Dan işığı

 

 

1980-ci ildə Kosovoda Prizren şəhərində doğulub. Priştine Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində bakalavarmagistr təhsili alıb. "1951-2001 dönəmində Kosovoda Modern Türk Ədəbi Yaradıcılığı" adlı doktorluq dissertasiyasını 2011-ci ildə müdafiə edib. Şeir, esse, elmi məqalələri Kosovo və Türkiyənin müxtəlif dərgilərində müntəzəm olaraq yayımlanır.

 

 

Bir gün bohem bir mahnı yazmalıyam,

Ərqəvanlar bədənini oxşayanda

Bir səhər bir sol, bir lya, bir si tonunda günə oyanmalı bir piano

Bir ney ədasında olmalı incə və zərif duruşun

Və sadəcə zülflərin dəyməli gicgahıma...

Mən özümü tapmalıyam yoxluğunda

O gün sən də yox olmalısan varlığımda...

 

İtirmək

 

Bir gecə,

anidən bir ulduz axacaq

göyüzündən,

bəlkə ansız,

bəlkə zamansız,

bəlkə də xəbərsiz...

Bilinməyən bir sahildən

bilinməyən bir adresə doğru

yol alacaq

səssiz bir gəmi kimi

arxasınca əl sallayanlar anlayacaqlar

ulduzsuz qaranlıq gecələrin

demək olduğunu

və gedən gəmilərin

bir daha gəlməyəcəyini.

 

 

Tanər GÜCLÜTÜRK

 

525-ci qəzet.- 2020.- 19 dekabr.- S.18.