Elmə təhsilə həsr olunmuş ömür

 

2020-ci ilin avqust ayında görkəmli alim pedaqoq, Bakı Dövlət Universiteti (BDU) rektorunun elm təhsil məsələləri üzrə müşaviri, Yarımkeçiricilər fizikası kafedrasının professoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Kazımzadə Aydın Həsən oğlunun 70 yaşı tamam olur.

 

 

A.H.Kazımzadə 8 avqust 1950-ci ildə Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə 1 nömrəli Ordubad şəhər orta məktəbini qızıl medalla bitirmiş elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə universiteti fizik, fizika müəllimi ixtisası üzrə bitirərək həmin ildə BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının nəzdində Yarımkeçiricilər dielektriklər fizikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək 1975-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri, 1988-ci ildə professor elmi adı almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

A.H.Kazımzadə 1973-cü ildən fasiləsiz olaraq BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında çalışaraq elmi pedaqoji fəaliyyətlə məşğul olur. 1976-cı ildən kafedrada assistent (1976-1979), baş müəllim (1979-1986), dosent (1986-1988) vəzifələrində çalışmışdır. 1988-ci ildən kafedranın professorudur. 1996-2015-ci illərdə həmin kafedranın müdiri, 2011-2020-ci illərdə BDU-nun elm innovasiyalar üzrə prorektoru vəzifələrində çalışmışdır. 2020-ci ilin yanvar ayından rektorun elm təhsil üzrə müşaviri vəzifəsində çalışır.

Professor A.H.Kazımzadənin elmi pedaqoji fəaliyyəti çoxşaxəli olub müasir fizikanın təhsilin bir sıra sahələrini əhatə edir. Elmi fəaliyyəti əsasən mürəkkəb yarımkeçiricilərdə yarımkeçirici diod quruluşlarında elektron proseslərinin tədqiqi ilə əlaqədardır. Mendeleyev cədvəlinin 3-cü 6-cı qrup elementləri əsasında alınmıış binar üçqat laylı kristallarda ilk dəfə olaraq bir sıra fiziki hadisələr müşahidə etmiş, bu kristallar əsasında hazırlanmış heterokeçidlərdə, Şottki diodlarında yarımkeçirici-maye kristal sərhəddində elektron proseslərinin xüsusiyyətlərini öyrənmiş onları izah etmək üçün mexanizmlər təklif etmişdir. Eyni zamanda yaranma tarixi 1957-ci il hesab edilən Axma nəzəriyyəsinin (Perculation theory) inkişaf etdirilməsi onun müxtəlif fiziki ictimai məsələlərə tətbiqi sahəsində müəyyən işlər aparmışdır.

Alim tərəfindən həmçinin nəzəri fizika sahəsində, xüsusilə elementar zərrəciklər təbiətin fundamental qarşılıqlı təsirlərinin birləşdirilməsi sahəsində maraqlı fikirlər irəli sürülmüş, elementar hissəciklərin elektrik yükünü hesablamaq üçün empirik qayda təklif edilmişdir.

Aparılmış elmi tədqiqatların bəzi nəticələri respublikamızda xarici ölkələrdə nəşr edilən müxtəlif monoqrafiyalara daxil edilmişdir qismən tədris prosesində istifadə edilir.

A.H.Kazımzadə yerli beynəlxalq informasiya agentlikləri tərəfindən indeksləşdirilən bir sıra nüfuzlu xarici elmi nəşrlərdə dərc edilmiş 350-dən çox elmi əsərin, o cümlədən bir neçə kitab, dərslik, dərs vəsaiti publisistik məqalənin müəllifidir. Azərbaycan, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Belarusiya, Fransa, Türkiyə, İran İslam Respublikası digər ölkələrdə keçirilən bir sıra beynəlxalq elmi konfrans simpoziumlarda iştirak etmiş məruzələrlə çıxış etmişdir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun digər donor təşkilatların elmi qrantlarına layiq görülmüşdür. Onun təşəbbüsü bilavasitə iştirakı ilə 1996-cı ildən başlayaraq BDU-nun Fizika fakültəsinin nəzdində tətbiqi fizika ixtisası açılmış, bu ixtisas üzrə tədris planı proqramları hazırlanmış bir neçə il kadr hazırlığı aparılmışdır.

