Ədəbiyyatın mehi
- Məsihi
Britaniya
muzeyində Şərq
əlyazmaları kataloqunu
hazırlayan Çarlz
Rio bir dastan haqqında ilk dəfə məlumat verir.Müəllif
haqqında bir kəlmə söz deyilmir: “Vərqa və Gülşa” fars məxəzlərindən
alınmış tərcümə
əsəridir”. Bu cümlə, üzün müddət keçsə
də, Məsihinin müəllifliyinə kölgə
sala bilmədi.
***
Məsihi 17-ci əsrdə yaşayıb. Müharibələr o əsrin arasıkəsilməz yaşantısı idi. Qələm adamları döyüşlərdə öldürülür, ya da dərbədər olurdular. Bu əsrdə Səfəvilər hakimiyyətdə idi və şiəlikdən ideologiya kimi istifadə edir, dövləti gücləndirirdilər. 1502-ci ildə Şah İsmayıl şiəliyi dövlət dini elan etmişdi. Ədəbiyyat, incəsənət, elm, fəlsəfə şiəliyin xalq içərisində yayılmasına xidmət edirdi. Klassik poeziyada mərsiyə, şəbih, nət, mənqəbə yazmaq meyli güclənirdi.
Ədəbiyyatın sıxılması səbəbindən yazıçılar səyahət edirdilər. Bu dövr ədəbi həyatın səyahət dövrü idi.
Məsihinin həyatı haqqında çox az bilirik. Şairlikdən başqa həkim olması da bəzi mənbələrdə var. Sarayların şairlərin evi olduğu dövrdə, nə qədər azadlıq sevən olsalar da, mütləq çərçivələrdə yazırdılar. Kədəri, boğulan kütlənin sözünü, hakimlərin özbaşınalığını bədii dilin günəş, ay, çay, bulaq kimi təsvir vasitələri ilə verirdilər. Razılaşmadığım bir nüans da, qəhrəmanların daima tam müsbət verilməsidir. Müasir yazıçılar arasında da buna çox rast gəlinir. Real həyatda biz tam müsbət deyilik ki... Çatışmayan cəhətlərimiz var. Niyə ədəbiyyatda mütləq yaxşılar, əla keyfiyyətlilər çox qabardılır ki?
“Vərqa və Gülşa”da Məsihi öz qəhrəmanının şəxsi səadətinə qurbanlar verməsini təsvir edir. O, Vərqanın ruhi sarsıntı, həyəcan, dərin psixoloji hallarını məharətlə verib. Əsər həm döyüş, həm psixoloji səhnələr baxımından Şekspin pyesləri qədər mükəmməl yazılıb.
Gülşa orta əsrlərin zavallı, məzlum
qızıdır. Onun başqa
qızlardan fərqi odlu, təmiz ürəklə
sevməsidir. Sevir, mənəvi cəhətdən
əsir düşür, iztirab
çəkir, mövcud adətlərdə
boğulur, eşqin yolunda yuvarlanıb əzilir. Anasına belə
ürəyini açmır, hamıdan gizlədir. Anası xəbər
tutur, ar-namusun zədələnəcəyi
haqqında mülahizələr söyləyir. Zorla Möhsün şaha ərə verilir.
O dövrün qızlarından fərqli olaraq, mənəvi yöndə müqavimət
göstərir, anasına lənət oxuyur.
Gülşa at minməkdə,
qılınc oynatmaqda mahirdir.
Belə bir qızın adətlərə
kölə olması dövrün bərbad
ailə münasibətlərinə görədir. Ailə onun öz istəklərindən
əl çəkməyinə əsas səbəbdir. Hətta
bu gün də belədir.
Valideyn qınağı, cəmiyyət
mühakiməsi, övlad danlağı bir çox
arzularımızın ürəyimizdə qalmasına səbəb
olur.
Məsihi eşqdən başqa, hakimiyyət mövzusuna da toxunub. Hümam ideal şahdır. Yenə qəhrəmanı ifrat müsbətləşdirməyə yol verilib. Bəlkə də şair xəyalındakı ədalətli hakimiyyəti Hümamın simasında ideallaşdırıb.
Gülşanın atası Hilal qızını düşünməyən, iradəsiz, qorxaq, arvadının sözü ilə oturub-duran biridir. Feodal-zadəgan ailəsi Banu Qəmərin qara fikirləri əsasında idarə olunur. Övlada gəlir mənbəyi kimi baxan valideynlər insani duyğulardan uzaqdırlar.
Vərqa... Məsihinin sevimlisi. Eşqdən yoğrulmuş canı ilə ən güclü pəhləvanları məhv edən oğlan könüllü halda sevdiyindən əl çəkməlidir. Çünki Gülşanın ailə qurduğu adam Möhsün şaha - bu nəcib insana pislik edə bilməyəcək. Son görüşlərində sevgilisinə aldığı qərarın ağlının və iradəsinin məhsulu olduğunu deyir.
Ayrılırlar... Göz yaşı, əzab, dərd, saf, incə duyğular, həsrət, inam və ümidin qırılması Vərqanın ölümü ilə nəticələnir. Məsihiyə görə, aşiq sevgisiz yaşaya bilməz, yaşayarsa, bu onun gerçək aşiq olmadığını göstərir.
Hərdən düşünürəm: Şərq ədəbiyyatının cazibəsi onun eşqindədir. Bu qədər güclü, canından sevgi seli axan epizodları ilə zəngin ədəbiyyat baş gicəlləndirir. Bu indi biraz uzaq gələ, inandırıcı görünməyə, sevgidə azadlıq tərəfdarlarına komik təsir yarada bilər. Amma...
Amma Məsihi, onun “Vərqa və Gülşa”sı mənim qəlbimdə silinməz təsir oyadıb.
Könül NURİYEVA
525-ci qəzet.- 2020.- 25 aprel.- S.17.