Şəhidlik zirvəsində qərar tutan cəsur kapitan
VƏTƏN
MÜHARİBƏSİNDƏ CANINDAN KEÇƏN
QƏHRƏMANLAR SIRASINDA İGİD
KƏŞFİYYATÇI ZABİTİMİZ ELÇİN
MÜBARİZ OĞLU İSMAYILOVUN DA ADI VAR
Vətən qaladır. Əzəmətli, vüqarlı qala.
Qalanı ucalıq mərtəbəsində
tutan, ruhunun ucalığı bilən,
sal qaya kimi düşmənin qarşısını kəsən
isə Vətən oğullarıdır. Bir-birinə
arxa-dayaq olan bu qaya-oğulların ürəkləri
Vətən sevgisi, Vətən eşqi ilə döyünür. Onlar Vətənimizin işıqlı
sabahları, aydın səmaları üçün
döyüşür. Vətən üçün
can əsirgəmir, şəhadətləri
ilə ölümü
ucaldıb ölümsüzlüyə,
əbədiyyətə qovuşurlar.
"Ölüm var ki, həyat qədər dəyərli"
misrası bu məqama nə qədər dərin məna verir...
Hər bir insan doğulur, yaşayır və əbədiyyətə qovuşur. Lakin çox az
insan sadəcə, yaxınları tərəfindən
deyil, böyük xalqı, çoxsaylı kütlə tərəfindən
xatırlanaraq, ehtiramla
yad edilir. Belə qismət çox az
adama nəsib olur. O insanlara ki, işlərinə, sənətlərinə, ürəklərini,
fikirlərini, bütün
xəyallarını və
arzularını bağlayırlar.
Onlar addımladıqları yollarda
əbədi iz qoymağı bacarmışdılar.
Belə insanlarımız sırasında
şəhid zabitimiz Elçin İsmayılov
da öz yerini tutub.
Xüsusi
Təyinatlı Qüvvələrimizn
(XTQ) zabiti, taborun qərargah rəisinin müavini, mahir kəşfiyyatçı, kapitan
İsmayılov Elçin
Mübariz oğlu 30
may 1989-cu ildə Ucar rayonunda anadan olub. Atası İsmayılov Mübariz Pəhlivan oğlu, anası İsmayılova Dilşad Ələm qızı (hazıra Gigiyena və Epidemiologiya Mərkəzində
laborant vəzifəsində
çalışır), qardaşları
Nurlan və Elvin də Elçindən ilhamlanaraq, Vətən sevgisi ilə böyüyən qardaşlar
sonralar Silahlı Qüvvələrin sıralarına
daxil olurlar.
Elçin 1995-ci ildə Ucar rayonunda 1 saylı orta məktəbə gedib və 2006-ci ildə həmin məktəbi bitirərək
Azərbaycan Ali Hərbi
Məktəbinə qəbul
olub.
O, uşaqlıqdan Vətənini,
Bayrağını hər
şeydən üstün
tutur, çox sevirdi. Məhz buna görə
də karyerasını
hərbə bağlamışdı.
Ən çox
sevdiyi fənlər tarix və hərbi
dərslər idi. Hətta məktəbdə
hərbiyə, Vətənə
aid bütün tədbirlərdə fəal
iştirak edir və 1-ci yerə layiq görülürdü.
Məsələn, onun
iştirak etdiyi "Cəsurlar" (1998-ci il) və "Şahin" (1996-cı il)
adlı hərbi-idman oyunları VII-VIII, X-XI sinif
şagirdəri arasında
keçirilən çoxməqsədli
və maraqlı layihələrdən idi. Bu oyunlar böyüməkdə
olan gənc nəslin vətənpərvərlik
tərbiyəsinə diqqət
və qayğını
artırmaq, onların
ordu sıralarında xidmətə hazırlanmasına
kömək göstərmək
məqsədi ilə keçirilirdi. Həmin tədbirlərdə
aktiv iştirak etdiyinə görə gənc həvəskar çoxlu sayda fəxri fərmana, təltiflərə layiq görülüb.
Elçin ağlı kəsəndən,
dili söz tutandan evdə, məktəbdə, televiziya
verilişlərində erməni
vəhşilikləri barədə
çox görüb eşitmişdi. Xocalı faciəsi 3 yaşlı
Elçinin sonrakı
həyatında da iz qoymuşdu. Məktəbdə
Xocalı faciəsindən
inşa yazanda, tədbirlərdə iştirak
edəndə, televiziyada
erməni vəhşiliklərini
əks etdirən süjetlərə baxanda onunla həmyaşıd olan uşaqlara, qadınlara, ağsaqqallara,
ağbirçəklərə yalnız azərbaycanlı
olduğuna görə
erməni cəlladlarının
işgəncələr verərək
öldürdüklərini görəndə həmişə
deyirdi ki, bir gün mən
sizin qisasınızı
alacam! Və dediyi kimi də
oldu, onların qisasını aldı!
2010-cu ildə Azərbaycan
Ali Hərbi Məktəbi
motoatıcı tağım
komandiri vəzifəsi
üzrə bitirib. Daha sonra
Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzinə
Zabitlərin təkmilləşdirmə
kursunda dinləyici vəzifəsində xidmət
etmək üçün
göndərilib və
oranı "Əla"
nəticə ilə tamamlayıb.
