Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Çingiz Aytmatov yaradıcılığının tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Mehman HəsənlininÇingiz Aytmatov fenomeni Azərbaycanmonoqrafiyası nəşr olunub. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə İnstitutunSənətkarın elmi pasportuseriyasından işıq üzü görüb. Monoqrafiya AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin elmi redaktorluğu Əbədi mogikanadlı əhatəli Ön sözü ilə çap olunub.

 

 Monoqrafiyada dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həyatı, bədii yaradıcılığı (hekayələri, povestləri, romanları, dramaturgiyası poeziyası) tam şəkildə araşdırmaya cəlb edilib. Tədqiqat  işində eyni zamanda Çingiz Aytmatovun yaradıcılığı kontekstində repressiya, dünya müharibəsi kimi mövzuların Azərbaycan-qırğız nəsrində inikası, yazıçının Azərbaycanla ədəbi-mədəni əlaqələri, əsərlərinin ölkəmizdə öyrənilməsi, tərcüməsi nəşri məsələləri araşdırılıb. 406 səhifədən ibarət kitabın sonunda tədqiqatın qısa mahiyyətini ifadə edən üç dildə geniş xülasə, ədəbiyyat siyahısı foto salnamə oxuculara təqdim edilib.

 

Kitabın rəyçiləri Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil Ədəbiyyat İnstitutunun direktoru, tanınmış aytmatovşünas alim, akademik Abdıldajan Akmataliyev İnstitutun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyevdir. Məsul redaktorlar türk xalqları ədəbbiyyatının tədqiqatçıları, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova Maya Həsənlidir.

 

525-ci qəzet.- 7 avqust.- S.9.