Rəşad Məcidin şagirdlərlə virtual görüşü
Koronavirus
(COVİD-19) infeksiyası ilə
əlaqədar ölkə
ərazisində xüsusi
karantin rejiminin tətbiq olunduğu bu günlərdə
“525-ci qəzet”in baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcid, F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının
direktoru, Əməkdar
mədəniyyət işçisi
Şəhla Qəmbərova
və Ayaz Məhərrəmov adına
95 nömrəli məktəbin
8-ci sinif şagirdləri
arasında onlayn görüş keçirildi.
Görüşdə əsas məqsəd, kitabxananın
virtual xidmət göstərdiyi
bu günlərdə oxucularla sosial şəbəkələr və
digər informasiya saytları ilə yanaşı, həmdə
Skayp vasitəsi ilə canlı görüşə çıxaraq
onlara saytdan istifadə qaydalarını
izah etmək, uşaqları kitabxananın
onlar üçün
həyata keçirdiyi
səmərəli layihələr
barədə məlumatlandırmaq,
həmçinin, evdə
qaldıqları müddəti
daha səmərəli
və faydalı keçirmələri üçün
maarifləndirici tövsiyələr
verməkdir.
Görüşdə 95 saylı tam orta məktəbin direktoru Elçin Abdullayev, Təlim-tərbiyə
işləri üzrə
direktor müavini Həqiqət Gülalıyeva,
Tərbiyə işləri
üzrə direktor müavini Vüsalə Məmmədova, 8ə sinfinin
sinif rəhbəri Aytəkin Hüseynova, 8ə
sinfinin ana dili-ədəbiyyat müəllimi
Humay Ramazanova, şagirdlər Ağayeva Rəhimə, Alıyeva Yetərxanım, Alquluyeva Zərrin, Babasoy Aydan, Babayev Sadiq, Balışov Elnur, Bəylərov Ağasəf, Cəlilov
Elvin, Əhmədzadə Nigar,
Əkbərov Muxtar, Ələkbərov Asim, Əliyeva Nuray, Əlizadə Asiman, Əlizadə Zəhra, Əsgərov Nahid, Həsənli Gülbahar, Hüseyn Zəhra, Qasımova Leyla, Qasımova Şəhla, Mahmudov Nihad, Mahmudzadə Cahandar, Mirzəzadə Mirzə, Nəsirova Qəmər, Nəsrullayev Əhməd,
Yarəli Ömər iştirak edirdilər.
Skayp görüşün fəxri
qonağı Rəşad
Məcid şagirdlərlə
geniş diskussiya apardı, öz əsərləri, kitabları
haqqında onlara geniş məlumat verdi.
Görüş çərçivəsində, Ş.Qəmbərova şagirdlərin
təhsilə və kitaba olan marağını
yüksək qiymətləndirdi,
kitabxananın onlayn səhifəsi və elektron kitabxana haqqında danışdı. Dedi ki, yaşından asılı olmayaraq hamı hər zaman mütaliə etməlidir. Bunun üçün müxtəlif informasiya daşıyıcılarından istifadə etmək olar. Müasir dövrdə isə
elektron kitabxanaların
elektron resurslarından
səmərəli istifadəni
tövsiyə etdi.
Görüş barədə düşüncəsini
paylaşan məktəbin
direktoru Elçin Abdullayev mövcud vəziyyətlə əlaqədar
məktəb şagirdləri
və müəllimləri
ilə ziyalıların
görüşünün keçirildiyini, şagirdlərin
muzeylərə onlayn turlarının təşkil
edildiyini dedi: “Yaranan bu fərqli
şəraitdə çalışdıq
ki, əlimizdə olan texniki vasitələrdən,
proqramlardan istifadə
etməklə fəaliyyət
göstərək. Təbii ki,
bunlar da asan olmadı, internet üzərindən işin
qurulmasında müəyyən
axsamalar, problemlər yaranırdı. Amma biz hamısını
həll etdik və martın ortalarından etibarən faktiki olaraq onlayn görüşlər
keçirdik. Bu görüşlər ilk olaraq
müdriyyət arasında,
sinif rəhbərləriylə
keçirildi. Çünki bunlar məktəbin əsas idarəedici qüvvələridir. Görüşlərin təşkilindən sonra müəyyən istiqamətlər
verildi. Bizim prioritet istiqamətimiz
ondan ibarətdir ki, müəllimin vicdanlılıq borcu var və onun
dar gündə öz yardım əlini uzatması lazımdır. Bu, bizimçün çox vacibdir. Çünki hazırda həm
şagirdin, həm valideynin, həm də ümumilikdə cəmiyyətimizin psixoloji
dəstəyə ehtiyacı
var.
Kütləvi informasiya vasitələrində
də tez-tez görürük ki, ziyalılarımız da bu yardıma qoşulur, psixoloji dəstəklərini göstərirlər. Biz ümumtəhsil mərkəzi
olduğumuzdan çalışırıq
ki, işlərimizi funksional şəkildə,
tədris prosesi istiqamətində görək.
Şükür ki, bu proseslər normal qaydada davam edir. Qısa zaman sonra “virtual.edu.az” onlayn portalında qeydiyyatdan keçərək
birbaşa həmin
portal üzərindən işimizi
daha səmərli görmək imkanımız
olacaq. Amma yenə də
onlayn bağlantılar
vasitəsilə mütəmadi
olaraq yazıçılarla,
şairlərlə görüşürük.
