Cənnətin nur üzlü sakini - Orxan Əkbərov
Çox şəhid ailələrinin
dinləyib, onların
Vətən boyda şəhid dərdlərini
qələmə almışam,
daha doğrusu, onlarla dərdləşmişəm.
Hər dəfə də əksər şəhid analarının, atalarının
övladları haqqında
danışdıqlarını dinləyib yazarkən yaddaşımda eyni sözlər təkrarlanıb:
"Vətən sağ
olsun, amma balam da sağ olaydı kaş". Hər bir şəhidin həyat yoldaşının
kədərli baxışlarla
dünyaya boylanmasının
ağrısını, hər
şəhid övladının
"Mənim atam qəhrəmandır" sözündəki
qürurla yanaşı
addımlayan ata yoxluğunun acısını
iliklərinə qədər
hiss etməmək qeyri-mümkündür.
"Od düşdüyü
yeri yaxar" - deyirlər, ancaq bu gün şəhid
ağrısı hər
birimizin ağrımıza
çevrilib. Bir gözü
qələbənin qüruruyla
parlayan xalqın, bir gözü şəhidinə ağlayır.
"Şəhidi olmayan
xalqın mənliyi, kimliyi bilinməz, azadlığı canı
ilə, qanı ilə qazanmayan xalq hər vaxt
kölə kimi gözüqıpıqdır" - deyiblər. Biz bu
gün gözüqıpıq
deyilik, qürurluyuq, çünki düşmənə
layiqli cavab verən igidlər, ərənlər vətəninin
vətəndaşıyıq, qalib xalqın nümayəndəsiyik.
2020-ci il sentyabrın
27-si səhər saatlarında
Ermənistanın atəşkəs
rejimini pozub Azərbaycana qarşı hücum etməsi və Müzəffər Ordumuzun əsk-hücum əməliyyatı keçirməsiylə
VƏTƏN MÜHARİBƏSİ başladı.
Qəribədir, bəlkə də
dünyada yeganə xalq olduq ki,
müharibədə hər
birimizin ən yaxını, ən doğması olmasına rəğmən, müharibə
xəbərinə sevindik.
Çünki bizim müharibəmiz
haqlı müharibə
idi, öz torpaqlarımızı işğaldan
azad etmək üçün illərlə
bu günü - qisas gününü gözləyirdik. Son damla qanımıza qədər vuruşmağa
hazırdıq. Xocalı intiqamıyla
böyüyənlər, Qarabağ
həsrətini çəkənlər,
düşmənə həddini
bildirmək istəyənlər
könüllü şəkildə
yumruq kimi birləşdilər, atıldılar
ər meydanına.
Ali Baş Komandan İlham Əliyevin əmriylə Müzəffər Ordumuzun
cəsur igidləri torpağımızın hər
qarışını 44 gün
ərzində düşməndən
azad edib düşmənə hədini
bildirərək bütün
günahsız tökülən
qanların, Vətən
uğrunda canından keçən şəhidlərimizin
qisasını aldılar
və Qarabağımızı
işğaldan azad etdilər.
Zəfər tariximizi yazan şəhidlərimizdən biri
öz cəsurluğuyla
yaddaşlarda iz buraxmış, əməliylə
şəxsiyyətini təsdiq
etmiş şəhidimiz
polkovnik-leytenant Əkbərov
Orxan Nadir oğludur.
O, 12 dekabr 1982-ci il
Biləsuvar rayonunda ziyalı ailəsində anadan olub. 1989-1997-ci
illərdə Saatlı
rayonu 3 saylı orta məktəbdə,
1997-1999-cu illərdə Biləsuvar
rayonu 1 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb
illərindən öz
vətənpərvərliyinə görə yaşıdlarından
seçilən Orxan Əkbərov orta məktəbi bitirdikdən
sonra Ali Hərbi Məktəbə daxil olub. 2000-2004-cü illərdə
Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi məktəbini
Qoşun Kəşfiyyat
ixtisası üzrə
bitirmiş, 2004-2005-ci illərdə
Təlim-Tədris mərkəzində
ixtisası üzrə
təhsil alıb. 2005-ci ildən N saylı
kəşfiyyat bölüyündə
kəşfiyyat Tağım
komandiri vəzifəsində,
2007-ci ildən kəşfiyyat
Bölük komandiri vəzifəsində, 2012-ci ildən
2020-ci ilədək N saylı
hərbi hissənin Kəşfiyyat bölməsinin
rəisi vəzifəsində
işləyib. 2020-ci ilin yanvar ayından
şəhid olduğu
tarixədək N saylı
hərbi hissənin komandiri vəzifəsində
xidmət edib.
Ailəli olan şəhidimizin vətənə əmanət
iki övladı yadigar qalıb.
Hərbidə qulluq etdiyi müddətdə "Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin 90 illiyi
(1918-2008)" yubiley medalı,
Qüsursuz xidmətə
görə 3-cü dərəcəli
medal, Qüsursuz xidmətə
görə 2-ci dərəcəli
medal, "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
95 illiyi (1918-2013)" yuibley
medalı təltif edilib.
2016-cı ildə Aprel
döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə
fəal iştirak edib. 2020-ci il sentyabr ayında torpaqlarımızın azad
edilməsi uğrunda gedən döyüşlərdə
böyük şücaətlər
göstərib, düşmənin
200-dən çox əsgərini
və bir neçə silah dolu maşınını
məhv edib. Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr
2020-ci il Füzuli istiqamətində
gedən döyüşdə
düşmənin snayperlə
qəfil açdığı
atəş nəticəsində
qəhrəmancasına şəhid
olub. Oktyabrın 6-sı isə şəhidin
nəşi götürülərək
Biləsuvar rayonunda uğrunda canını verdiyi torpağa tapşırılıb. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin Sərəncamı
ilə Orxan Nadir oğlu Əkbərova ölümündən sonra
Vətən Müharibəsi
Qəhrəmanı adı
verilib.
Aysel NƏSİRZADƏ
525-ci qəzet.- 2020.- 16 dekabr.- S.16.