Elmi pedaqoji fəaliyyəti ilə yanaşı prof.A.H.Kazımzadə kadr hazırlığı sahəsində gərgin əmək sərf etmişdir. Ötən illər ərzində onun rəhbərliyi altında 2 elmlər doktoru, 9 fəlsəfə doktoru (o cümlədən Misir Ərəb Respublikası üçün 1 elmlər namizədi) 40-dan çox magistr hazırlanmışdır. Onun hazırladığı elmi kadrlar hazırda respublikanın bir sıra xarici ölkələrin elmi müəssisələrində çalışır elmi-tədqiqat işlərini müvəffəqiyyətlə davam etdirirlər.

Prof. A.H.Kazımzadə 2002-2011-ci illərdə Dünya Bankı tərəfindən həyata keçirilən bir sıra təhsil islahatı layihələri üzrə milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. Bu müddətdə o, Azərbaycanda müəllim hazırlığı (ilkin müəllim hazırlığı, ixtisasartırma yenidənhazırlanma) sisteminin təhlili, onun zəif güclü cəhətlərinin müəyyən edilməsi sahəsində tədqiqatlar aparmış, beynəlxalq məsləhətçilərlə birlikdə ölkəmizdə fasiləsiz pedaqoji təhsil müəllim hazırlığı sahəsində mövcud vəziyyətin təhlilini əks etdirən hesabatlar hazırlamış, bu sistemin təkmilləşdirilməsi Avropa standartlarına uyğunlaşdırılması məqsədilə islahatların aparılması üçün Təhsil Nazirliyinə təkliflər tövsiyələr vermiş, mətbuatda çıxışlar etmişdir.

A.H.Kazımzadə Universitet respublika miqyasında aparılan ictimai işlərdə fəal iştirak edir. Təhsil NazirliyininFasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurası”nın sədr müavini, ali təhsildə təbiət elmləri üzrə yeni dövlət təhsil standartlarının hazırlanması üzrə yaradılan işçi qrupun sədru olmuşdur. Dəfələrlə ali məktəb tələbələri arasında aparılan olimpiadaların, müsabiqə konfransların sədri üzvü vəzifələrində çalışmışdır. Bu sahədə apardığı fəaliyyətə görə keçmiş SSRİ Ali Orta İxtisas Təhsili Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin BDU-nun Fəxri Fərmanları ilə təltif edilmişdir. Dəfələrlə elmlər doktoru fəlsəfə doktoru elmi dərəcələri verən dissertasiya şuralarının üzvü olmuş, çoxsaylı dissertasiya işlərinə opponentlik etmişdir. 1996-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olmuşdur. Hazırda BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 dissertasiya şurasının sədri, “Bakı Universitetinin xəbərlərijurnalının redaksiya heyətinin üzvü baş redaktorun müavinidir.

Professor A.H.Kazımzadənin elmi pedaqoji fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, 1976-cı ildə elm texnika sahəsində Respublika Lenin Komsomolu mükafatına, 2009-cu ildəƏməkdar elm xadimifəxri adına layiq görülmüşdür. 2019-cu ildəŞöhrətordeni Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif edilmişdir.

70 illik yubileyini qeyd edən, yüksək insani dəyərlərə tükənməz elmi pedaqoji potensiala malik olan görkəmli alim pedaqoq Aydın Kazımzadə bu gün elmi pedaqoji fəaliyyətini davam etdirərək layvari mürəkkəb yarımkeçiricilər və onlar əsasında diod quruluşlarının elektron xassələrinin xüsusiyyətlərini öyrənir, qeyd edilən materiallar strukturlar əsasında yeni funksional elementlərin yaradılması imkanlarını araşdırır.

Yubileyi münasibətilə professor Aydın Kazımzadəni səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı gələcək elmi, pedaqoji ictimai fəaliyyətində yeni uğurlar arzu edirik.

 

 

Elçin Babayev,

Bakı Dövlət Universitetinin rektoru

525-ci qəzet.- 11 avqust.- S.10