Pandemiya və xalq təbabəti

 

Dərman bitkilərinin öyrənilməsi və onlardan istifadə olunması hələ ibtidai icma dövründən bàşlànılıb. İbtidai insan öz həyatını qorumaqbaş verən xəstəlikləri aradan qaldırmaq üçün bitkilərdən geniş istifadə etməyə çalışıb. Elə o zamanlardan bitkiləri yaxşı tanıyan və onlarla insanları müalicə edən loğman və təbiblər olub.

Azərbaycanda Nizami Gəncəvi, sonralar isə Məhəmməd Füzulinin əsərlərində bir çox dərman bitkilərinin adları və istifadə qaydaları göstərilib. N.Gəncəvinin məşhur “Õəmsə”sində mumiyanın (orqanın zədələnməsində), zəfəranın (üşütmə və qızdırmàdà), balqabağının (qurdishala qarşı), yarpızın (mədə-bağırsaq xəstəliyində) müalicəvi əhəmiyyəti göstərilib. Məhəmməd Füzuli “Səhhət və Mərəz”, “Söhbətül əsmàr” əsərlərində geniş tibbi məlumat verib. “Söhbətül əsmàr” əsərində meyvələrin müalicəvi əhəmiyyətindən, faydalı və zərərli cəhətlərindən bəhs edilir.

Azərbaycan florasında dərman bitkiləri və onların bir çox xəstəliklərin müalicəsində istifadəsi haqqında ta qədim dövrlərə aid məlumatlar olmasına baxmayaraq, daha geniş məlumatlar XIII-XVIII əsrlərə aiddir. Yalnız XIX əsrin ikinci yarısından başlayaraq kimya elmininyüngül sənayenin sürətlə inkişafı kimyəvi preparatların yüksək dərəcədə istehsalını və tətbiqini genişləndirdi. Nəticədə bəzi xəstəliklər, xüsusilə yoluxucu xəstəliklər keçmişdə kəskin formada keçirdisə, sonralar onlara xroniki formalarda rast gəlinməyə başladı. Bunun da əsas səbəbi xəstəliklər zamanı kimyəvi dərman preparatlarının həddən çoxlüzumsuz yerə tətbiq olunması idi.

Bütün bunlar nəzərə alınaraq dünyada etnobioloji üsulların effektivliyi öyrənilməyə başlanıldı. Belə qənaətə gəlindi ki, etnobiologiyanın bir qolu sayılan etnobotanikadan, başqa sözlə, xalq təbabətindən istifadə etmək daha effektiv və ziyansızdır.

Bu fikirlər AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Pandemiya ilə mübarizədə xalq təbabətinin rolumövzusunda məqaləsində yer alıb. Məqalədə ölkəmizdə yetişən dərman bitkilərindən, onların müalicəvi üsullarından, həmçinin pandemiya və müxtəlif viruslarla mübarizədə bu bitkilərdən istifadə qaydaları barədə ətraflı məlumat verilir. AZƏRTAC məqaləni təqdim edir.

Tədqiqatlar göstərdi ki, bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Min dərd varsa, min bir də dərman var” deyən ulularımız bitki örtüyündəki minlərlə otlardan, gül-çiçəklərdən, bitki köklərindən, tərəvəz və meyvələrdən istifadə etmişöz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə etmişlər. Belə təbii dərmanları insanların tanımaları və onlardan istifadə etmələri zamanın sınağından uğurla çıxıb və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxt xalq təbabətinə - türkəçarəyə qısqanclıqla yanaşan elmi təbabət bu gün onun əhəmiyyətini etiraf edir.

Xüsusən dünyanı bürüyən xəstəliklər, epidemiyapandemiyalar zamanı müasir ənənəvi təbabət belə bir virusun əlində aciz qalır və belə hallarda insanlar yenə də üzünü təbiətin onlara bəxş etdiyi “yaşıl dünyaya tutur.

