Çağdaş özbək şeirinin
görkəmli nümayəndəsi: Osman Əzim
70-ci illər
özbək ədəbiyyatının ən önəmli
isimlərindən biri olan Osman Əzim Məhəmməd Rəhman,
Yoldaş Eşbek, Xurşid Dövran, Şövkət Rəhman,
Tilək Cörə, Mətnəzər Əbdülhəkim, Sədrəddin
Səlim, İkram Atamurad kimi istedadlı şairlər nəslinə
mənsubdur. Şair, yazıçı,
dramaturq, publisist, kinossenarist Osman Əzim 1950-ci ildə Surxandərya
vilayətinin Boysun rayonunda dünyaya gəlib. İlk və
orta təhsilini doğma yurdunda alan Osman
Əzim daha sonra Daşkənd Dövlət Universitetinin
jurnalistika fakültəsini bitirib. Universiteti
bitirdikdən sonra Osman Əzim müxtəlif qəzet və
jurnallarda jurnalist kimi fəaliyyət göstərib, müxtəlif
nəşriyatlarda redaktor, baş redaktorun müavini vəzifələrində
çalışıb, respublika radiosuna verilişlər
hazırlayıb, 1976-1989-cu illərdə dövlət
radiosunda redaktor, böyük redaktor və baş redaktor vəzifələrində
işləyib.
Osman
Əzim 1989-1990-cı illərdə Özbəkistan
Yazıçılar İttifaqının Daşkənd vilayət
bölməsində məsul katibi olub, 1991-1994-cü illərdə
Özbəkistan Respublikası Prezidentinin Aparatında
şöbə müdiri, məsləhətçi və nəhayət,
dövlət müşaviri vəzifələrində
çalışıb. 2003-cü ildən bu
günə qədər Özbək Milli Akademik Dram
Teatrında ədəbi əməkdaş kimi işləməkdə
və yaradıcılıqla məşğul olmaqdadır.
Osman Əzim ədəbi yaradıcılığa tələbəlik
illərindən başlayıb, hələ tələbəlik
illərində yazdığı əsərləri ilə ədəbi-ictimaiyyətin
rəğbətini qazanıb, gənc şair və
yazıçılar arasında özünəməxsus
üslubu, dəsti-xətti ilə seçilib. "İnsanni
tuşiniş" adlı ilk şeirlər kitabı 1979-cu ildə
çap edilib. Sonralar şairin "Aqibət",
"Güzgü", "Surat", "Dairə",
"İkkinçi aprel", "Baxşıyanə",
"Qaroyib əjdərha", "Oyanış azabı",
"Fucca", "Uzun gecə", "Var imiş, yox
imiş" kimi kitabları işıq üzü
görüb, şeirlərinə mahnılar qoşulub. Yeni əsrin əvvəllərində də
yaradıcılıqla məşğul olan Osman Əzimin
"Payız" şeirlər kitabı və "Cadu" nəsr
əsəri nəşr edilib. O, XX əsrin sonu, XXI əsrin
əvvəllərində daha çox dram əsərləri,
hekayə, roman və kinossenarilər yazıb. Osman
Əzimin yaradıcılığı tənqidçilər
və ədəbiyyatçılar tərəfindən
yüksək qiymətləndirilib. 1982-ci ildə
V.Mayakovski adına Ümumittifaq
mükafatına layiq görülən Osman Əzimə 2000-ci
ildə Özbəkistan Xalq şairi fəxri adı verilib.
Onun yaradıcılığı respublikanın sərhədlərini
də aşaraq şeirləri ingilis, fransız, alman, polyak,
makedon, türk, rus, gürcü, eston, Litva, tacik, qazax,
qırğız və Azərbaycan dillərinə tərcümə
edilib, şeirlərinə musiqilər bəstələnib.
Bütün Sovetlər İttifaqında olduğu kimi,
60-cı illər özbək ədəbiyyatında da yeni bir
dövr idi. 60-cı illərin gətirdiyi nisbi sərbəstlik,
müxtəlif sosial təbəqələrə müraciət
yeni bir ədəbiyyatın yaranmasına səbəb oldu.
