Tanıyaq və tanıdaq
Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya"
adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından
(1979) sonra ədəbiyyata
gəlmiş, Güney
Azərbaycanda 1960-cı ildə
və daha sonra doğulub boya-başa çatmış
və sənətdə
öz sözünü
demiş Güney şairlərinin arasında
heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək,
həyata, insanlığa,
yazarların ictimai-siyasi
və milli məsələlərə baxışlarını
öyrənmək baxımından
diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son çağın
dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti,
sözyaratma qüdrətinin
nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Esmira
FUAD
***
Məryəm QURBANZADƏ
1982-ci ildə Maku
şəhərində anadan
olub. Çox gənc
yaşlarından qələmə
sarılıb, könlünün
dediklərini ağ vərəqlərə
köçürməyə başlayıb. Universitetdə təhsil alıb.
Təcrübi elm üzrə mütəxəssisdir.
İlin
üçüncü pəncərəsindəyəm,
Günlərdən
Qadın
boyuna biçilmiş
Bir
Hüzün başlayır yaşam,
Yaşam!
İlk sözcüyün
sözcük olduğuna
and olsun yaşam
Və
Çətirlərin yağış
üçün yox,
Yalqızlıqların
yalqız çəkilmədiyi
üçün yaranmasına,
İman gətirməyə fikirləşirəm.
***
Hardan baxsan
Duraqlarda
ertələnən
Bir
Kabus görəcəksən
qarşında.
Kimi ürəyində bir çanta,
Kimi çantasında bir hüzün,
Kimi hüznündə bir ayrılıq,
Kimi ayırlığında bir
həsrətlə
Daşqalaq olun.
Ah ürəyim, ah
Ah hüzünüm, ah
Ah ayrılığım, ah
Ah həsrətim, ah!
***
Ürəyimdə
Anasını itirmiş
Bir uşaq
Çırpınır.
Ürəyimdə
Yaşam
suya gedir,
Ürəyimdə.
Boş ver bunları Tanrım,
Sadəcə bir soru:
Savaşın aşını qarıştıranları
Sənmi yaratdın?
***
Səni
bilmirəm, amma
Mənim
yalqızlıqlarımın ömrü,
Adresi yanlış.
Bir
Məktub
kimi
Yollarda geçir
***
Bir sevda su içir
gözlərimdən
bir su
aydınladır bulandırıqlarda
səni
bir yağış
uçuşu qoynunda
bir öpücük
qondurur alnıma
gülümsə dediyin bir andır
an boyunda qal mənə
qal boyunda anla məni
anla boyunda sev məni
sev boyunda sevirəm səni.
Esmira Fuad
2020.- 525-ci qəzet.- 2020.- 12
dekabr.- S.15.