Milli Kitabxana Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfransda iştirak edib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
TÜRKSOY Beynəlxalq təşkilatı,
Qazaxıstanın Azərbaycandakı
səfirliyi, Azərbaycan
Milli Kitabxanası və Dövlət Pedaqoji Universiteti birgə nəşr etdikləri görkəmli
qazax şairi və mütəfəkkiri
Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə “TÜRKSOY Kitabxanası” seriyasından professor Elman Quliyevin “Abay Kunanbayev” kitabının təqdimatına
həsr olunmuş videokonfrans keçirib.
Milli Kitabxanadan
AZƏRTAC-a bildirilib ki,
TÜRKSOY-un baş katibi Düsen Kaseinov açılış
nitqi ilə çıxış edərək
videokonfrans iştirakçılarını
salamlayıb.
İki hissədən
ibarət videokonfransda
tanınmış elm
adamları iştirak ediblər. Daha sonra “Selam sana
kalemkaşlım” adlı
video konfrans iştirakçılarına nümayiş
olunub.
Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov çıxış
edərək bildirib ki, mütərəqqi bəşəriyyət və
bütün türk dünyası, türkdilli
xalqlar qazax xalqının böyük
şairi Abayın yubileyini böyük təntənə ilə qeyd edir. Beynəlxalq mədəniyyət təşkilatı
TÜRKSOY özünün çoxillik ənənələrinə
sadiq qalaraq 2020-ci ili “Abay ili”
elan etmişdir və çox təəssüflər olsun
ki, bütün dünyanı cənginə
alan pandemiya təhlükəsi Abayın
yubileyinin geniş şəkildə qeyd olunmasına imkan vermədi və biz çox
az tədbirlərlə
kifayətlənməli olduq.
Böyük Abay Azərbaycanda
da daim sevilən
şairlərdən olub
və onun əsərləri, habelə
Qazax ədəbiyyatının
böyük klassiki Muxtar Auezovun “Abay” romanı hələ sovet dövründə Azərbaycanda
çox böyük tirajla çap olunaraq yayılıb.
Abayın şeirləri
respublikamızda dillər
əzbəri olub.
K.Tahirov öz
çıxışını ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə bitirib: “Abay, onun yaradıcılığı
bütün bəşəriyyətə,
bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax
xalqının fəxri,
qazax xalqının xoşbəxtliyidir. Çünki
onun belə görkəmli övladı,
alimi, maarifçisi var və o, öz xalqını xoşbəxtliyə və
firavanlığa aparan
düzgün yol göstərmişdir. Bununla
yanaşı, o, bütün
bəşəriyyətə, eyni zamanda, Azərbaycan
xalqına məxsusdur”.
Milli Kitabxananın
direktor müavini Ədibə İsmayılova
kitabxananın tərtib
etdiyi “Abay Kunanbayev – 175” (http://anl.az/el/vsb/Abay_Kunanbayev/index.htm ) adlı virtual
kitab sərgisini konfrans iştirakçılarına
təqdim etmişdir. Virtual sərgidə Abay Kunanbayev haqqında Azərbaycanın
görkəmli şəxslərinin
fikirləri, Abayın
portretləri, müəllifi
olduğu əsərlər,
haqqında yazılan kitab və məqalələri
tam mətnləri ilə öz əksini tapıb.
525-ci qəzet.- 2020.- 11 avqust.- S.9.