Dağlar
Başımı al dizin üstə
Bu saçları dara, dağlar!
Bu saçların qara rəngi
Çönübdür ağ
qara, dağlar!
Su keçməzdi aramızdan
Fələk saldı ara, dağlar!
Axıb
düşdüm qara gözdən
Günüm oldu qara, dağlar!
Daraldıbdır hisarın qəm,
Qəmi
tut çək dara, dağlar!
Nə pis vurmuş xəzan bağı
Ki dolmur bağ bara, dağlar!
Ürəklərdən çəkilmir
çən
Gedək biz bəs hara, dağlar?!
Durubdur sel, Sara səslər,
Deyin gəlsin Sara, dağlar!
Fələk gördü yaram
vardı
Duzun səpdi vara, dağlar!
Təbibim ah çəkib yazdı,
Sağalmaz bu yara, dağlar!
***
Səndən sonra, qəm kölgə salıbdır
bucağımda,
Nisgil gül açıbdır, qara geymiş budağımda.
Sənlə tükənib getdi
qotaz bağladığım
tel,
Həsrət daranır təkcə bu günlər darağımda.
Yer yoxdu sevincin uşağı oynaya burda,
Qəm xeymə vurub qalmağa,
çoxdan qucağımda.
Qıpqırmızı gültək yanağım sapsarı solmuş,
Gəl, ayrılığın
naməsini gör yanağımda.
Sənsiz
nə alovlar, nə sönər ömrün ocağı,
Gözlər tutular tüstü becərdən ocağımda.
Heç
gör soruşur taleyimin ağzı, bu göydən,
Çaldın niyə lay-lay gecə-gündüz
qulağımda?!
Ağ günlərimin əlləri,
sənsiz yasa batdı,
Kölgəm də dolanmır
daha, sənsiz otağımda
Ramin yaşayan ünvanı hamnız unudubsuz,
Bir tək,
ölümün izləri
qalmış sorağımda.
***
Yum o gözəl
gözlərini,
Məni görmə, onu gör.
Aç
o mən hördüyümü,
O deyəntək onu hör.
Ürəyin dəftərin aç,
Varağından məni sil.
O mənim boş yerimə,
Onu tək yaz, onu bil.
Qoyma boş qalsın ürək,
Güldanın boşları heç.
Ürəyindən məni aç,
Onu axtar onu seç.
Sil gözün yaşlarını,
Silinər sürmələrin.
Heç bir şey istəmirəm,
Mənə bəs namələrin.
Neçə gün çıxma çölə,
Çoxalıb, şayiələr.
Qulaq asma "bir nəfər
özün asmış desələr".
Ramin BƏXŞİ
525-ci qəzet.- 2020.- 22 aprel.- S.20.