XX əsrin 60-cı illərində ədəbiyyata
yeni nəfəs gəldi. Bu dövrdə özbək ədəbiyyatına
Erkin Vahidov, Abdulla Aripov, Aman Mətcan, Rauf Pərfi, Məhəmməd
Əli, Maruf Cəlil, Çolpan Erqaş, Camal Kamal kimi
şairlər gəldilər. Onlar ötən əsrin
30-cu illərində repressiya edilən Çolpan və Fitrətin
yolunu davam etdirdilər. 60-cı illər şairlərinin
müstəqil təfəkkürü yeni nəsil milli
şairlərin yetişməsi üçün zəmin oldu,
70-80-ci illərdən sonra özbək ədəbiyyatına həqiqət
və ədalət çeşməsindən su içən
yeni bir dalğa gəldi: Şövkət Rəhman, Osman
Əzim, Tahir Qəhhar, Osman Qoşqar, Əzim Süyün, Məhəmməd
Yusuf, Xurşid Dövran, Rauf Sübhan, Əbdüzəli
Qütbiddin, Əziz Səid, Yəhya Tağa və
başqaları idi. Həqiqəti açıq
demək, milləti müstəqillik üçün ayağa
qalxmağa, savaşmağa çağırış bu
dövrün şair və yazıçılarına məxsus
başlıca özəllik idi. Belə ki, millət dərdini
açıq-açıq deyən Osman Əzim
"Saratanda" adlı şeirində deyirdi:
Sonğeklere
kadar işlemiş kış
soğuklarına
baharda
isyan eder bir yaprak
Ama
baharı karşılamağa bizde yok bir kuvvet
Osman Əzim poeziyası özünün milliliyi, sadəliyi
və ən əsası da səmimiyyəti ilə
seçilir. Şeirin bütün janrlarında və həm sərbəstdə,
həm klassik əruz üslubunda, həm də hecada yazan
şair eyni dərəcədə uğurlu olmuşdur.
Onun şeirlərində hiss və həyəcan yüksək
səviyyədədir. Şeirlərində
döyüşkənliklə və hüzn-kədər,
sevinc, ümumbəşəri olanla milli ünsürlər
iç-içədir. Buna görə də,
Osman Əzimin hər şeir kitabı oxucular üçün
yeni bir dünya olmuşdur, çünki şair şeirlərinin
ruhuna daxili aləmini, insan sevgisini, həyəcanını
qata bilmişdir.
Osman Əzimin 1995-ci ildə çapdan çıxan
"Saylanma" adlı şeirlər kitabı ədəbi
mühitdə böyük əks-sədaya səbəb oldu. Kitabda gedən
şeirlər Osman Əzimin XX əsrin son rübündəki
özünəməxsus şairlərdən biri olduğunu
göstərdi. Onun 2001-ci ildə
işıq üzü görən "Kuz"
("Payız") şeirlər kitabı isə ədəbi
tənqid tərəfində böyük rəğbətlə
qarşılandı. Bu kitabdakı
şeirlər özbək poeziyasının son illərdə
nəşr olunan yaxşı nümunələri kimi oxucular tərəfindən
qarşılandı. Osman Əzimin onlarca
şeir kitablarına girən şeirləri, poemaları
duyğularla, cazibədarlıqla dolu olub oxucuların qəlbini
fəth etdi.
Osman Əzim ilk şeirlərindən başlayaraq
1990-cı illərə qədər insanın daxili
dünyasını riqqətə gətirən əsərlər
yazdı. Bu əsərlərində
dövr, ictimai həyat, insanın cəmiyyətdəki yeri,
zamanın ağır şərtləri və s. kimi
mövzular ön plana çıxdı. Onun
"Sərbədarlar qoşugu" adlı şeiri bu cəhətdən
spesifikdir. Bu şeirdə başını
dar ağacına söykəyən bir qrup xalq qəhrəmanının
həyatı və onların ən ağır zamanlarda,
ölümlə üz-üzə qaldıqları anda
keçirdikləri hiss və həyəcanı verilmişdir.
