KÖYNƏKDƏ DEŞİK
Şaxtalı,
çovğunlu qış gecəsiydi,
Mən
öz otağımda yatağa girib
Alışdırdım
siqaretimi.
Tütünün
közü kötükdən qopub
Düşdü
köynəyimin üstünə birdən,
Yandırıb
çıxardı düşdüyü yeri...
... Bu
gün döşü deşik mavi köynəyi
Geyinib
sübh tezdən çıxdım eyvana.
İlk
bahar günəşinin
İlk al
şəfəqi
Tapdı
sinəmdəki yanıq deşiyi
Ordan
qıvrılaraq
Hopdu
canıma.
YAZDIĞI YERDƏ MİSRA QIRILDI
Siz elə
bilməyin atəşi söndü,
Siz elə
bilməyin sözü qurtardı,
Bəlkə
düşünürsüz,
Qafiə
tapmadı sonuncu bəndə?
Ya da zənn
edirsiz,
Telefonuna
bəd xəbər gəldi –
“Tələs,
yaxın dostun qəzada öldü...”
Ya da
deyirsiniz,
Zəlzələ
ayırdı onu fikirdən?
Yox, yox, həmin
gecə heç nə olmadı,
Sadəcə
olaraq şeir yazarkən
Yatdı
yazıq şair, yatdı, neynəsin...
Səhər
oyananda davam etmədi...
Axşamdan
yarımçıq qalan şeirə
O ithaf elədi
bax bu şeiri.
SANTEXNİK QƏMİ
Saşayla
birlikdə şərab içirik
Kütaisidən
göndəriblər çaxırı mənə.
İsa məsihin
qanı qaynayır
Saşa
Kornilovun damarlarında...
Birdən
işıq gəlir,
Unitaz
işləyir,
Duş təzələnir
–
Sevinir
uşaqlar bu hadisəyə.
Saşanın
uşağı yoxdu. Olmayıb...
3 il bundan
öncə ölüb arvadı.
3 ildi
yoldaşı ölüb zavallı Tariyelin də –
O mənim
ikinci santexnikimdi.
Tariyel
get-gəldə doğmalaşıbdı,
Saşa təzədi,
Hələ
alışmayıb bu vəziyyətə,
Çallaşmış
saçını darayıb Saşa,
Kostyum
geyinib
Deməzsən
çirkabda bayaq çəlləşən
Həmin
adamdı.
İçginin
təsiri ayrı təsirdi,
Tariyel barədə
danışıram mən –
İşini
bitirib uşaqlarımı
Tez
durğuzardı kompyuterdən,
Özü
oturardı,
Deyəri
burda əlim gətirir.
Oynayıb
udardı, udub oynayardı,
Deyərdim,
bizim payımızı ver,
Qımışıb
gülərdi zarafatıma...
Mənimlə
Saşa Kornilov budur
Kote
Kiknadzenin göndərdiyi şərabdan içib
Tənbəllər
barədə söhbət edirik.
Tənbəllərin
işi yaman çətindir,
Bunu
Saşa deyib əlavə edir –
Onların
özləri yaxşı bilirlər
Niyə,
nəyə görə belə çətindir...
Gecdir.
Saşa bilir getmək vaxtıdır –
Vazisubani
məhləsində tək-tənha qalır.
Tariyel də
təkdir,
O da bunu
kimi təkcə yaşayır.
“Ax, kak ne
axota uyti!” –
Rus kəlməsi
gəlir onun dilinə.
Tələsmə
deyib çaxır süzürəm istakanına.
Saşa
istəmir öz qəmi ilə üz-üzə qalsın.
Tariyel istəmir
öz qəmi ilə üz-üzə qalsın.
Eh,
santexnikin qəmi başqadır –
Təmiz
və ağır.
2015-ci ilin yayında Metexi məbədinin
üzərində buludlar
Oxşada
bilmədim öncə heç nəyə.
Sonra
baxıb gördüm Filipinlərdi.
Daha sonra
birdən başa düşdüm ki,
İndoneziyadır
gördüyüm bulud.
P.S. Bir az
sonra gördüm şəkil dəyişdi
İndoneziya
Filipinlərdi.
P.P.S. Aha,
Yunanıstan oldu o bulud!
P.P.P.S.
Bulud çəkilməmiş
Getsəm
yaxşıdır.
KORŞADAN BİR ŞƏKİL
Elə
günəş idi, elə gün idi,
Qonşu
həyatda
İçinə
girmişdi ləyən ləyənin.
MART GÜNƏŞİNİN
ŞƏKİLLƏRİ
(İoseliani
küçəsi ¹37. Birinci mərtəbənin eyvanı)
1.
Kosqoca bir
kişi robot sayağı
Yanlarını
basa-basa gəzir həyətdə,
Günəşi
görüb hərəkətə gəldi elə bil.
2.
Solğunc
çöhrəli arıq kişinin selofanında
qırmızı
pomidor
Tibb
konteynerindəki ürəyə bənzər.
3.
Bir
oğlan həyatda vargəl eləyir.
Gömgöy
“Jiquli” parıldayaraq
Həmqafiə
oldu göydə günəşə.
4.
Bir zənci
qızı qara əlində ağ çörək tutur.
Qara
pişik düşdü kirli köbəyindən
şişman qadının.
Yaslı
bir xanım gəzintiyə çıxarıb Taksa itini.
5.
Narıncı
jiletli iki xadimə
Süpürgələri
zirzəmiyə qoyub da getdi.
Köhnə
cihazı iki nəfər çıxarıb atdı bayıra.
DOST YATAĞINDA
“Kökəlib
mənim köhnə sevgilim”
Qiorqi
Lobjanidze
Qocalıb
mənim köhmə rəfiqəm,
Saçı
çallaşıb,
İntihar
etmək fikrinə düşüb.
Baş
çəkdim ona.
Ovundurub təskinlik
verdim,
Yuxuya
getdi.
Soyuq
ovucunda sıxdı əlimi,
Pıçıltıyla
dedi, uzan yanıma.
Uzandım,
Əlimi
üzünə qoydum.
Əlimi
yaladı isti nəfəsi,
Acı nisgilini
boşladı o an...
Qocalıb
mənim köhnə rəfiqəm,
Əlim
yanağında mışhamış yatır,
Yaman
yorğundu,
Bağrıma
basıb yatdım onunla...
Mənim
də onuntək qocaldığımı
Anladın...
Əlin üzünün altda
Yatdıq,
oyandıq,
Oyandıq,
yatdıq...
Amma bircə
an da çəkmədim onun
Yanağının
altdan isti əlimi.
Əlim
üzündə yenə düşündüm,
Qocalıb
mənim köhnə rəfiqəm,
İntihar
etmək fikrinə düşüb...
ŞOTA İATAŞVİLİ
Gürcü dilindən tərcümə
edəni İmir Məmmədli
525-ci qəzet.- 2020.- 29 aprel.- S.21.