azərbaycan elminin, onun ayrı-ayrı sahələrinin inkişaf tarixinin öyrənilməsini qarşıya məqsəd qoyan fondda bu gün 600-dək qədim əlyazma çap kitabı mühafizə olunur. Azərbaycan, türk, fars, ərəb başqa dillərdə tarix, dilçilik, ədəbiyyatşünaslıq, məntiq, fəlsəfə, həndəsə, riyaziyyat, astronomiya, tibb, coğrafiya digər elm sahələrini əhatə edən qiymətli materialların 90-dan çoxu əlyazma, qalanı isə daşbasma üsulu elektrik mətbəəsində çap olunan kitablardır.

Fondda qorunub saxlanılan bir sıra nadir sənət nümunələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən hədiyyə edilib. Bir qismi fond əməkdaşları tərəfindən ərazidə ekspedisiyalar zamanı toplanılıb, qalanları isə müxtəlif şəxslər təşkilatlar, eləcə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən fondun balansına daxil olunub.

Bunların arasında ən qədimi Qurani-kərimin incə nəstəliq xətti ilə ərəbcə yazılan bəzi ayələri dua nümunələri toplanan kiçik formatlı əlyazmadır. Bu əlyazma təxminən 500 il bundan əvvələ aiddir. Həmçinin müəllifi Abdullah Məhəmməd Nasiri olan 400 il bundan əvvəl ərəbcə yazılanEhticacadlı əlyazma Hacı Molla Əbdülkərim ibn-Məhəmmədəli Xorasaninin 1224 hicri qəməridə (miladi 1824) çap olunan farscaƏnisül vaizinfondda qorunan ən qədim çap kitabıdır. Ən qədim türkdilli kitab isə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə katib Məşədi Hacı ağa Təbrizi tərəfindən üzü köçürülən ,Məhəmməd FüzulininLeyli Məcnunpoemasıdır.

Bu gün fondun kitabxanasında Azərbaycan, ərəb, fars, ingilis rus dillərində əksəriyyəti əlyazmaşünaslıq mətnşünaslığa aiddir 300-dək müasir çap kitabları saxlanılır. Fondda qorunan naqis kitabların bir qismi bərpa olunub, 200-dək kitab cildlənib   onlara müəyyən gigiyenik xidmət göstərilib.

15 ildə bu elmi-tədqiqat müəssisəsində əlyazmaların toplanılması tədqiqi, onların gələcək nəsillərə çatdırılması üçün bir sıra mühüm işlər görülüb.

Fondda Məhəmmədhəsən Ordubadinin həyatı əsərləri, Mirzə Mehdi xanın üzü Naxçıvanda köçürülmüşİxtisarname-ye ovliya-ye adəmiyyət”, Bayrək Quşçuoğlunun əlyazmaları, Əli Əkbər ibn-Məhəmmədrza Dəllak NaxçivanininMuxtarnaməəsərinin paleoqrafik xüsusiyyətləri, Kazım OrdubadininTibbə dair qeydlər”, Müseyib NaxçıvanininHəqayiqi ət-tarix”, Hatif İsfəhani OrdubadininTibnamə”, Əliqulu Mirzayi NaxçıvanininƏqaid-e fəlsəfə”, Fazil Naxçıvaninin haşiyə xülasə yazdığıBöyük Qarabaddin”, Hacı Molla Məhəmməd NaxçıvanininSəhabəd-dümu”, “Qürrətül-əbsar”, “Məzahir ən-Nur digər əsərlər tədqiqata cəlb olunub. Qeyd edək ki, sadalanan bu əsərlər tarixin müxtəlif dövrü üzrə tədqiqinin dərinləşməsində istifadə edilə biləcək mənbə kimi qiymətlidir.

Əməkdaşlar tərəfindənNaxçıvanın milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması”, “Hacı Molla Məhəmməd NaxçıvanininSəhabət dümuəsərində fəlsəfi düşüncələr”, ” Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri”, “Nemətullah Naxçıvani: XV əsrin görkəmli təsəvvüf təfsir alimi”, “Naxçıvanı öyrənən elmi cəmiyyət”, “Mirzə Əli Möcüzün əlyazmaları”, “Naxçıvanın elmi, ədəbi mədəni mühiti: tədqiqlər başqa kitab monoqafiyalar çap olunub. Bundan başqa, “Hacı Məhəmməd Naxçıvaninin Təbriz Mərkəzi Kitabxanasına hədiyyə etdiyi kitabların kataloqu fondda mühafizə edilən 48 əlyazma 134 əksi çap kitabının qısa təsvirini əks etdirən “Fars dilli əlyazmalar əski çap kitabları kataloquişıq üzü görüb. Elmin müxtəlif sahələrinə aid bu kitabların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən, Şərur, Sədərək, Kəngərli, Babək, Culfa, Ordubad, Şahbuz rayonlarının ərazilərindən toplanılıb. Hazırda isə fondda qorunan türkdilli əlyazmaların kataloqu çapa hazırlanır.

Görülən işlərin nəticəsi olaraq ümumilikdə fond əməkdaşlarının 25 kitab monoqrafiyası, 300-dən çox məqalə məruzəsi çap olunub.

Bunlarla yanaşı fondda Naxçıvanın elm, ədəbiyyat, mədəniyyət maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması işinə başlanılıb. Artıq XX əsrin 20-70-ci illərində Naxçıvanın ictimai-siyasi, elmi ədəbi-mədəni mühitində özünəməxsus izi olan Seyid Səbrinin şəxsi arxivi yaradılıb.

Son illər beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi tədbirlər görən Əlyazmalar Fondu Təbriz Universiteti Təbriz Mərkəzi Kitabxanası, TəbrizdəkiƏxtərnəşriyyatı ilə yaxından əməkdaşlıq edir. Həmçinin ölkənin elm təhsil müəssisələri ilə sıx əməkdaşlıq həyata keçirir. Əməkdaşlar bir sıra respublika beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzələrlə yaxından iştirak edirlər. Fondun işinin daha səmərəli kefiyyətli təşkili onun zənginləşdirilməsi ilə bağlı burada tez-tez tədbirlər keçirilir, qarşıda duran vəzifələr müzakirə edilir, fikir mübadiləsi aparılır.

Əlyazmalar Fondu ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlığın əsas məqsədi qədim əlyazma çap kitablarının toplanılması, bərpası, kataloqlaşdırılması, mühafizəsi, tədqiqi, nəşri təbliği vasitəsilə Azərbaycan xalqının elmi ədəbi-mədəni potensialını, həmçinin milli dini dəyərlərini nümayiş etdirməkdən ibarətdir.

Hərtərəfli qayğı ilə əhatə edilən normal şəraiti ilə təmin olunan fond əməkdaşları fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq xalqımızın mənəvi dəyərlərini toplamaq onu özünə qaytarmaq üçün işlərini uğurla davam etdirirlər.

İnanırıq ki, Əlyazmalar Fondunun kollektivi bundan sonra da yazılı abidələrimizi, əlyazmalarımızı qoruyub saxlamaq, dərindən tədqiq etmək gələcək nəsillərə ötürmək üçün əlindən gələni əsirgəməyəcək.

 

Türkanə BƏYLƏRLİ

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə

əlaqələr və İnformasiya şöbəsinin əməkdaşı

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

525-ci qəzet.- 2020.- 11 aprel.- S.23.