Bu qəhrəmanların haqq yolunda, ədalət uğrunda
mübarizələri, bu yoldan dönmədikləri adıçəkilən
şeirdə bədii boyalarla təqdim edilmişdir:
"Qayt",
dedingiz, "qalb", dedik,
"Ayt", dedingiz, "haq", dedik.
Boshimiz
dorda turib,
"Jon",
demadik, "xalq", dedik,
"Jon", demadik, "xalq", dedik.
Ancaq 80-ci
illərin sonlarından başlayaraq şeirlərindəki
hadisələrin və zaman-məkan qavramının
üstünlük təşkil etdiyi mövzuların yerini
aşiqanə ruhlu şeirlər alır:
Her gece
Dışarı
çıkarım
Xatıran
kalbime döner
gece
aydınlık...
Fetheder
O anda
Bir
anda
Ağlarım
Can ve
cismimi
Söylerken
ismini...
Aşiqanə şeirlər şairin ilk dövr
yaradıcılığında da güclü idi. Ona görə
də zamanla bu şeirlər yerini fəlsəfi dərinlikli
poeziyaya buraxdı. Osman Əzim
yaradıcılığının bu ikinci dövrü tamamilə
yeni ruhlu şeirlərlə, insan varlığının
müxtəlif tərəflərini ortaya qoydu. Bu, onun yaradıcılığının yeni bir
dövrə qədəm qoyduğundan xəbər verirdi.
Osman Əzimin yazdığı yüzlərcə
şeir və poemaları sadəcə mövzu, janr, üslub,
poetik formasına görə deyil, həm coşqunluğu,
romantikliyi və eyni zamanda, mübarizliyi ilə əlahiddə
əhəmiyyətə malikdir. Bununla bərabər,
onun əsərlərində güclü dramatizm, estetiklik,
faciəvilik kimi xüsusiyyətlər oxucunu həyəcana gətirir.
Onun şeir və poemalarında vətən eşqi, ana yurda
heyranlıq, vətən sevgisinin xalq təsəvvürü,
gələcəkdə ola biləcək
hadisələrdən doğan təşviş, gah müasir
mövzularda, gah tarixi-müqayisəli tərzdə, gah folklor ənənələri
ruhunda özünün dərin realist ifadəsini
tapmışdır:
Vatan
sevgisinde birinci ada,
Birinci
çatmaga pay yeter manqa.
Burda
birincilik: Vatan yolunda
Birinci ölmegi öyretir manqa.
Bunu onun
bir az avtobioqrafik ruhlu şeiri də təsdiq
edir:
Oynaq-oynaq, ağır-ağır axmaqda ömrüm.
Gah
göz yumub, gah üfüqdə batmaqda ömrüm
Var
canını sədəqə eylə şeirə,
qoşuğa
Siz yox edən sururları tapmaqda ömrüm.
Osman Əzim bəzən çox sadə görünən
həqiqətlərdə də dərin mətləblər
axtarır, məsələləri fəlsəfiləşdirir. Aşağıdakı
nümunədə onun 1 aprel gününə həsr etdiyi
şeirində olduğu kimi:
Men yorulub
sanqa söykəndim, hakiket,
Keçti,
bitti bir günlük dehşet
Saat zil
çalmakta
Bugün
İkinci aprel,
Ayıtışım, gel.
Gerçek
Qorkma,
İkinci
aprel...
Onu da qeyd etmək lazımdır ki, müstəqillik
dövrü Azərbaycan və özbək ədəbiyyatlarının
milli mövzular baxımından ən zəngin dövrlərindən
biridir. Bu dövrdə ədəbiyyatın, konkret olaraq
poeziyanın əsas mövzusunu Sovetlər
İttifaqını tərifləyən bayağı şeirlərin
yerinə həqiqi həyat, cəmiyyət məsələləri,
xalqın əsl duyğu və düşüncələri,
milli məsələlər təşkil edir. Osman
Əzim bir şeirində sərbəstlik, azadlıq fikirlərini
poetik simvollarla belə anlatmışdır:
Men şunday yaraldim: Sumbatim egri,
Gullarim qalblarga solmas həyajon.