Qeyd etmək yerinə düşərdi ki, yoluxucu qrip virusları o zaman insanlarda qorxulu fəsadlar törədir ki, onların immun sistemi zəif olsun. Anadangəlmə, qeyri-adaptiv immun sistemi orqanizmin bioloji aqressiyadan qorunmasının ilkin mərhələsini təşkil edir. Anadangəlmə immun sisteminin komponentləri insanheyvan doğularkən orqanizmdə hazır şəkildə mövcud oluronlar tərəfindən antigenə qarşı mübarizə tez bir zamanda, heç bir hazırlığa ehtiyac olmadan baş verir. Sonradan qazanılmış və ya adabtiv immun sistemi müdafiənin növbəti mərhələsini təşkil edir. Qazanılmış immun sistemi limfositlər tərəfindən orqanizmin ontogenezində fərdi inkişaf dövründə formalaşır. O, anadangəlmə immun sistemindən yüksək spesifikliyə və yaddaşa malik olmasına görə fərqlənir. Bu zaman orqanizmə daxil olmuş hər bir antigenin özünə qarşı xüsusi immunoloji cavab reaksiyaları yaradılır. Antigenlə qarşılaşma immun sisteminin yaddaşında saxlanılır və antigenlə ikinci dəfə qarşılaşma olarsa ona qarşı daha güclü müdafiə təşkil olunur. Göründüyü kimi, əgər insanlarda immun sistemi möhkəm olarsa, o hər bir yad bakteriya, virus, göbələk və ya hər hansı mikrobun dəf edilməsi üçün dərhal müdafiə sistemini işə salır. İnsan qanı əsasında yaradılmış immun preparatları yüksək səviyyədə interferon hazırlanmasına yönəldilib. İnterferon zülalı həm virusların çoxalmasının qarşısını alır, həm də immunostimulyator rolu oynayır. Lakin belə dərmanların da normadan artıq qəbulu immun sisteminə fəsadlar verə bilər. Belə olan halda immun sistemi qamçılanmış olurözünü dağıdır. Bu cümlə əyani şəkildə göstərir ki, immun dərmanlarının, stimullaşdırıcıların qeyri-düzgün qəbulu hansı nəticələrə aparıb çıxara bilər. Digər tərəfdən, təbii vasitələr nə qədər yumşaq təsir göstərsələr də, unutmayın ki, bitki özü də dərmandır. Bundan başqa, immun sisteminin profilaktika üçün “qamçılanmağa” ehtiyacı yoxdur. Ona kömək etmək, gerçəkdən də zəifləyibsə, stimullaşdırmaq lazımdır. İmmunitet əsasən ağır xəstəliklərdən sonra aşağı düşürbu zaman ona stimulyatorlar lazım olur. Qeyd edək ki, ən təsirli bitki immunomodulyatorlar jenşen, exinasia, eleuterokokk, əzvay (aloye), itburnu meyvələri, kalanxoe, estraqon, çaqa (ağac göbələyi) sayılır. Qripin əsas dərmanı kalanxoe gülü yarpaqlarının şirəsidir, buruna bir neçə damcı gün ərzində 4-5 dəfə salmaqla virusdan qurtarmaq olar. Bununla yanaşı, bir sıra digər bitki yığımları da var ki, onlar immun möhkəmləndirici kimi unikal təsir edir. Orqanizmin qoruyucu gücünü artırır, kompleks soyuqdəymə, qrip, bronxit, angina, pnevmoniya, bronxial astma və infeksiyaların sağalmasına tez bir zamanda imkan yaradır.

İmmun sisteminin bərpaedicisi və qoruyucusu kimi xüsusən, xoş olmayan iqlimekoloji şəraitdə dərman vasitəsi kimi istifadəsi exinasianın yerüstü hissəsi, dazıotunun yerüstü hissəsi, biyan kökü, itburnu meyvəsi, zəncəfil kökü, rozmarin otu və kasnı kökünün 1:1 nisbətində fitoçayı tövsiyə edilir. İlk dəfə olaraq bizim tərəfimizdən kimyəvi-farmaseptik sənayedə istehsal olunması üçün bu əsasda immun bərpaedici fitoçay hazırlanıb və onun tablet, kapsul, paket-çay və 1:2 nisbətində şəkər əlavə edilməklə sirop şəklində istehsalına Avro-Asiya patenti alınmışdır (İmmunostimuliruyuşiy fitospor s obşeukreplyayuşim deystviyem Yevraziyskoye patentnoye vedomstvo. 026106 V1/Moskva 04/04/ 2017, str. 1-4).

Tənəffüs îrqànlàrının õəstəlikləri zàmànı həràrətsàlıcı, iltihàb əlåyhinə, àntisåptik, öskürəkkəsici, spàzmalîtikimmun möhkəmləndirici dərmàn bitkilərindən istifàdə åtmək làzımdır. Bunlardan gåcəvərin (Àcîrus càlàmus) çiçək və toxumu 1 hissə, tîzàğàcı (Båtulà àlbà) 1 hissə yàrpàq, tumurcuq, çiçəyi, uca àndız (Inulà hålånium) 1 hissə kökü, dazı (Hypåricum pårfîràtum) 2 hissə çiçək və meyvəsi, måşəçiyələyi (Fràgàrià våscà) 2 hissə yarpaq, çiçək və meyvəsi, istiot nanə (Mentha piperita ) və ənbər sürvəsinin (Salvia sclarea) isə hər birindən 2 hissə yarpaq, çiçək və toxumu qarışdırılaraq istifadə edilə bilər. Bu tərkibin güclü dîzàsı 4-6 xörək qaşığı hesab olunur. Bu miqdarı 0,7-1,0 litr qàynànmış sudà (tårmîsda) dəmləyərək yåməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə qəbul åtməklə ən ağır qrip və soyuqdəymədən fəsadsız qurtarmaq olar. Müalicə kursu 4 həftədir.

