Ramiz Rövşəndəngülməlişeirlər

 

TEAS PRESS nəşriyyatında Xalq şairi Ramiz Rövşənin “Bu dünyanın hər sifətiadlı yeni şeirlər kitabı çapa hazırlanır.Oxucular bu kitabda sevimli şairin yaradıcılığının fərqli bir cəhəti ilə, onun film tamaşalara yazdığı şeir mahnı mətnləri ilə tanış olacaqlar. İnanırıq ki, bu yeni kitab da şairin çoxsaylı oxucularını sevindirəcəkdir.

Şairin kitaba yazdığı kiçik ön sözünü bir neçə şeirini “525-ci qəzet”in oxucularına təqdim edirik.

 

Ön söz əvəzi

 

Bu kitabda mənim uzun illərdən bəri bir çox filmlərə, tamaşalara yazdığım şeir mahnı mətnlərindən seçmələri Dərsadlı pyesimi oxuyacaqsınız. Əksəriyyəti yumor ironiyayla dolu olan bugülməlişeirlər mahnı mətnləri mənim əvvəlki kitablarımdakı ciddi, bəzən həttaağlamalışeirlərimi sevən oxucularıma hədiyyəmdir.

Oxuyun, gülün, düşünün mənim haçansa bu mahnılar üzərində birgə işlədiyim, təəssüf ki, çoxu artıq haqq dünyasında olan görkəmli bəstəkarlarımızı bir daha xatırlayın.

 

Ramiz Rövşən

 

“BU MEYDAN, BU ŞEYTAN” tamaşasından (1983)

                   Bəstəkar: V.Adıgözəlov

 

CƏNNƏT MAHNISI

 

Ölüyükmü, diriyikmi?

İnsanıqmı, mələyikmi?

Bir kimsəyə gərəyikmi

     bu cənnətdə, bu cənnətdə?

 

Soyuğu yox, istisi yox,

Naxoşu yox, xəstəsi yox,

Yananların tüstüsü yox

     bu cənnətdə, bu cənnətdə.

 

Cəhənnəmə güldük, Allah,

Cənnətdeyib gəldik, Allah,

Cənnət nədi, bildik, Allah,

     bu cənnətdə, bu cənnətdə.

 

Quşlar ötür hər budaqda,

Nəğmə dinir hər dodaqda,

Bezdik çalıb-oxumaqdan

     bu cənnətdə, bu cənnətdə.

 

çiçəklər solmaq bilir,

mələklər ölmək bilir,

ürəklər sevmək bilir

     bu cənnətdə, bu cənnətdə.

 

Çovğun ola, boran ola,

Bu cənnəti viran ola,

İnanma ki, qalan ola

     bu cənnətdə, bu cənnətdə

 

“HACI QARA” filmindən (2002)

                   Bəstəkar: A.Məlikov

 

MÜSƏLMANDI, MÜSƏLMAN

(Ohanın mahnısı)

 

Düşmənimiz kimdi, kim?

Müsəlmandı, müsəlman.

Yüz ildi, min ildi ki

Müsəlmandı, müsəlman.

 

Adını desən de,

Əli, Vəli, Həsən de,

Oğru de, başkəsən de,

Müsəlmandı, müsəlman.

 

Odur gedən hər yola,

Ondan gəlir hər bəla,

Əz başını, tapdala,

Müsəlmandı, müsəlman.

 

Dinən kimi vur qapaz,

Neyləsən azdır-az,

Türməyə sal, qəbrə bas,

Müsəlmandı, müsəlman.

 

“GİRİŞMƏ, ÖLDÜRƏR” filmindən (1991)

                         Bəstəkar: C.Quliyev

 

BU DÜNYANIN HƏR SİFƏTİ OYUNDU

(qumar mahnısı)

 

Bu dünyanın hər sifəti oyundu,

Namərd üzü, mərd sifəti oyundu,

Udan qurddu, uduzanlar qoyundu,

Bu oyunda kim kimədi, kim kimə?

Şimşimədi, şimşimədi, şimşimə.

 

Bu qapıdan ayıq girən dəmlənir,

Yavaş-yavaş həriflənir, xamlanır,

Varı-yoxu buğda kimi dənlənir,

Qurban olur bir balaca himcimə,

Şimşimədi, şimşimədi, şimşimə.

 

Bu qapıdan girmə, evin yıxılar,

Başın qalar, amma cibin qırxılar,

Qoyun olan qoyun kimi qırxılar,

Qoyunsansa, qaqaş, qurddan incimə,

Şimşimədi, şimşimədi, şimşimə.

 

Ramiz RÖVŞƏN

 

525-ci qəzet.- 2020.- 25 aprel.- S.12.