Mevamqa
heç kimninq tuşmaqan mehri,
Barqim çumoliqa bolmas sayabon.
Alvida! Men
endi maqsadqa yetdim
Baqdaşlar,
sonq yolqa kuzatinq, qani...
Men atin
bolqani uzlatqa ketdim,
Men ketdim, dostlarim, alov bolqani.
80-90-cı
illər şeiriyyətindəki yeniliklərə diqqəti
yönəldən müəllif fikirlərini Abdulla Arif, Erkin Vahidov, Rauf Pərfi Öztürk, Həlimə Xudaverdiyeva, Osman Əzim, Şövkət Rəhman, Dilək Çörə, Yoldaş Elçibəy, Məhəmməd Yusif, Xurşud Dövran və başqa
istedadların ciddi poetik uğurları ilə əsaslandırır. Məqalənin özünəməxsus
bir cəhəti ondan ibarətdir ki, onda müəllif qardaş
ölkə şairlərinin Azərbaycan xalqının taleyinə
münasibətini də yaddan çıxarmır.
Osman Əzimin yaradıcılığının
başlanışı 70-80-ci illərə təsadüf etsə
də, o, bir şair kimi üçüncü dövrün, yəni
müstəqillik dövrünün şairidir. Sovetlər
dövrünün rus təsirindən qurtarmaq, milli haqları
müdafiə etmək, 1960-1990-cı illərin şeirinə
məxsus üstü qapalı ifadə tərzindən
sözü sərbəst söyləməyə keçid; azadlıq,
türklük, vətən sevgisi kimi mövzuları işləməklə
milli poeziyanın yeni mərhələsinin əsasını
qoymaq Osman Qoşqar, Tahir Qəhhar, Həlimə Xudayberdiyeva,
Yoldaş Eşbek, Osman Əzim kimi sənətkarlara qismət
oldu. Bir sözlə, ədəbiyyat, konkret
olaraq poeziya rəmzi-metaforik dildən sərbəst deyim tərzinə
keçdi. Düzdür, Osman Əzim lirik
bir şair kimi daha çox sevgi, təbiət təsviri,
aşiqanə və sufiyanə şeirləri ilə
seçilən bir şair olduğu üçün siyasi
mövzulara o qədər də aşina olmadı. Onun şeirləri Həlimə Xudayberdiyeva,
Yoldaş Eşbek, Şövkət Rəhman, Osman Qoşqar
kimi türklük davası ilə yoğruldu. Ancaq yeni nəsil
şairlərinin çoxu kimi, Osman Əzimin də şeirlərində
milli düşüncələr hər zaman ön planda
olmuşdur:
Asmanqa ham
atqum taş,
Gunahkar bolsa quyaş.
Gunahkar
bolsa quyaş,
Qaytib
tuşmaqaydir taş.
Asman ham
bolib qanim,
Qaytib
tuşsa, ne qamim!
Bir taş tuşsa tuşibdi,
Tağdek başimqa manim.
Müasir özbək ədəbiyyatının
tanınmış şairi, dramaturqu, nasiri və ssenaristi Osman
Əzim ömrünün ən məhsuldar dövrünü
yaşayır.
Onun yaradıcılığı çoxəsrlik
özbək ədəbiyyatının zirvələrindən
birini təşkil edir.
Xatirə
BƏŞİRLİ
professorbxanaçıların müxtəlif dil kurslarına cəlb
olunması vacibdir. Bu kursların elə Mədəniyyət
Nazirliyinin özü tərəfindən pulsuz təşkil
edlməsi demək olar ki, ölkənin çoxmilyonlu
kitabxanaçı ordusunu əhatə edər.
Bəşirli Xatirə
525-ci qəzet.- 2020.-
15 avqust.- S.18.