Qələmsiz yazılanlar
Şərait sözlərin də anlamını dəyişdirir.
"Həmişə evində-eşiyində"
alqış-duası karantin
səbəbindən tam tərs
mənada qəbul olunur; həm də bir az qarğış kimi səslənir. )
***
Niyə pis xəbərləri, iyrənc hadisələri xorla, sevinclə, səs-səsə verərək
paylaşırsız ki?! Başqalarına görk olsun, bir də baş
verməsin deyə?
Tərbiyə üsuludu bu,
Sizcə?
Bəlkə, insanları ümidləndirən,
özgüvən yaradan
nikbin hadisələri,
pozitiv məqamları
tirajlamaq daha yaxşı effekt verər? Bir sınayın!
Xoş hadisələri, yaxşı
nümunələri paylaşın.
Görəcəksiz ki, ətrafa
da sirayət etdi.
***
Rafael Hüseynov özünün
ad günündə, yubileyində
"525"ə "La Skala"nın solisti olmuş, bu günlərdə həyatını Milanda tək-tənha, kimsiz-kimsəsiz
başa vuran həmyerlimiz, müğənni
Eldar Əliyevin acı taleyindən yazdı.
65 yaşının tamamında
yazdığı bu hüznlü yazı məni 35-40 il öncəyə, Cavidlər
ailəsinin və Ərtoğrul Cavidin keşməkeşli həyatından
bəhs edən, Rafael
müəllimin böyük
ustalıqla, ürək
ağrısıyla yaratdığı
"Vaxtdan uca" əsərini oxuduğum gənclik illərimə qaytardı. Sonra "Millətin zərrəsi"
kitabındakı yazıları,
məşəqqətli insan
talelərini yada saldım.
Ömrünü millətin qürur
yeri olan böyük şəxsiyyətləri
barədə qiymətli
əsərlər yaratmağa
həsr edən dəyərli alim, yazıçı, publisist,
millət vəkili, akademik Rafael Hüseynovu yubileyi münasibətilə
təbrik edirəm, gördüyü təqdirəlayiq,
əvəzolunmaz işlərə
görə ehtiramımı
bildirirəm.
Mərhum həmyerlimiz Eldar Əliyev haqda yazdığı bugünkü
"Sönmüş ulduzun
səssiz gedişi"
yazısında bir haşiyə var - Rafael müəllimin AŞPA-dakı
fəaliyyətindən bir
epizoddur. Təkcə elə bu hadisə onun bir siyasət adamı kimi də bu beynəlxalq
qurumdakı aktiv, dinamik, Azərbaycan üçün vacib və gərəkli fəaliyyətinə işıq
salır. Ara-sıra özünə
də deyirəm,
Rafael müəllim, AŞPA dakı fəaliyyətiniz
də yaxşı bir kitab mövzusudur,
yazmaq lazımdır.
İnanıram ki, Rafael müəllim bundan sonra da
uzun illər dəyərli yazıları,
qiymətli kitabları,
səlis nitqi, gözəl, qaynar çıxışları ilə
bizləri hələ
çox sevindirəcək.
Yubileyiniz
mübarək olsun!..
***
Adamın ruh halı, ovqatı, xarakteri onun Feysbuk paylaşmasından
və şərhlərindən
bilinir. Hansı hadisəyə necə
reaksiya verməsindən
(həmçinin, isterikasından)
isə psixi vəziyyətini (diaqnozunu)
təyin etmək mümkündür.
Bir azdan, çip reallaşandan sonra lap asan olacaq; hissləri, emosiyaları çidarlamaq,
məsləhətli səmtə
yönəltmək süni
intellektin əlində
adi bir prosesə
çevriləcək. Ona görə də, zamanınız varkən, hisslərinizin qədrini bilin...
***
Sevirəm də "baş
üstə" deyənləri...
***
İpək deyir, böyüyəcəm,
pilləkəni qoyub dama çıxacam, ordan uçacam göyə, ulduzların hamısını yığıb
gətirəcəm... )
***
Əgər statusunu cəmi
15 adam bəyənibsə,
dönüb özünə,
yazdığına və
düşüncənə baxmalısan - bəlkə,
səhv səndədir?
***
Minnətdarlıq duyğusu, vəfa borcu, etibar, sədaqət insanı içdən qürurlandıran,
ona hörmət gətirən keyfiyyətlərdir. Bu keyfiyyətlərdən xali
insanlar təhlükəlidir.
***
Sən
get Belarusda polisdə işə düzəl, bala! )
***
"Qafqazinfo"nun ilk günləri yadımdadır;
qaçaraq bir müsahibəm də yayımlanmışdı.
5 illik yubileyi də maraqlı oldu; çıxış
etdim, təriflədim,
yaxşı şənləndik...
10 illik yubileyi də koronanın sayəsində açıq
səma altında 6 nəfərlik çay məclisiylə qeyd etmək olar.
Təbrik
edirəm, yaxşı
çalışırsınız, yorulmayın, şövqünüz
azalmasın!..
***
Çürümüş südün ayranı və şoru - orqanizmdəki toksinlərin
əlacıdır.
Hər çürüntü tullantı
deyil...
