Tanıyaq və tanıdaq: Məlihə Əzizpur
Guşədə İran İslam İnqilabından
(1979) sonra ədəbiyyata
gəlmiş, Güney
Azərbaycanda 1960-cı ildə
və daha sonra doğulub boya-başa çatmış
və sənətdə
öz sözünü
demiş Güney şairlərinin arasında
heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək,
həyata, insanlığa,
yazarların ictimai-siyasi
və milli məsələlərə baxışlarını
öyrənmək baxımından
diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son çağın
dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti,
sözyaratma qüdrətinin
nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
1979-cu ildə Əhər şəhərində
doğulub. Sonralar ailəsi Təbrizdə
məskunlaşdığından burada boya-başa çatıb.
İbtidai və orta məktəbi
də elə Təbrizdə bitirib. 2002-ci ildə Təbriz Universitetinin Psixologiya fakültəsindən məzun
olub.
Daha çox
oxumaq və yeni-yeni sahələrdə
özünü sınamaq,
xalqına daha çox faydalı olmaq amacıyla qəzetçilik - jurnalistika
məktəbində də
dərs almağa başlayıb.
Bundan sonra Təbrizdə ayrı-ayrı
qəzet və dərgilərlə əməkdaşlıq
edib, bir sıra maraqlı mövzularda yazdığı
dərin məzmunlu məqalələrlə oxucuların
diqqətini çəkib
və rəğbətini
qazanıb.
"Yağmur", "Dəmir
sevgi", "Ağ gecə", "14 qələm
bəzənmiş Ay", "Su pıçıltısı", "Yasaq duyğular", "Göy gözlü Tanrı" və "Mənə bir küçə bağışla"
kimi Təbriz və Bakıda çap olunmuş türkcə şeir kitablarının müəllifidir.
Günəş
İsti
çörəkdir
Yapılır hər gün
Dünyadakı ac uşaqlar
Sağlığına...
2
Gözəlliyi kir içindən boylanır.
Hərkəs
Üzünü çevirib keçir
Zibilçi kişinin yanından...
3
Yağış yağır.
Şəhər sevincək
Xiyaban-küçə
Ağaclar-sərçələr belə
Sevincək.
"Xırdaxanım"ın
evi damır...
4
QARTAL
Qəfəs arxasından baxır
Havada uçuşan
Milçəklərə...
5
Bir kişini
Bağırsağı ilə asıblar!
Deyirlər,
Bir gecəlik
Çörək
Oğurlamışdı...
6
Barmaqlarını kəsdilər
Öldü şair!
Ürəyində qalmışdı
Sözləri...
7
Onun üçün
Hər şey sona çatmışdı...
Bir tikə bulud var idi
Göy üzündə...
8
O bir bayquş bəsləyir
Qəfəsdə...
Gecə-gündüz
Ona banlasın deyə!
Gecə ürəkliliyindənmi?
Bülbülə
Nifrətindənmi?
Yoxsa...
9
HƏQİQƏTi
Xəbər aldım,
Dedilər;
O qadın doğacaq!
Qadına
gedincə;
Uşağını salmışdı...
10
Ən sevdiyim xəbər:
GÜNƏŞ
Ən sevdiyim kədər: SEVGI
Ən sevdiyim şəhər:
VƏTƏN
Ən sevdiyim kişi:
ŞEİR
***
Hə!
Doğru
söyləyirlər;
Mən ləkitəyəm
Dünyanın ən təmiz ləkitəsi...
11
Ağ dərililər
Qara dərililər
Sarı dərililər
Qızıl dərililər...
Yeni bir soy artmaqdadır
İnsanın rəngsizliyinə:
Pilastik dərililər...
Esmira Fuad
525- ci qəzet.- 2020.-
29 avqust.- S.-21