Şəfalı əllər
Tibb elmləri doktoru, professor, Rusiya Milli Tibbi
Tədqiqat Ravmatologiya
və Ortapediya Mərkəzinin Travma ağırlaşmaları
və irinli fəsadları şöbəsinin
aparıcı elmi işçisi Aqşin Böyük Ağa oğlu Bağırov N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə
və profilaktika fakültəsini bitirdikdən
sonra travmatologiya və ortopediya sahəsini seçib.
Bu sahədə elmi
axtarışlarını davam
etdirərək, gərgin
zəhmətin hesabına
elmin zirvəsinə yüksəlib və işlədiyi müddətdə
zəngin təcrübə
qazanıb. Sonrakı elmi-təcrübi fəaliyyəti onu Rusiya həyatı ilə bağlayıb və dünyanın böyük meqapolislərindən
biri olan Moskva şəhərində
yaşamalı və işləməli olub.
Aqşin Bağırov hazırda travmatologiya və ortopediya sahəsi üzrə Moskva şəhərində sayılıb-seçilən
mütəxəssislərdən biridir. O, yeganə azərbaycanlıdır
ki, 12 il
Kreml səhiyyə sistemində şöbə
müdiri vəzifəsində
çalışıb. Hazırda Moskva
şəhərində onun
adını daşıyan
və uğurla fəaliyyət göstərən
özəl klinikanın
rəhbəridir. Aqşin həkim
tibb sahəsində görkəmli alimlərdən,
özünəməxsus ixtisas
sahiblərindən biri
olduğu kimi, eyni zamanda, mənəvi
cəhətdən bütöv,
yetkin və yüksək dərəcədə
vətənpərvər bir
ziyalıdır.
Böyük alman filosofu Hegel yazır ki, müharibə həyatın
zəruri hadisəsidir. Müharibə mərdlik, cəsarət, qeyrət və yüksək vətənpərvərlik
meydanıdır. İyirmi yeddi
ildən ziyadə bir dövrdə erməni qəsbkarları
tərəfindən zəbt
edilmuş qədim Qarabağ torpaqlarının
mənfur düşməndən
azad olunması üçün Azərbaycan
xalqı ayağa qalxdı və yumruq kimi birləşərək,
müzəffər Ordumuza
və Ali Baş Komandana dəstək oldu.
Yüksək təlim görmüş nizami ordumuz düşmən üzərinə hərtərəfli hücuma başladı. Qəddar erməni hərbi birləşmələri ordumuzunun döyüş əzmi qarşısında duruş gətirı bilməyərək geri çəkilmək məcburiyətində qaldılar. Beləliklə, şanlı ordumuz erməni qəsbkarlarının çoxlu sayda canlı qüvvəsini və döyüş texikasını məhv edərək, 27 ildən çox düşmən tapdağı altında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut, Qubadlı rayonlarını, o cümlədən, Qafqazın konservatoriyası və qeyrət qalamız olan Şuşa şəhərini erməni qəsbkarlarından təmizlədi. Şanlı ordumuz üçrəngli bayrağımızı qədim Şuşa şəhəri üzərində dalğalandırdı.
Gərgin döyüşlər zamanı düşmən saysız-hesabsız canlı itkilər versə də, çox təəssüf ki, Azərbaycan Ordusu tərəfdəndən də şəhidlərimiz və yaralılarımız oldu. Allah şəhidlərimizə rəhmət eləsin, onlar şəhidlik zirvəsinə yüksələrək, yeni tarix yazdılar. Ancaq bununla bərabər, yaralılarımıza yüksək tibbi yardım göstərib onları ayağa qaldırıb öz ailəsinə qovuşdurmaq fədakar həkimlərin üzərinə düşürdü. Belə fədakar həkimlərdən biri uzun müddət Moskva şəhərində yaşayıb işləyən, xalqımızın vətənpərvər və qeyrətli oğlu, mənsub olduğu xalqa, tarixi vətəninə olan sevgisini həmişə ürəyində yaşadan təcrübəli travmatoloq-ortoped, professor Aqşin Bağırovdur. Aqşin həkim Vətənin dar günündə doğma xalqının yanında olub, yaralılara peşəsinə uyğun köməklik göstərməyi özünün mənəvi borcu hesab edirdi. Elə bu istəklə Aqşin həkim təyyarə ilə İstanbula (Bakıya uçuş olmadığına görə), oradan da Bakıya uçdu. Bakıda onu tələbəlik dostu- "City hospital"ın rəhbəri həkim Bayram Qorçuyev qarşılayıb cəbhə bölgəsinə getməsinə şərait yaratdı. O, əvvəlcə Füzuli rayonunda yaralı əsgərlərə baxış keçirdi, iki nəfər yaralı əsgər üzərində ağır əməliyyat apardı, onların sağalması üçün qüvvə və bacarığını əsirgəmədi. Hər zaman şəfalı əlləri ilə yaralılara məlhəm olan bu təcrübəli həkim daha sonra məlumat alır ki, doğma anasının dədə-baba yurdu olan Ağcabədidə daha çox yaralı əsgərlərimizin cərrahi əməliyyata ehtiyacı var. Ürəyi Vətən sevgisi ilə döyünən Aqşin həkim orada gün ərzində 12 yaralı üzərində 14 əməliyyat aparır və əsgərlərimizin həyat eşqinin sönməməsinə zəmin yaradır. Oradan Yevlax şəhərinə yola düşən həkim nicat gözləyən bir nəfər ağır yaralının üzərində birbaşa iki əməliyyat keçirir və əvvəl aparılmış əməliyyatın nəticəsində 4 nəfər yaralıya düzəliş aparır. Xeyirxah əməlindən yorulmayan Aqşin həkim Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada və onun yaxınlığındakı klinik modulda olan xəstələrə baxış keçirir, əvvəl aparılmış əməliyyatın nəticəsini yaxşılaşdırmaq məqsədilə vacib manipulyasiyalar edir. Həkimin bildirdiyinə görə, ağır sümük zədələnmələri zamanı bəzən bir xəstə üzərində bir neçə dəfə cərrahi əməliyyat aparmalı olursan. Təmənnasız gördüyü xeyirxah işlərdən mənəvi zövq alan və təsəlli tapan Aqşin həkim nəzarətə götürdüyü yaralıları yoxlamaq və başqa yaralılar üzərində əməliyyat aparmaq məqsədilə bu günlərdə yenidən Vətənə dönmək istəyindədir. Yaralılara baxış keçirilməsi və əməliyyat aparılması Bakıda yerləşən "City hospital"da planlaşdırılıb.
Xatırladaq ki, Birinci Qarabağ savaşında da Aqşin həkim peşəsinə uyğun olaraq yaralılara ciddi tibbi yardım göstərib, Vətən yolunda öz borcunu verməyi əsirgəməyib. O, şəxsi təşəbbüsü və xeyriyyəçi iş adamlarının dəstəyi ilə Moskva şəhərində hazırlatdığı İlizarov aparatlarını özü ilə Azərbaycana gətirib, çoxlu sayda yaralı əsgərlərimizin sağlması üçün istifadə edib.
Bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan qayğıkeş insan, ləyaqətli Vətən övladı, professor Aqşin Bağırova Moskva şəhərində fəaliyyət göstərən "Şəhriyar" Ədəbi-Mədəni cəmiyyətinin yaradıcı heyəti adından təşəkkürümü bildirir, ona fəaliyyətində uğurlar arzulayıram.
Vasif MƏMMƏDOV
"Şəhriyar" Ədəbi-Mədəni Cəmiyyətinin sədri
525-ci qəzet.- 2020.- 18 dekabr.- S.12.