Xalq yazıçısı
Kamal Abdullanın yeddi cildliyinin birinci cildi işıq
üzü görüb
Xalq yazıçısı,
akademik Kamal Abdullanın yeddi cildliyinin birinci cildi işıq
üzü görüb. Birinci cildə yazıçının
üç romanı,
həmçinin həyatı,
elmi, bədii yaradıcılığı ilə
bağlı yalnız
faktlardan ibarət məlumat daxil edilib. Yazıçının
ədəbi-bədii irsində
vacib yer tutan roman yaradıcılığı
“Yarımçıq əlyazma”
ilə başlayıb.
Müasir Azərbaycan ədəbiyyatında
hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas
və tənqidçilərin
bədii-estetik səviyyəsinə,
ədəbi siqlətinə
görə yüksək
nümunə kimi dəyərləndirdiyi bu
əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.
“Yarımçıq əlyazma”nın ədəbi
taleyi təkcə Azərbaycanla bağlı
olmayıb. Çap olunduğu ölkələrin
sayına görə dünya ədəbiyyatının
həqiqi faktına çevrilən roman – Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan,
İtaliya, Gürcüstan,
Monteneqro və Yaponiyada çap olunub.
Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə
və mübahisələrinə
səbəb olan, ətrafında çeşidli
ədəbi qalmaqallar
yaranan bu əsər 2007-ci ildə
“525-ci qəzet”in “İlin
romanı”, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “Son 10 ilin ədəbi əsəri”, 2007-ci ildə
“Humay” mükafatlarına
layiq görülüb.
21 sentyabr 2015-ci ildə
“Yarımçıq əlyazma”
İtaliyanın ən
böyük fondlarından
biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının
(“Skanoprize”) ədəbiyyat
üzrə xüsusi prizini ölkəmizə gətirib.
Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər
çap olunduğu xarici ölkələrdə
uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə
Fransada (2003, 2005), Türkiyədə
(2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar
çap edilib.
“Sehrbazlar dərəsi”
romanı Bakıda oxuculara 2006-cı ildə təqdim olunub. Sufi dərvişlərin həyatından bəhs edən əsər Türkiyədə (2010), Rusiyada
(2010, 2013, 2016), Litvada (2013) Qazaxıstanda (2013), Fransada
(2013), Yaponiyada (2013), İranda
(2014), Amerikada (2015), İtaliyada
(2016), Rumıniyada (2019) nəşr
edilib.
“Unutmağa kimsə yox” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Roman “È íåêîãî
çàáûòü” adı ilə
2015-ci ildə Bakıda
rus dilində, 2016-cı
ildə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında “Ïîä ñåíüÿ
Êàðàãà÷à” kitabında çap
edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur “Bengü” nəşriyyatında Arif
Acaloğlunun tərcüməsi
və önsözü
ilə işıq üzü görüb.
Kamal Abdullanın roman yaradıcılığı həm
də onunla əlamətdardır ki, bu əsərlər haqqında təkcə Azərbaycan ədəbiyyatşünasları
və mədəniyyətşünasları
(Anar, İsa Həbibbəyli, Vaqif İbrahimoğlu, Niyazi Mehdi, Aydın Talıbzadə, Tehran Əlişanoğlu, Rəhilə
Qeybullayeva, Mehman Qaraxanoğlu və b.)
deyil, eyni zamanda dünya ədəbi-bədii fikrini
təmsil edən, ədəbi-mədəni iqlimi
yaradan, istiqaməti müəyyən edən məşhur ədəbiyyatşünaslar
yazıblar. Franko Kardini, Umberto
Eko (İtaliya), Lev Anninski və
Lüdmila Lavrova, Yuri Polyakov, Konstantin Kedrov, Anastasiya Yermakova (Rusiya), İrfan Ülkü, Yasəmən
Bayer, Arif Acaloğlu, Mehman Musaoğlu (Türkiyə),
Maks Statkeyviç
(ABŞ), Lyudmila Bejenaru,
Livia Cotorcea (Rumıniya), Ziqlinde Hartman (Almaniya), İçiro İto (Yaponiya), Sutha Svarnakar (Braziliya), Klod Aliber (Fransa)
və başqaları
Kamal Abdullanın yaradıcılığına
yüksək qiymət
vermiş, romanlarına
həsr olunan məqalələr yazmış,
yazıçının dünya
ədəbi-kulturoloji panoramındakı
yeri ilə bağlı dəyərli
fikirlər bildiriblər.
Kamal
Abdullanın romanları
Azərbaycan və dünya tənqidində postmodern ədəbiyyatın,
intellektual nəsrin bariz nümunələri kimi qeyd olunur.
Xalq yazıçısının 7
cilddən ibarət “Seçilmiş əsərləri”nin
1-ci cildinə onun üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və
hekayələri, 3-cü cildinə
şeirləri, esseləri,
pyesləri, 4-cü cildinə
“Kitabi-Dədə Qorqud”
tədqiqatları, 5-ci cildinə
dilçilik və poetikaya aid əsərləri,
6-cı cildinə intervyu
və məqalələri,
7-ci cildinə onun haqqında ölkədə
və xaricdə yazılan məqalə və kitablar, onlardan iqtibaslar və Kamal Abdullanın
onlara münasibətini
əks edən parçalar daxil edilib.
525-ci qəzet.- 15
avqust.- S.13