***
Bir-bir qazanılan
dostlar daha etibarlı olur. Topdan gələnlər
topdan da yoxa çıxır.
***
Etibarsızlıq baş alıb gedir.
***
Keçmiş günləri xülya kimi xatırlayacaqsınız.
***
Belaruslar
özləri də, yəqin, məəttəl
qalıblar baş verən inanılmaz hadisələrə, "kortəbii"
mütəşəkkilliyə, "qeybdən" göndərilən
təlimatlara, sürətli
proseslərə...
Özlərinə gələndə, gözlərini
açanda, yəqin ki, iş işdən
keçmiş olacaq.
İndi
Abdulla Şaiqin məşhur
şeirini şəraitə
uyğun maraqlı interpretasiya etmək istəyənlər tapılacaq
deyə, yada salıram:
Çoban açınca gözün,
Qalar iki buynuzun...
***
Koronalı yayın belə
yağışı da
varmış...
***
Başını qatmağa nəsə
tapa bilirsənsə, bundan zövq alırsansa, böyük işdir...
***
Belarusda inqilabı “Telegram” sosial şəbəkəsi və
“NEXTA Live” kanalı edir.
Heç bir qurum belə
çevik, mütəşəkkil
təşkilatlanmanı təmin
edə, belə təsirli və istedadlı təbliğat
apara, operativ təlimat verə bilməzdi. İndi Belarusun idarəetməsi, az qala,
onların əlindədir;
kütlənin hara istiqamətlənməsi, harda,
saat neçədə
və necə yığışması, ölkənin
hər tərəfində
baş verənlər
anındaca milyonu keçən Belarus izləyicilərinin
ovcundadır.
Dünya
İqtisadi Forumunun prezidenti Klaus Şvab özünün "Dördüncü
sənaye inqilabı"
kiabında xəbərdarlıq
etmişdi: "Hökumətlər
hədsiz çeviklik
göstərməsələr, təşkilatlanmış sosial
şəbəkələrin mütəşəkkil təzyiqi
və operativliyi qarşısında məğlub
duruma düşəcəklər".
Bu da bariz nümunəsi...
***
Hikmət Hacıyevin üstünlükləri
çoxdur. Media ilə
münasibəti yaxşıdır,
ictimai rəyə önəm verir. Savadlıdır. İndi həddindən artıq
gərgin işləyir.
Əksər sahələrlə bağlı suallar ona yönəlir. Səbr, şövq, yorulmamaq arzulayıram. Tam qənaətə gəlmək
üçünsə hələ
tezdir. İşləsin, bir ildən
sonra nəsə deyərik fəaliyyəti
barədə. Arzu edirik,
vaxt tapanda qəzetləri, həmçinin,
"525-ci qəzet"i də
hərdən, həftə
sonları vərəqləsin.
***
İlluziyalara qapanmaq, aludə
olmaq zərərlidir...
***
Mənə ad günü bildirişləri
gəlməsə də,
düşünürəm ki, hamıda belə problem yoxdur, xəbər tutub təbrik edəcəksiniz. Hamınıza öncədən çoxlu
təşəkkürümü bildirirəm. Var olun!
Könül istərdi ki, ayrıca təbrik yazmaqdansa, nəvələrlə
şəklimi bəyənməklə
təbriklərə qoşulasınız...
Belədə məni həm də təbrik edənləri saymaq "əziyyətindən" qurtarmış
olarsınız. )
Təşəkkürlər!..
***
Hamını anlamağa çalışmaq...
***
Başınız açılanda qocalmış
olacaqsınız.
***
Dilxorçuluq olmayan ailə var ki?!
***
Özünü Dənizkənarı Bulvarı ilk dəfə görən kənd adamı kimi hiss etmək...
***
Elə yalan var ki,
hamıya sərf edir...
***
Feysbukun sayəsində hamı yazmaq imkanı qazanıb. Yaxşıdır. Amma çalışın səhvsiz yazmağı da öyrənəsiniz.
***
Bu tempə dözmək
hər adamın işi deyil. Hamı tükənəcək.
***
O sözləri ki dünən deyə bilmirdiniz, bu gün deməyin mənası yoxdur. Daldan atılan daş kimi...
***
Sərt həqiqətləri iti yumorla, kəskin sarkazmla demək ayıq başın işi deyil... :)
***
Ən xoş məqamda da bir-iki ürəkbulandıran
məxluq tapılır...
***
Ala qarğa harda bala çıxartmaz?..
***
Məcbur
olmadığınız yerlərə
getməyin...
***
Trol həmişə troldur...
***
Sosial şəbəkəyə uyan
tək qalar...
***
Mirşahinin "Xainlər" filminə baxdım. Vacib, lazımlı, ibrətamiz
və dolğun filmdir. Təsirlidir. Böyük zəhmət çəkilib
və qətiyyətli
vətəndaş mövqeyi
ortaya qoyulub...
***
Bu proseslərdən və Siyavuş Novruzovun açıqlamasından sonra
Ramiz Mehdiyevin yeganə düzgün qərarı ərizə yazıb Akademiya prezidentliyindən istefa verməsi olardı...
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin
gənclərlə iş üzrə
katibi, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet.- 2020.- 26 avqust.- S.17.