Fəridə" beynəlxalq festivalda mükafat
qazanıb
"
"Narimanfilm" kinostudiyasının
istehsalı olan "Fəridə" tammetrajlı
bədii filmi Beynəlxalq "Stalker" İnsan
Hüquqları Festivalında
iki mükafata layiq görülüb.
525.az xəbər verir ki, qadın
taleyinin həqiqətlərini
açıqlamasına görə
filmin rejissoru Ksenia Lagutinaya "Münsiflər diplomatı",
eyni zamanda, Birləşmiş Millətlər
Təşkilatı Ali Komissarlığının
"Xüsusi mükafatı"
təqdim edilib. Beynəlxalq
"Stalker" İnsan Hüquqları
Film Festivalı, Rusiyada
yeganə və dünyadakı film nümayişlərində
insan haqları mövzusunda filmlər yaratmağa təşviq edən festivallardan biridir. "Stalker" kinofestivalı dekabr ayının 10-dan 15-dək keçirilib.
"Narimanfilm" kinostudiyası
"Fəridə" tammetrajlı
bədii filmini Sankt-Peterburq Yeni Kino Məktəbi ilə birlikdə istehsal edib. 70 dəqiqəlik ekran
işinin ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitriy Naqovskiy, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur.
Baş qəhrəman
rolunu gənc aktrisa Məryəm İbrahimova ifa edir. Digər rollarda Abdukərim
Nasirov, Dilya Ulaşeva və başqaları çəkilmişlər.
Film Azərbaycanın Xınalıq
kəndindən Sankt-Peterburqa
gələn Fəridədən
bəhs edir. Eşitmə
problemləri olan gənc qız öz həyat yoldaşı Muradın axtarışındadır. O, Muradın harada olduğu haqqında tam xəbərsizdir. Böyük şəhər
Fəridəni bir çox insanlarla qarşı-qarşıya qoyur
və onun bütün həyatını
alt-üst edir.
Film dram janrında çəkilib. Bütün çəkilişlər
Sankt-Peterburq şəhərində
aparılıb.
525-ci qəzet.-2020.-
17 dekabr.- S.9.