İmruz Əfəndiyevanın
85 illiyi elmi konfransla qeyd edilib
Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının 100 illiyi
ərəfəsində, elmi-tədqiqat
laboratoriyasında Azərbaycanın
tanınmış musiqişünas-alimi,
"Musiqi nəzəriyyəsi"
kafedrasının müəllimi,
Əməkdar incəsənət
xadimi, professor İmruz
Əfəndiyevanın 85 illik
yubileyinə həsr olunmuş onlayn elmi seminar-konfrans keçirilib.
Akademiyadan 525.az-a bildirilib ki,
konfransı bu təhsil ocağının
elm və yaradıcılıq
işləri üzrə
prorektoru, Əməkdar
incəsənət xadimi,
professor Gülnaz Abdullazadə
açaraq İmruz xanımın musiqi mədəniyyətimizin, elmimizin
və təhsilimizin inkişafında bir musiqişünas-alim, ictimai
xadim və ən əsası pedaqoq kimi özünəməxsus
rolunu vurğulayıb.
İ.Əfəndiyevanın mədəniyyətimizin, Azərbaycan musiqi fikrinin inkişafında misilsiz xidmətləri ilə tanınan sevimli alimlərimizdən olduğunu diqqətə çatdırıb.
Sonra İ.Əfəndiyevanın
həyat və yaradıcılığını əks etdirən videoslayd təqdim edilib. Slaydın musiqi tərtibatında
V.Adıgözəlovun "Qərənfil" əsəri
Xalq artisti, professor R.Quliyevin ifasında verilib. Daha sonra çıxış
edən elmi-tədqiqat
laboratoriyasının müdiri,
dosent Nuridə İsmayılzadə tanınmış
alim İmruz xanımın parlaq və bənzərsiz portretini canlandıraraq, vətəndaş və gözəl insan kimi şəxsi keyfiyyətlərini konfrans
iştirakçılarının nəzərinə çatdırıb.
N.İsmayılzadə bildirib ki, İmruz xanımın qeyri-adi şəxsiyyətini,
enerjili təbiətini,
mənəvi gücünü
və həyat eşqini açıqlamadan,
elmi axtarışlarının
nailiyyətlərini anlamaq
mümkünsüzdür.
Konfransda
"Musiqi nəzəriyyə"
kafedrasının müdiri,
professor K.Nəsirova, "Musiqi
tarixi" kafedrasının
müdiri, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, Əməkdar müəllim, professor Ü.İmanova
çıxış edərək
İmruz xanımın
musiqi elmi ilə ictimai və pedaqoji fəaliyyətini vəhdət
şəklində birləşdirməyə
nail olması, bu yolda bütün çətinlikləri məhəbbətlə,
böyük enerji ilə dəf etməsi haqqında məlumat veriblər. Çıxış edənlər bildiriblər
ki, İmruz xanımın yaradıcılığı
boyu paralel apardığı pedaqoji fəaliyyətini sevimli müəllim kimi təqdim etsə də, musiqi elminin rəngarəng və mürəkkəb problemlərini araşdırmaq
əzmi onun həyat kredosunun əsas istiqaməti olub.
Elmi-tədqiqat laboratoriyasının böyük
elmi işçisi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
M.Rzayeva elmi məruzə ilə çıxış edib.
Məruzəçi elmi rəhbəri
İmruz Əfəndiyevanın
bütün elmi-pedaqoji
və ictimai fəaliyyətini dinləyicilərin
nəzərinə çatdırıb.
İmruz xanımın
ayrı-ayrı bəstəkar
yaradıcılıqlarına həsr edilmiş tədqiqat işlərinin,
musiqi nəzəriyyəsi
və onun aktual problemləri ilə bağlı dərin elmi araşdırmalarının,
Azərbaycan musiqi elmində yüksək qiymətləndirilməsini vurğulayıb.
Konfransda həmçinin,
musiqi nömrələri
səsləndirilib.
525-ci qəzet.-2020.- 17
dekabr.- S.9.