Tanıyaq və tanıdaq: Şərifə Cəfəri

 

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janrüslublarda qələmə aldığı şeirpoemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasimilli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

 

1977-ci ildə Miyana şəhərində anadan olub. Orta məktəbi Miyanada bitirib. Zəncan Universitetinin Ədəbiyyat fakultəsində ali təhsil alıb.

Tələbəlik illərində şeirləri qəzet dərgilərdə yayımlanıb, müxtəlif şeir axşamlarına şeir toplantılarına qatılıb, həftəlik poeziya məclislərinin yönəticisi, oyrənci yataqxanalarının mədəni işlər üzrə məsulu olub.

2004-cü ildə İran İrşad İdarəsinin iznilə “Pinar” yayınevini açıb. Lakin pantürkistlikdə kommunistlikdə ittiham olunaraq rəsmi basqılara məruz qaldığından millət üçün faydalı olan bu işini davam etdirə bilməyib.

Zindanların küncünə atılmadan, necə olursa-olsun, İrandan çıxıb Türkiyəyə getmək qərarına gəlib... Öncə İstanbulda, daha sonra isə Almaniyada məskunlaşıb. Hazırda ədəbi siyasi çalışmalarını Almaniyada davam etdirir.

Mən atamın qızıyamGizli məhəbbətimtopluları Azərbaycan türkcəsində,  Delem pervaz mixahedfars dilində yayımlanıb.

 

Esmira Fuad

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2020.- 11 aprel.- S.20.