ZÖKƏM
Qar, tumov, soyuq, külək,
yüz bəla gəzdirdi zökəm,
Min doqquz yüz on doqquzda insanı bezdirdi zökəm,
Mindi cəhənnəm atını
hər yana
süzdürdü zökəm,
Bütün xalqı haldan salıb, canını üzdürdü zökəm,
Müxtəsər, kəndlilərə zəhər
yedizdirdi zökəm.
Bayquş
kimi məskən salıb özünü yetirdi "nos"a,
Daxil olub əzalara rubə kimi pusa-pusa,
Elə bir hay saldı başa, sanki keşiş gəlib xosa,
Çox
zərər, ziyan yetirir, cana
gəldik qusa-qusa,
Hamı özündən əl çəkib, ölkəni
bezdirdi zökəm.
Hər kəsi tutur bu zökəm, ala-bula sayaqladır,
Qotur xırman köhrəsinə
qaratikan ayaqladır,
Qızdırır, gah titrədir,
yüz rəngə boyaqladır,
Asqırmanın güllə səsi
yatanları oyaqladır,
Bu ellərə közündən
od bilin
ki, qazdırdı zökəm.
Baş əsir, ürək sıxılır, mədəsindən
sancı tutur,
Sızıldayır qol-qıçların,
bədəni ziyançı
tutur,
Bağırsaq şikəstə çalır,
hərdən bir burmancı tutur,
Küsür xəstənin iştahı,
qındı, nə umacı tutur,
Şəfa etmək çətin olub, dərmanın azdırdı zökəm.
Hamı
qoyub baş yastığa, yuxu yatmır gündüz-gecə,
Elə ki tutur öskürək, deyirsən öldü indicə.
Həkimi yox etsin əlac,
dərdə dərman
edək necə?
Verəcək bu xəstəlik
çox qocanı məxaricə,
Cavanlar etdi davam, yüz qarı əzdirdi zökəm.
"Yara qılınc yarasıdır", "Qara
Birim neyləyəcək",
Bu zökəm dəysə hər kəsə məcburdur, "səy"
- söyləyəcək,
Mollalara
xəbər verin, bəlkə tutub eyləyəcək,
Yalandan kitaba baxıb: "nəzər" deyib küyləyəcək,
Tumova dua neyləsin, çoxları
yazdırdı, zökəm.
İllər ilə paylamasın
daha bir də bu azarı,
Nə bir kəsdən həyalanır,
nə rəhmi var, nə ilqarı.
Şikayətə qulaq verin, Şəmşir kimə desin barı,
Beyinlərə su çıxarıb,
kar eləyib qulaqları,
Bilmirəm fələk səni niyə quduzdurdu, zökəm.
(1919)
HƏKİMLƏR
Mənə yol göstərin,
baş alıb qaçım,
Uzaq elə,
bir diyara, həkimlər.
Dürlü mətahımı o yerdə
açım -
Məsləhət görsəniz hara, həkimlər.
Zaya getdi, adım-sanım qalmadı,
Bədənimdə ətim-qanım qalmadı,
Əlimdən aldılar, canım
qalmadı,
Ara zalım qrip, ara həkimlər.
Göz dikirəm Kəpəz, Qoşqar, Murova,
Kimdi
dada çatıb yetişən
hova,
Sizdə dərman-dava varmı tumova?
Mən tapa bilmədim çara, həkimlər
Siz olasız halal nemət, duz-çörək,
Verin bu xəstəyə bir ürək-dirək.
Kəsib
nəfəsimi aman öskürək,
Can çəkirəm aşikara,
həkimlər.
O qədər yemişəm
tetraskilin,
Normasın yığmışam gələcək
ilin.
Şəmşir üçün fayda
vermir pensilin,
Aşıq düşüb yaman zora, həkimlər.
GƏL
Üç nəfəri qrip
salıb yan-yana,
Həkim
Kamal, tez özünü çatır,
gəl.
