Düşdüm yola

 

Düşdüm yola

Yaz sabahı

Sevinirdim uşaq kimi

Çırpınırdı vurğun ürək

Könlündəki arzularım

Güllərilə gülüşümdə

Döngə-buruq küçələri

Tikanlı dərələri

Soruşurdum sənə çatam

Yorğun çağı yetişəndə

Şaxtalı qış

Bürümüşdü küçələri

Güldən bir iz qalmamışdı.

Amma sənə ürəyimdə

Bir qızıl gül becərmişdim

Pəncərənin qırağına

Yetişərkən gülüm soldu.

Şüşələrin üzərini

Gül naxışlı qırov basıb

Qurutmuşdu şaxta məni

Əlim əsir, dırnaqlarım titrəyirdi

Qırovları qazanmadım

Bircə baxış səni görüm.

 

Məhəbbət yeli

 

Yenə közləndi ocağım

Yenə qəmli yel əsmək fikrində

Boğulur tüstüdən ancaq

Yana bilmir

Çalışır azca dayansın

Bəlkə yorğunluğun alsın.

Süngülər sinəni dəlməkdədir amma...

Bu məhəbbət yolunun yolçusuyam mən

Qoymaram qəlbimi sinəsin

Hər zaman vaxlı-bivaxt əssə , əssin

Böylə qurban olum mən

Anamın qasididir bu

Ürəyim yaz, buludun da betərdi

Yağsa, gözdən axacaq sel

Gözümün dadına gəlsə

Qurtular gözdə dumandan

Elə bil yandı ocağım

Göz kasasında su qaynar

Qoy tökülsün üzümün arxına getsin

Su ürək bağına yetsin

Bağda minlər ağacım var

Bilirsən hansı ağaclar

Bu həmən xatirələrdir

Ki, anamla mən əkərdik.

 

***

 

Könlümün hər yeri ağrayır sənsiz.

Sənzislik ən çətin işgəncə imiş.

Yanında qədrini bilirdim, amma

Ayrılıq anlatdı vusal imiş.

Sürür dadsız-dadsız gündüzüm, gecəm.

Özüm ayrılığa qərar vermişəm.

Gəlmişəm özümə min yol anladam:

Mən səni üçün, nədən sevmişəm?

Mən aldım göylərin qatını bir-bir,

Çayları, çölləri, dağları aşdım.

Tanrının əllərin aldım əlimə,

Doyunca qoxladım, doyunca içdim.

Tərtəmiz aynasan, yaşam aynası,

Sənin gözlərində özümə baxdım.

Mən səni tapanda itirdin məni,

Məndəki dərdlərin peşin buraxdım.

Səndən ayrı qalmaq çox çətin, çox zor,

Sanki dəryasından ayrılır balıq.

Sənin həsrətin vətən həsrəti

Ölsəm ölmüşəm, canına sağlıq.

 

***

 

Dərdə alışqandı mənim ürəyim,

Mənim ürəyimin yazısı budur,

Gerçək bir yalandır mənim ürəyım.

 

Ən yanğın çağımda yetişdim sənə,

İnandım dünyanın kədəri bitdi.

İçdikcə susuzdum, içdikcə yandım,

Sən getdin, həyatın nədəni getdi.

 

Kimsənin qoynunda rahatlayırsan,

Rahatla, kimsəni sevirsən sev.

Daha dözənmirəm, yalan deyim,

Məni sankı yeyir bu otaq, bu ev.

 

Gedibsən, hər şeyi unut, məni !

özünü incit, mən inciyim.

Yanğınlıq mənimdir, yalnızlıq mənim,

Bu mənim yazımdır, nədən inciyim?!

 

Adım dəniz

 

Adım dəniz, amma özüm yanğınam,

Quruyubdur yağmır gözüm, yanğınam.

Ay hərəni bir dil ilə dindirən -

Ürəyimi dəlir sözüm, yanğınam.

 

Şeir qızı

 

toy tuta bildik, yas saxladıq.

Alışa-alışa kِönül dağladıq

Şənlik diləyincə, qüssə haxladıq

Susduq içimizdə, ay şeir qızı.

 

Ustakar əlində, mahir əlində,

Sihirkar, füsünkar şair əlində,

Günahsiz quş kimi kafir əlində,

Qaldı ِölümüz , ay şeir qızı...

 

Yanında titrədik, çıxarımız tək,

Tapıldıq əlində damarımız tək,

Bir anda əzilmiş vüqarımız tək,

Kِöçdü dinimizdə, ay şeir qızı...

 

Behiştə çatdıq, cəhənnəmə ,

Aləmi qənimət sanan dəmə ,

Keyfə baş əydik, dərdə, qəmə ,

Susdu dilimiz , ay şeir qızı...

 

Bu kişi - dağdır

 

Bu kişi  - dağdır,

dayaqdır.

İnqilabdır bu kişi.

Milli marşımızdır,

istiqlaldır,

Bu kişi - qalandır,

qalanlardandır.

Bu kişi - bir böyük Azərbaycandır.

 

Şərifə Cəfəri

 

525-ci qəzet.- 2020.- 11 aprel.- S.20.