Səni ilk
dərs günündə məktəbə özüm
aparacam
ŞUŞA
FATEHLƏRİNDƏN OLAN 19 YAŞLI ŞƏHİD FUAD
ƏLİYEVİN ARZULARI
O, hələ lap kiçik yaşlarından qəhrəmanlıq
filmlərinə, xüsusən
də əfsanəvi Mixaylonun igidliyinin təsirli sonluqla bitən ekran təcəssümü - "Uzaq
sahillərdə"yə dönə-dönə
baxırmış. Məktəbli vaxtlarından da hərbçi olacağını
qət edibmiş.
Tovuz elinin Aşağı Öysüzlü kəndinin
sadə bir ailənin dörd oğul övladından biri olan Fuad
Əliyev elə bu arzusu ilə
orta təhsilini başa vurub, hərbi xidmətə yollanır. Qulluq etdiyi zaman nümunəvi xidmətinə
görə onu xüsusi təyinatlı qüvvələrimizin tərkibinə
götürürlər.
"Onun iki illik əsgəri xidmət müddəti qarşıdan gələn
yanvarda bitirdi. Amma onsuz
da, o, hərbçi yolunu davam etdirəcəydi.
Hələ uşaqlıqdan Vətən
uğrunda canlarından
keçən qəhrəmanlarımızın
ruhu elə bil, onun qəlbində
qərar tutmuşdu.
Müharibə başlayanda, biz yaxınları
dəqiq bilirdik ki, o, ən çətin cəbhələrdə
öndə gedənlərdən
olacaq. Onun xasiyyəti belə
idi axı", - deyə, şəhidin atası Ramin Əliyev bildirir.
"Son dəfə bizə
Şuşa uğrunda
hücumdan əvvəl
zəng vurdu. Dedi ki, ana, axı
mən həmişə
qəhrəman olmağı
arzulayırdım, bunun
gerçəkləşəcəyi an yaxınlaşır. Siz özünüzü qoruyun,
"kiçik balam"dan
da - o, 6 yaşında
olan qardaşını
belə adlandırırdı
- muğayat ol. Elə bütün xidmət vaxtı da "kiçik bala"sı ilə danışanda, deyərdi ki, darıxma, gələn sentyabrda ilk dərs günü məktəbə
səni özüm aparacam. Qoy desinlər, qəhrəmanın
qardaşısan!", - deyə
igidin anası Rəsmiyyə Əliyeva xatirələrini danışır.
"Amma qaqam ilə getməsəm də, ilk dərsə onun şəkli ilə gedəcəyəm. Qaqam dediyi
kimi, biləcəklər
ki, qəhrəmanın
qardaşıyam!" - bu da həmin "kiçik bala"nın sözləridir.
Xüsusi
təyinatlı dəstənin
əsgəri 19 yaşlı
Fuad bəlkə də dünya hərb tarixinə unikal əməliyyat kimi daxil olacaq
bir fəthdə itirak edir və
hər bir azərbaycanlının ürəyində
xüsusi yeri olan, Qarabağımızın
incisi Şuşa
şəhərinin alınmasında
şəhidlik zirvəsinə
yüksəlir.
"Şuşadan əvvəl
isə Fuad Füzuli, Cəbrayıl, Hadrutun işğaldan azad edilməsi istiqamətində mərdliklə
vuruşub. Bütün gənc ömrü ərzində özünün
hər zaman arzuladığı qəhrəmanlıq
dastanını isə
gözəl Şuşada
tamalayıb, xətm etdi", - deyə şəhidin babası Etibar Əliyev qürurla bildirir.
Hər birimizin
əmin-amanlığı və ölkəmizin daha işıqlı gələcəyi naminə
Vətən müharibəsində canlarını fəda etmiş 2783 Vətən Övladının
müqəddəs ruhları Azərbaycanın hər bir guşəsində insanları doğma torpağın qədrini bilməyə
səsləyir. Aşağı Öysüzlü
kəndində də şəhidlərin xatirəsinə bulaq salınır. Onların ruhu
kimi saf suyu olacaq bir
bulaq.
Zakir
MURADOV
525-ci qəzet.- 2020.- 19 dekabr.- S.24.