Məndən soruşsalar
1981-ci ildə Şimali
Makedoniyanın Üsküb şəhərində
doğulub. Aziz Kiril və Metodiy Universitetinin filologiya fakültəsini bitirib. Uzun müddət
Türk dili müəllimi olaraq çalışıb. 2002-ci
ildən yayımlanan
"Körpü" jurnalının
baş redaktorudur.
Məndən soruşsalar belə
deyərdim:
Danışmaq çətin deyil,
çətini susmaqdır,
Yazmaq çətin deyil, çətini yazmamaqdır,
Ağlamaq çətin deyil,
çətini ağlamamaqdır,
Anlatmaq çətin deyil, çətini anlaşılmaqdır,
Ölmək çətin deyil,
çətini yaşamaqdır,
Gülmək çətin deyil,
çətini gülümsəməkdir,
Bilmək
çətin deyil, çətini anlamaqdır,
Sevmək
çətin deyil, çətini aşiq olmaqdır,
Yatmaq çətin deyil, çətini oyanmaqdır,
Dərd
çətin deyil, çətini dərd daşımaqdır,
Günahkar olmaq çətin
deyil, çətini günahlandırılmaqdır,
Yetim olmaq çətin deyil, çətini kimsəsiz qalmaqdır.
Leyla ŞƏRİF EMİN
525-ci qəzet.- 2020.- 19 dekabr.- S.18.