2011-ci il iyul ayının 24-də Ağcabədi
rayonun "N" sayli
hərbi hissənin V motoatıcı taboruna tağım komandiri kimi xidmətə yollanıb. Həmin hərbi hissədə
bir müddət işlədikdən sonra könüllü olaraq
2011-ci ilin noyabr ayından 2012-ci ilin ayının sonuna qədər XTQ-yə yazılıb. XTQ-nin seçim mərhələsindən 300 nəfərdən
19 nəfər uğurla
keçir. Həmin 19 nəfərin
arasında Elçin də vardı. XTQ-yə daxil
olduqdan sonra dəfələrlə Turkiyədə
hərbi təlimlərdə
iştirak edərək
bütün imtahanlardan
uğurla keçib, mükafatlandırılıb.
2012-ci ilin iyul ayının 8-də "N" saylı hərbi hissədə qrup komandirinin müavini,
2014-cü ilin mart ayında
isə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmət
edib.
2012-ci ilin 7 oktyabrında
Elçin ailə həyatı qurur. Gözəl
təməli qoyulmuş
ailədən iki oğlan övladı: 8 yanvar 2014-cü ildə Ömər və 24 may
2016-cı ildə isə
Mübariz dünyaya gəlir.
Ömər bu il
1-ci sinfə gedib. Çox təəssüf ki, atası müharibədən
öncə keçirilən
təlimlərdə iştirak
etdiyinə görə
oğlunun 1-ci sinfə
getdiyini görə bilməyib.
Qəhrəman hərbçimiz 2015-ci ilin
fevral ayında Qazax və Ağstafa
istiqamətindəki döyüşlərdə,
2016-cı ildə isə
Talış kəndi istiqamətində gedən
döyüşdə (Aprel
döyüşlərində) fəal iştirak edib. Lakin onlar - kəşfiyyatçılar
gözəgörünməz qəhrəmanlardır. Ona görə
heç bir mənbələrdə onların
adları çəkilmir,
çünki düşmən
öz "kabusu"nu
tanımamalıdır. Həmin ildə qardaşı Nurlan da Aprel döyüşlərində iştirak
edib.
2015-ci ilin oktyabr
ayından 2016-cı ilin
yanvar ayınadək amerikalı təlimatçılar
tərəfindən Goran
Təlim Mərkəzində
yüksək göstərici
ilə "Special Operations Training" kursunu uğurla keçərək sertifikatla
təltif olunur. 2018-ci ilin iyul ayında
Türkiyədə "Anadolu
Tatbikatı" təlimində
iştirak edir. 2019-cu ilin iyul
ayında isə Pakistanlı təlimatçılar
tərəfindən Giləzi
Tədris Mərkəzində
"Dağlarda döyüş"
kursunu bitirir.
Uzun müddətli təlimlərdən
və hazırlıqlardan
sonra 2020-ci il
sentyabrın 26-dan 27-nə keçən
gecə Böyük Vətən müharibəsində
döyüş komandiri
olub. İlk olaraq
Murovdağ zirvəsinin
fəthində fəal
iştirak edir. Daha sonra Cəbrayıl
rayonunun işğaldan
azad olunması üçün vuruşur
və 4 oktyabrda ilk dəfə Cəbrayılda
Azərbaycan bayrağı
döyüş idarə
edən komandir, kapitan İsmayılov Elçin Mübariz oğlu tərəfindən
ucaldılır. Erməni ordusunun
23 zabitini tək başına, ümumilikdə
isə 200-dən çox
erməni hərbçisini
və çox sayda döyüş texnikasını məhv edir.
Qeyd edək
ki, Elçin İsmayılovla bərabər,
Vətən müharibəsində
qardaşları Nurlan
və Elvin də ön cəbhədə Vətən uğrunda döyüşüblər.
Qəhrəmanımız məhz toy gününə
təsadüf edən
tarixdə - 7 oktyabrda Füzuli istiqamətində
gedən döyüşlərdə
silahdaş yoldaşlarını,
idarə etdiyi qrupu xilas edib,
snayper gülləsinə
tuş gələrək
qəhrəmancasına şəhidlik
zirvəsinə ucalır.
E.İsmayılov savadlı, intellektual səviyyəsi yüksək,
bir çox xarici və ən əsas da düşmən dilini bilən bir hərbçimiz idi. O, təvazökar,
az danışan,
Vətəni sevən
və Tanrıya bağlı bir insan olub. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayırdı. Ətrafındakı insanlar tərəfindən
də məhz belə xüsusiyyətlərinin
zənginliyinə görə
sevilirdi. İnsan ona
ayrılan həyatın
qismini yaşadıqdan
sonra əbədiyyətə
qovuşur, toxunduğu
hər şeydə öz enerjisinin hissəciklərini qoyub gedir. Onun da özündən sonra xalqına, elinə əmanət qoyduğu iki övladı var. Əminik
ki, bu nur
üzlü balalar atalarının həyata keçirə bilmədiyi
arzularını gerçəkləşdirəcəklər.
E.İsmayılovu xatırlayanların, adı çəkildiyi zaman onunla nə
vaxtsa az
və ya çox təmasda olan hər kəsin
ürəyi yerindən
oynayır. Alicənab,
incə yumor hissinə malik, hərtərəfli bacarığa
malik insan - şəhid zabitimiz, ruhun şad olsun!
Yeganə MÖVSÜMOVA
Azərbaycan Milli İncəsənət
Muzeyinin elmi araşdırmalar şöbəsinin
elmi işçisi, sənətşünas