Sevgi röyama
girmə bu gecə
1952-ci ildə Kosovonun Prizren şəhərində doğulub. 1974-1999-cu illərdə Priştine Televiziyasında mədəniyyət proqramları hazırlayıb. "Sevginin rəngini axtarırsınızsa", "Öncə sevgiyə doğar Günəş", "Rumeli, o mənəm!" adlı kitabların müəllifidir. 1999-cu ildən nəşr edilən "Türkcəm" jurnalının baş redaktorudur.
Sərçə röyama girmə bu gecə
Sən olmaq istəyərəm sonra
Qanadım yox
Necə uçaram
Uçmasam, qəlbim qırılar
Çiçək röyama girmə bu gecə
Sən olmaq istəyərəm sonra
Çöl, bozqır, daş
Demədən
Hər yerdə açmaq
Hər yerdə qoxlanmaq istəyərəm
Sülh röyama girmə bu gecə
Sən olmaq istəyərəm sonra
Gücüm çatmaz
Necə
qalib olaram savaşda
Qalib olmasam, içim içimi yeyər
Sevgi röyama girmə bu gecə
Sən olmaq istəyərəm sonra
Və söz həmişə
Sevgidən açılsın istəyərəm
Belə olmasa
Mən heç bir şey olmaq
istəmərəm.
Zeynəl
BEKSAÇ
525-ci qəzet.- 2020.- 19 dekabr.- S.18.