Kitabxana rəhbərləriylə kifayət
qədər görüşlərimiz
olur. Çünki asudə vaxtımızın
doğru tənzimlənməsində
kitabxanaların rolu əvəzsizdir. Şagirdlərlə muzeylərə onlayn turlar təşkil edirik. Bunlar şagirdlərin distant məsafədən doğru
istifadə etməsinə
şərait yaradır.
Biz də bundan
maksimum şəkildə
istifadə edirik ki, şagirdlərimiz evdə psixoloji gərginlik keçirməsinlər
və bu sınaqdan doğru çıxış yolu tapsınlar. Təbii ki,
bu proseslər müəyyən müddət
davam edəcək.
Əvvəlki qərara əsasən
təhsil aprelin 20-nə
kimi dayandırılıb.
Amma Operativ Qərargah bu müddəti uzadarsa, biz işlərimizi
yenə də görməyə davam edəcəyik və bunu özümüzə borc bilirik”.
E.Abdullayev Rəşad Məcidlə
görüşdən məmnun
olduqlarını qeyd etdi: “Biz adətən, görüşdən bir neçə gün öncə şagirdlərimizə
məlumat veririk ki, hazırlaşsınlar.
Rəşad Məcidlə
görüşəcəyimizi deyəndə anladım ki, müəllimlərimiz
də, şagirdlərimiz
də az
qala indidən hazırdırlar görüşə.
Çox
böyük sevinclə
qarşıladılar bunu.
Hiss olunurdu ki, uşaqlar çox ciddi hazırlaşıblar.
Bu, özünü görüş zamanı göstərdi. Ən əsası
odur ki, virtual görüşümüz səmimiyyət
əsasında qurulmuşdu.
Rəşad müəllimə
təşəkkür edirik
ki, bu görüşə
ürəklə razılıq
verdi və
fəla şəkildə
qoşuldu. Şagirdlərimiz də səmimiyyət
çərçivəsində onları maraqlandıran məsələlər, Rəşad
Məcidin yaradıcılığı,
həyata baxışı,
ədəbiyyat və
incəsənətlə bağlı
mövzular haqda suallarını ünvanladılar
və hamısına da dolğun cavablar aldılar”.
Görüş haqqında təəssüratlarını bölüşən Şəhla Qəmbərovanın da görüşlə bağlı xoş təəssüratları var: “Biz Təhsil Nazirliyinin “Evdə qal, mütaliəndən qalma” layihəsinə qoşulduq. Mədəniyyət Nazirliyinin də başlatdığı “Evim-yeni iş yerim” adlı layihəsinə də dəstək olaraq, evimizi yeni iş yerimizə çevirdik. Evdə qalsaq belə, məktəblilərin ziyalılarımız, yazıçılarımız, jurnalistlərimizlə olan görüşlərini yenə də davam etdiririk. Onlarla onlayn görüşlər keçiririk ki, uşaqlar bu cür ədəbi zövqlərdən məhrum qalmasınlar. Bu karantin rejimi ölkəmizdə koronavirus bəlasından qorunmaq üçün atılmış zəruri addımlardan biridir. Ölkə başçımıza minnətdarlığımızı bildiririk ki, bizi qorumaq, təhlükəsizliyimizi təmin etmək üçün bir çox işlər həyata keçirir. Biz də onun çağırışına əməl edərək, bu tədbirlərin tez zamanda müsbət nəticələr verməsi üçün bu çağırışı alqışlayır, evdə qalır, evdə virtual şəkildə xidmətimizi davam etdiririk.
“525-ci qəzet”in əməkdaşları da bu çətin vəziyyətə baxmayaraq, evdə qalsalar belə, fəaliyyətlərini uğurla davam etdirirlər. Bizim kitabxana da bu qəzetə abunədir. Oxucularım da tez-tez bu qəzetlə maraqlanır və oxuyurlar.
Rəşad Məcidlə olan görüş həm uşaqlara, həm də müəllimlərə çox gözəl təsir bağışladı. Onların görüşdən qabaqkı həyəcanlarını da, görüşdən sonrakı sevinclərini də özüm gördüm və bu, məni çox sevindirdi”.
Rəşad Məcid də şagirdlərin görüşə hazırlığından razı qaldığını və görüşdən zövq aldığını dedi:
“Videokonfransla bağlı elə də təcrübəm olmasa da, 95 nömrəli məktəbin bu təşəbbüsünü çox yüksək qiymətləndirdim və həvəslə razılıq verdim. Görüş çox maraqlı alındı. Məktəbin rəhbərliyinə və görüşdə iştirak edən Köçərli adına Uşaq Kitabxanasının direktoru Şəhla xanıma, şagirdlərin hər birinə təşəkkürümü bildirirəm.
Hiss olunurdu ki, müəllimlər də, uşaqlar da görüşə ürəkdən hazırlaşıblar. Şagirdlərin mənim yaradıcılığım və bioqrafiyam haqqında çox maraqlı sualları oldu. Ümumilikdə saat yarımdan artıq davam edən video-konfransdan böyük zövq aldım. Canlı ünsiyyəti tam əvəz etməsə də, virtual görüşümüz çox xoş və maraqlı keçdi”.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 18 aprel.- S.19.