Qoy and içim, həkim bəlkə inana,
Çatmamışdı gələ bizə qotur, gəl.
Öskürməkdən artıq verir normanı,
Asqıranda naqan edir formanı.
Tapılmayır, yox bu dərdin dərmanı,
Ağrıları bir-birinə qatır, gəl.
Bir ay keçdi, canım yanıb-yaxıldı,
Əl çəkmir
bu zina, çıxmır paxıldı.
Güllü də yıxılsa,
evim yıxıldı,
Olan nə var,
mal-qaramız batır,
gəl.
Əlində işpiris bir səs maşını,
Dərman olsa, Şəmşir tökməz yaşını.
Balta gətir, əz qripin başını,
Bas altına, sinəsində
otur, gəl.
QORXURAM
Yenə
qrip dəyişdirir məndəki halı - qorxuram,
Bunun aman dərdi-qəmi çoxdu zavalı - qorxuram,
Dilindən baş açmıram
etsə sualı - qorxuram,
Buraxmır tutduğunu qara-yaxalı
- qorxuram,
Tanımır yatanı da bu kəm səxalı
- qorxuram.
Görən varmı bu azarı dünyada görməyən lələ,
Əgər varsa minnətdaram belə saleh xoş əmələ.
Bəlkə də Mehdixana, Həbibə çatmayıb
hələ
Atəş açın, basın
daşa, qoymayın ki, yaxın gələ
Gedər tapar Qamışlıda Rüstəmi, Zalı qorxuram.
Sizə
zarafat gəlməsin çoxların öldürdü
qrip,
Ağlatdı dost-aşnanı, düşməni
güldürdü qrip.
Yayıldı əvvəl az-az
özünü bildirdi
qrip,
Gözümüzün al yağışını
axırda sildirdi qrip,
Yayılmasın, dərdə salar eli-mahalı qorxuram.
İnan
gözlərimin yaşı
yazda axan çaya dönüb,
Bir gecəni il
sanıram, bir dəqiqəm aya dönüb.
Ömrümə ləkə salıb
zədələyib, zaya
dönüb,
Bilinməz, dərdə-qəmə qurtarmaz bəlaya dönüb,
Yaradanın belə imiş əlbət xəyalı
- qorxuram.
Əlqəməni xəbərdar et,
o da götürsün
qələmi
Dünyanı qarışdırıb bir-birinə
vursun aləmi.
Yaman gündə
sənətkarı soyuq
gəzərlər beləmi?
Şabər, şair nəvəsidir
yazsın bir neçə kəlamı,
Bu dərdə düçar
olar teli xınalı qorxuram.
Nə vaxtdır
səsləyirəm urvatdı
vaxtdım, hardasan?
Canımı qəm oduna yandırdı, yaxdı, hardasan?
Ox kimi daşdan keçən talehim, bəxtim, hardasan?
Müşkülə düşüb işim sellərdə axdım, hardasan?
Bu dərddən Aşıq
Şəmşir olub havalı qorxuram.
HALIMIZ
Bizim Kəlbəcərin həkimlərinə
Deyin, belə keçir vəsfi-halımız.
Zalım
qrip bizi salıb dərinə,
Günü-gündən artır qeylü qalımız.
Demərəm ki, bircə ev salamatdı,
Bu nə çal-haçaldı,
bu nə ovqatdı?!
Payızdan düşübdü yanvara çatdı,
Qarışıb bir-birə cavan-çalımız.
Öskürməkdən uzanıbdı gözümüz,
Gəlib
sizə əlbət, çatmır sözümüz,
Düzünü desəm də,
tutmur üzümüz,
Müxtəsəri, yüzə çatıb xalımız.
Qurunun oduna yaş da yanarmı?!
Dəmir
tab gətirmir, daş
da yanarmı?
Belə vurhavura baş dayanarmı?!
O cümlədən, dilə
gəldi halımız.
(1970)
AŞIQ ŞƏMŞİR
525-ci qəzet.- 2020.- 25 aprel.- S.20.