Əyyub Quliyevə
Macarıstanın fəxri
ordeni təqdim edildi
Macarıstanın
Azərbaycandakı səfirliyində Akademik Opera və Balet
Teatrının baş dirijoru və musiqi rəhbəri,
Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr
laureatı Əyyub Quliyevə Macarıstanın yüksək
dövlət mükafatı - "Qızıl xaç"
ordeninin təqdimat mərasimi
keçirilib.
525.az xəbər verir ki, Macarıstanın Azərbaycanda fövqəladə
və səlahiyyətli
səfiri cənab
Viktor Sederkenyi ölkə
rəhbərliyi tərəfindən
azərbaycanlı dirijora
ünvanlanmış təbrik
müraciətini oxuyaraq,
son illərdə Əyyub
Quliyevin müxtəlif
macar musiqi kollektivləri və tanınmış solistləri
ilə gerçəkləşən
beynəlxalq lahiyələrdə uğurlu əməkdaşlığını nümunə olaraq qeyd edib. Sonra
isə iki ölkə arasında mədəni əlaqələrin
inkişafı və genişlənməsi sahəsində
xüsusi xidmətlərinə
görə Macarıstanın
dövlət başçısı
cənab Yanoş Aderın adından "Qızıl xaç" ordeni və xüsusi diplom azərbaycanlı dirijora təqdim olunub.
Öz çıxışında Əyyub Quliyev Azərbaycan mədəniyyətinə
və dirijorluq sənətinə verilmiş
bu yüksək qiymətə görə Macarıstanın Prezidenti Yanoş Ader, ölkənin baş naziri Viktor Orban və şəxsən
səfir Viktor Sederkenyeye təşəkkürünü
bildirib, Macarıstanla
ilə bağlı həm yaradıcılıq,
həm də şəxsi xatirələrini
bölüşüb. Macarıstan simfonik
və kamera orkestrları, görkəmli
ifaçıları ilə
Nyu-Yorkun "Karnegi hall" zalında, Sankt-Peterburqun Mariinski Teatrında konsertləri, Budapeştdə "Klassz
a Parton" festivalı,
2019-cu ildə Akademik Opera və Balet
teatrının simfonik
orkestri ilə tanınmış macar pianoçusu Tamaş Erdi ilə bərabər
"Nərgiz Fondu"
nun dəstəyi ilə gerçəkləşmiş xeyriyyə
konserti ilə bağlı xatirələrini
dilə gətirib. Təqdi
525-ci qəzet.- 2020.- 15 dekabr.- S.9