BİR XƏSTƏLİK
DÜŞÜB - ADI KORONA
Müctəhidlər on səkkiz min deyirlər,
Deyən, yetişibdi sonu dünyanın.
On səkkiz min aləm yox olmaqdadır,
Qalsa çoxdur
beşi, onu dünyanın.
Yaradıldı, çiçəkləndi, açıldı,
Pis əməldən,
pis işlərdən
qaçıldı.
Axır gəlib dağılmağa
tuş oldu.
İndi
dəyişilib donu dünyanın,
Deyən, yetib artıq sonu dünyanın.
Çox
idi dağları, daşları, düzü,
Çox hissəsi götürmüşdü
dənizi.
İndi
yavaş-yavaş yox olur özü
Deyir, yetişibdir sonu dünyanın,
Qalsa çoxdur
beşi, onu dünyanın.
Bir xəstəlik düşüb
adı korona,
Biət etmir "İncil",
"Tövrat", "Quran"a.
Divan kəsir, baxmır dağa, arana,
Deyən
yetişibdir sonu dünyanın,
Qalsa çoxdur
beşi, onu dünyanın.
Tutulanlar
çox oxşadır
tumova,
İstəsə qaldırar səni Murova.
Ovçular vaxtıyla çox
gedib ova,
Deyən
yetişibdir sonu dünyanın,
Qalsa çoxdur
beşi, onu dünyanın.
(Aprel, 2020)
Qənbər ŞƏMŞİROĞLU
525-ci qəzet.- 2020.- 25 aprel.- S.21.