Viruslar hər şeydən əvvəl boğazda iltihab yaratdığı üçün boğaz ağrısı (angina) ilə xəstəlik başlayır. Xalq təbabətinin üsullarından istifadə etməklə bunun qarşısını almaq olar: baş soğanı əzərək qaba qîyub gündə 3 dəfə 2-3 dəqiqə yàõındàn nəfəs almaq làzımdır; qàràgilə måyvəsinin həlimi (100 q måyvə 0,5 litr qàynànmış su) ilə qàrqàrà edilməlidir; gülümbàhàr dəmləməsi (20 q bitki və 1 stəkàn qàynànmış su) ilə qàrqàrà edilməlidir; 1 dilim limînu àğızdà sàõlàmàqsînrà udmàq lazimdir; almà sirkəsi (1 stəkàn suyà 1 çày qàşığı alma sirkəsi) ilə qarqara etmək olar; 1 õörək qàşığı gəndəlàş yàrpàğı 1 stəkàn qàynànmış sudà dəmlənilir, 2 õörək qàşığı gündə 5-6 dəfə qəbul ådilir.

Qrip virusları və epidemiyalar zamanı yaranan öskürək əleyhinə ən yaxşı dərman xalq təbabətində gülxətmi sayılır. Gülõətminin quru kökünün cövhəri 2:98 nisbətində hazırlanır. 2 sààtdàn bir 1 õörək qàşığı dàõilə (böyüklər üçün) qəbul edilir.

Sinə åliksiri kimi biyàn kökünün cövhəri 60 hissə, naşàtır spirti 10 hissə, cirə yàğı 1 hissə, etil spirti 49 hissə və su 180 hissə. Gün ərzində 3-4 dəfə hər dəfə 20-40 dàmcı qəbul ådilməlidir (böyüklər).

Kəklikîtu çayı, limon qabıqlı və zəncəfil virus əleyhinə xalq təbabətinin əvəzolunmazıdır.

Tərlədici qàrışıq: Mîruq måyvələri 2 hissə, dəvədàbànı 2 hissə, qàràqınıq 1 hissə. Qripîz pnåvmoniyà, åksudàtiv plåvrit, brînõîåktàziyà, àğciyər vərəmi və brînõiàl àstmà õəstəliklərində xalq təbabətində bütün ölkələrdə istifadə edilir.

Qeyd etmək istəyirəm ki, bizim tərəfimizdən bu sahədə yüzlərlə məqalələr və onlarca kitablar yazılıb.

Adları sadalanan bitkilərin hər birinin floramızda tükənməz mənbəyi var. Råspublikada 5-6 min ton biyàn kökü, 50-60 ton gəvən, 15 ton zirinc kökü, 27 ton yåmişàn måyvəsi, 4 ton çiçəyi, 400 ton çàytikànı måyvəsi, 30 ton àndız kökü, 20 ton bàldırğàn, 135 ton dàzıîtu, 7 ton murdàrçà måyvəsi, 6 ton cökə çiçəyi, 23 ton bîyàqîtu, 54 ton sumàõ, 15 ton vəlgə yàrpàğı, 500 ton itburnu måyvəsi, 8 ton sîlmàzçiçəyi, 10 ton bîymàdərən və s. digər qiymətli bitkilərin åhtiyàtı müəyyənləşdirilib, înlàrın yàyılmà õəritələri tərtib edilib. Mövsümündə toplamaqla tədarük edib istifadəyə vermək olar. Məsələ burasındadır ki, bu bitkilər qeyri-peşəkarlar tərəfindən toplanılaraq xaricə göndərilir.

Hazırda Azərbaycan alimlərinin àpàrdıqları ålmi-tədqiqàtlàr nəticəsində ölkədə 178 fəsilə və 740 cinsi təmsil edən 1500-dən çox dərmàn (î cümlədən 315 növ àlkîlîidli, 150 növ kumàrinli, 1000 növ åfiryàğlı, 300-ə qədər qlikozidli) bitkisi àşkàr ådilib. Onlàrın 400-ə qədəri təbàbətdə sınàqdàn kåçirilib, 90 növün sənàyå əhəmiyyəti àşkàr ådilib. 100-dən çîõ àlkîlîid, kumàrin, àrîmàtik, tårpån birləşmələri, såskvitårpån làktînlàrı və låkîrin, sàlîsîdin, åfådrin, målliktin, bårbårin, tàuråmizin, sàntînin, såslîzid, ràdiîtinin, ràdiîtinîl, plümbàqin, şàfrànîl, kîçîtimîl, levarin kimi qiymətli dərmàn màddələrinin yåni mənbələri àşkàrlanıb. Àlınàn màddələr və dərmàn pråpàràtlàrı alimlərimiz tərəfindən pàtåntləşdirilmişdir.

 

Səyyarə İbadullayeva

 

525-ci qəzet.- 2020.- 22 aprel.- S.20.