Pandemiya parodiyaları
Karantindəki vətəndaşın pandemiyadan giley-güzarı
“Dünya
düzəlmir ki düzəlmir, baba!”
Məmməd Araz
Ərzaq
da tükənir, pul da tükənir,
Ciblərdən sonuncu manat da
qaçır.
Oğul-uşaq qapır əldən
tikəni,
Saç-saqqal basandan arvad da qaçır,
Virus azalmır ki azalmır, qaqa!
Acından karıxmış Çinin
uşağı
Yedi yarasanı
neçə ay qabaq.
ABŞ-ın petrolu sudan aşağı,
Rus rublu biryolluq kəlləmayallaq...
Virus azalmır ki azalmır, qaqa!
Deyirdik,
Uhanda, Çində boğular,
Qəfil
ayağını İrana
qoydu!
Taclandı, adını “karona”
qoydu,
Dağıtdı dünyanı, virana
qoydu,
Belə
ki yayılıb, çətin yox olar,
Virus azalmır ki azalmır, qaqa!
Ölkə var - ölülər
qəbirsiz qalıb,
Ölkə var – xarabdı,
təmirsiz qalıb,
Taxılsız, taxtasız, dəmirsiz
qalıb...
Bizdəsə vəziyyət okeydi,
şükür,
Kim deyir, təknəmiz
xəmirsiz qalıb?!
Di gəl ki manqallar
nisgilli baxır:
Nə vaxtdı, şiş dəymir, kömürsüz
qalıb...
Virus azalmır ki azalmır, qaqa!
Karantin uzanır, sonu görünmür,
Qərargah SOS verir: "Daha
bir həftə..."
Göydə də Allahın
Günü görünmür,
Mir-mitil salmışıq dörd bir tərəfdə,
Virus azalmır ki azalmır, qaqa!
Hələ bu virusun qeylü qalı çox,
Fırladıb oxudar eyni valı
çox.
Çox
verdim özümə
bu sualı, çox:
Yurdun sarımsağı, portağalı
çox,
Bəs niyə
bu virus azalmır, qaqa?!
***
Yaşı əlliyə gedən
tədbirli vətəndaşın
nadinc gəncliyə nəsihətləri
1-ci nəsihət
“...Bələyindən kəfən
biçən dünyadı”
Ramiz Rövşən
Mənim
qaqam, bu virusla oynama,
Adı təzə,
özü qoca virusdu.
Aralı
gəz, dost dostundan yoluxar,
Bilən yoxdu hələ, necə virusdu.
Kim nə anlar bu
“taclı”nın işindən,
Çoxlarını keçiribdi dişindən.
Elə sıxar, sancı qopar döşündən,
Nə olsun ki, bapbalaca virusdu.
Siqareti sümürmüsən əzəldən,
Ciyərlərin seçilmir ki xəzəldən.
Sarımsaqdan dezenfektan düzəldən,
Büstqalterdən maska biçən virusdu.
Bazarlığı bol hesabla, bəs elə,
Çöl-bayırla ilişkini kəs hələ.
Tacı
parlar, xortumları səs elər,
Neştərinin ucu haça virusdu*.
(*Axırıncı bəndin
üçüncü misrası
Məmməd Arazın
məşhur şeirinə,
son misrası isə “Koroğlu” dastanındakı
“Giziroğlu Mustafa bəy”
gəraylısına “steril”
göndərmələrdir)
2-ci nəsihət
“...Öyrətmə, özünə
öyrətmə məni”
Musa Yaqub
Taleyin qisməti rast salsa sizi,
Yolunuz hardasa qovuşacaqsa,
Qəfil,
bilinmədən nişanı-izi,
Kimdənsə üstünə bulaşacaqsa,
Beş gündə təndə
can qalmayacaqsa,
O əllər səninki olmayacaqsa,
O qollar səninki olmayacaqsa,
Sən
Allah, özünə öyrətmə
onu,
Sonra da yüzünə yönəltmə
onu.
Sən bir az baharlı budaq kimisən,
Bir az da sadəlövh, uşaq kimisən.
Anbara siçovul doluşan kimi,
Yorğana bit-birə daraşan
kimi,
Bax bu da adama
tez daraşandı,
Bronxda, ciyərdə tez alışandı,
Amma ki sönməyi çox çətin olur,
Ölümdən dönməyin çox
çətin olur,
Öyrətmə özünə, öyrətmə
onu.
Sən heç gözləmirsən
o bəd görüşü,
Yaman qəribədi “KOVİD”in
işi:
Heç
vaxt qənşərində
dayanmadığın,
Hətta
varlığına inanmadığın
Gəlib
birdən-birə müsəllət
olur,
Nəfəsi çatışmır - adam boğulur.
Bənizin saralıb solacaq
isə,
Şirin
canın hayıf olacaq isə,
Öyrətmə, özünə öyrətmə
onu.
Yox ona taqətin, yox ona tabın...
Çıxıb icazəsiz gəzmək
"hesab"ın,
Sonra o “hesab”a dözmək əzabın,
Üstəlik, millətin qınaqları
var,
Qripin sağalmaz yanıqları
var,
Çox
sarsaq virusdu - ayaqları var,
Bir də gördün, gəlib tapacaq səni,
Yaxıb-yandıracaq o alçaq səni...
Gəl onu özünə öyrətmə, bala,
Əlinə, üzünə öyrətmə,
bala,
Burnuna, ağzına öyrətmə,
bala,
Öyrətmə özünə, öyrətmə
onu!
***
Pandemiya xəstəxanasından buraxılan vətəndaşın
“KOVİD-19”a vidası
“...Yerin qalıb ürəyimdə”
Musa Yaqub
İlk baharı aparılmış,
Dartım-dartım
Budağından qoparılmış
bir pöhrənin sızıltılı yeri
kimi
Yerin qalıb
ciyərimdə.
Sancdığın o neştərlərdən
Zəhrin qalıb ciyərimdə.
Yanıb-yanıb cızdağ olan,
Qarası
ağappağ olan
Əhəngdaşı özəyində
Alovlara
tab eyləmiş
Fındıq boyda bir xal kimi
Yerin qalıb
ciyərimdə.
O cəhənnəm əzabından
Sehrin qalıb
ciyərimdə.
Öz içində dərd itirən,
Qabıq-qabıq üz gətirən
Bir çinarın gövdəsində
Dərin
çapıq yeri kimi
Yerin qalıb
ciyərimdə.
Ağrıların, əzabların,
Qəhrin qalıb ciyərimdə.
Daha bir də tutmayacaq,
Karantinə atmayacaq
O polisdən, o həkimdən,
O dəhşətli, bəd
“hökm”dən -
Pandemiya
bəlasından,
Pis günlərin cəfasından
Bircə
naxış, bircə
lələk
Yerin qalıb ciyərimdə,
Açılmaz bir düyün
kimi
Sirrin qalıb
ciyərimdə.
Seyfəddin HÜSEYNLİ
"Dünya ədəbiyyatı" dərgisinin
baş redaktoru
525-ci qəzet.- 2020.- 29 aprel.- S.17.