Abay Kunanbayevlə bağlı elmi sessiya keçirilib
Dekabrın 9-da AMEA akademik Ziya
Bünyadov adına
Şərqşünaslıq İnstitutunda görkəmli
qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü
ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik
İsa Həbibbəyli Abay
Kunanbayevi XIX əsr qazax modern ədəbiyyatının
qurucusu və ilk
realist şairi kimi dəyərləndirərək, şairin 175 illiyinin türk dünyasında geniş qeyd edildiyini bildirib və AMEA-da da il ərzində bununla bağlı bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Akademik İ.Həbibbəyli Şərqşünaslıq İnstitutunun
keçirdiyi elmi sessiyadakı məruzələrin
Azərbaycan Abayşünaslığını
zənginləşdirəcəyinə əminliyini bildirib.
Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirdə
çıxış edərək
bildirib ki, Abay Kunanbayev XIX əsr qazax yazılı ədəbiyyatında
şeirə mövzu,
forma, dil, üslub, vəzn yenilikləri gətirmiş qüdrətli
söz ustadıdır. 2020-ci ilin TÜRKSOY tərəfindən
"Abay ili" elan edildiyini xatırladan akademik G.Baxşəliyeva Şərqşünaslıq
İnstitutunda Abay yaradıcılığı ilə
bağlı tədqiqatlar
aparıldığını və hazırkı elmi sessiyanın da İnstitutun bu istiqamətdə mühüm
addımlarından olduğunu
deyib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun aparıcı
elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Elman Quliyev "Abay Kunanbayevin lirikası" mövzusunda
məruzə edib. Şairin lirik yaradıcılığı
barədə ətraflı
danışan E.Quliyev
Abay Kunanbayev poeziyasının rəngarəng
mövzu dairəsi olduğunu, onun əxlaqi-didaktik şeirlərində
təhsil, elm və tərbiyə məsələlərinin
əks olunduğunu, həmçinin mənəvi-əxlaqi
meyarların müəyyənləşdirildiyini
qeyd edib. Məruzəçi bildirib ki, Abay Kunanbayev klassik poeziya və xalq şeiri
ənənələrindən bəhrələnərək onlara
yaradıcı yanaşmış,
gözəl poetik nümunələr ərsəyə
gətirmiş və onun şeirə dil, üslub, mövzu baxımından gətirdiyi yeniliklər qazax ədəbiyyatında
yeni şeir ənənəsinin əsasını
qoymuşdur.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent Təranə
Həşimova
"Müasir qazax
yazılı ədəbiyyatının
banisi Abay Kunanbayev və dünya ədəbiyyatı"
mövzusunda məruzə
edib. T.Həşimova bildirib ki, şair
qazax folklorundan, qazax poeziyasından, eyni zamanda, klassik
Şərq poeziyasından
bəhrələnərək qazax ədəbiyyatına
yeniliklər gətirmişdir.
Şairin dünyagörüşünün
formalaşmasında Şərqin
alim və şairləri qədər
Qərb mütəfəkkirlərinin
də rolu olmuşdur. Böyük
maarifçi Abay Kunanbayevin Şərq və Qərb ədəbi mühitinə
necə daxil olmasından danışan
məruzəçi, onun
şeir yaradıcılığının
ilk dövründə Şərqin
böyük mütəfəkkirləri
sırasında böyük
Nizami və Füzulinin sənəti və şəxsiyyəti
qarşısında hesabat
verdiyini bildirib, şair kimi formalaşmasında onların
sənətinin böyüklüyünü
qeyd etməsinə dair nümunələr gətirib.
525-ci qəzet.- 2020.- 11 dekabr.- S.13.