“Qəsdən intellektual şeylər danışmışam, anlamadıqları üçün gülə bilməyiblər”

 

Aktyor Erkin Ergin: "Pozitivliyi sevdiyimə görə komediya janrını özümə daha yaxın bilirəm"

 

Bu gün Azərbaycanda komediya aktyorları, "Stand UP" şoular videobloqerlər hər gün daha da məşhurlaşır, əvvəlki illərə nisbətən filmlər daha çox komediya janrında çəkilir. Bunun əsas səbəbi isə insanların onları güldürən, qısa həcmli filmlərə, videolara tələbatının artmasıdır.

 

İnsanların bu ehtiyaclarını  ödəmək üçün bu yola çıxan aktyorlar videobloqerlər çox olsa da, həqiqətən güldürməyi bacaran, intellektual izləyici kütləsinə sahib olanlar çox azdır.

 

Aktyor, ssenarist Erkin Ergin ilə söhbətimiz elə bu mövzudadır.

 

***

 

- Aktyorluğa marağınız necə yarandı?

 

- Uşaqlıqdan incəsənətin hər sahəsinə - aktyorluğa, musiqiyə, rejissorluğa rəssamlığa marağım olub. Ona görə , özümü sırf bir sahəyə aid edə bilmirdim. Amma hər zaman kənardan "səndən yaxşı aktyor olar" deyirdilər. Məktəb vaxtlarında öz oxuduğum məktəbin yox, başqa məktəbin KVN komandasında iştirak edirdim. Universitedə qəbul olduqdan sonra da orada KVN ilə məşğul oldum. Daha sonra televiziyada işləməyə başladım.

 

- Özünüzü daha çox hansı janrda tapırsınız? Sizcə, güldürmək asandır, yoxsa ağlatmaq?

 

- Təbii ki, güldürmək daha çətindir. Xüsusilə, insanları gülməsini istədiyiniz şeyə güldürmək çox çətindir. Mən hər zaman çətin olanı sevmişəm. Dram janrında tamaşaçıları ağlatmağa nail olmaq asandır, komediya janrında isə bu, çox çətindir. Yumor zövq məsələsidir. Güldürə bilmək üçün gərək qarşınızdakı insan sizin kimi düşünsün. Pozitivliyi sevdiyim üçün komediya janrını özümə daha yaxın hiss edirəm.

 

- Heç olubmu hansısa "Stand UP" şounuzda heç kim gülməyib?

 

- Əlbəttə, olub. Ancaq gülmədikləri üçün heç vaxt problem yaşamamışam. Hətta bəzən qəsdən güldürmədiyim olub. Məsələn, auditoriyanın çox ucuz şeylərə güldüyünü görüb qıcıqlandığım üçün qəsdən daha intellektual şeylər danışmışam. Nəticədə, anlamadıqları üçün gülə bilməyiblər. Hətta bir neçə dəfə zalda əyləşənlərdən biri hörmətsizlik edərək yüksək səslə danışdığı üçün səhnədən düşüb çıxış etməkdən imtina etdiyim olub.

 

- Festival üçün film çəkilişiniz olubmu?

 

- Festival üçün film çəkməmişəm, amma filmə çəkilmişəm. Özümün festival üçün yazdığım 10-a yaxın ssenarim var, qismət olsa, gələcəkdə film çəkəcəyəm. Əlavə olaraq, filmin çəkilməsi üçün ssenarini düzgün başa düşən rejissor olmalıdır. Təəssüf ki, hələ festival üçün yazdığım ssenariləri düzgün anlayıb çəkən rejissor olmayıb.

 

- Çəkdiyiniz videoların qısametrajlı filmlərin cəmiyyətə dərəcədə faydası var?

 

- Əslində, faydası çoxdur. Amma təbii ki, faydasını hiss edənlər var, hiss etməyənlər . İzləyici kütləm inkişaf etmək istəyən gənclər yetkin insanlardan ibarətdir. Çəkdiyim videolarda isə daha çox insan azadlığını, hər kəsin fikrinə hörmət etməyin vacibliyini, həyatı sevməyi həyatın acı həqiqətlərini qəbul etmək lazım olduğunu vurğulayıram. Fikrimcə, millət olaraq ağlamağı sevinməyi bacarmırıq, azad şəkildə hisslərimizi ifadə edə bilmirik. Ona görə , çəkdiyim videolarda belə şeyləri vurğulamağa daha çox üstünlük verirəm.  Ümumilikdə istər çəkdiyim videolar, istərsə yazdığım ssenarilər təkcə izləyicilərə yox, videobloqerlərə təsir edir. İstədiyim nəticə ilə müqayisə etsək, deyə bilərəm ki, 70 faiz təsiri var.

 

- Bəs çəkdiyiniz videolar filmlərdə müasir tənqidin yeri qədərdir?

 

 

 

- Müasir tənqid çox qarışıq məsələdir. Əvvəla, tənqid mütləq nəyisə həll etməlidir. Nəyisə bəyənmədim, bu işi etmə demək tənqid deyil, sadəcə yönləndirməkdir. Tənqid insanı işindən soyutmamalı, bir növ öyrətməlidir. İnsan güzgüyə baxanda heç vaxt daxili səhvlərini görmür, yalnız xarici görünüşündə olan qüsurları görür. Biz "Stand UP" şoularda videolarda cəmiyyətdə olan qüsurları üzə çıxarırıq. Aktyor dövrünün güzgüsüdür.  Ancaq bir çox insan tənqid olunduğu üçün bu güzgüyə baxmaqdan qaçır, ya da öz üzərinə götürmür. Özümə qarşı isə çox az sağlam faydası toxunan tənqid almışam. Sağlam tənqid edən insanlardan da bərk yapışıb dost olmuşam. Bu gün mən nəsə çəkəndə fikir bildirmələri üçün birinci o insanlara göndərirəm. Bir sözlə, izah etmədən, səbəblərini demədən hansısa işə bəyənmədim demək sadəcə, əngəl olmaqdır. Əlavə olaraq, məsələn, ötən əsrlərdə Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə digər başqa yazıçılarımız əsərlərində satiradan, tənqiddən istifadə ediblər. Amma təəssüf ki, xalq dəyişməyib. Çünki bu dahilərdən sonra yeni dövr başlamalı, satiradan sonra cəmiyyət dəyişməli idi. Ancaq Sovet dövrünün gəlməsi ilə  xalq onları unutdu. Düzdür, Sovet dövrünün bizə çox xeyri dəyib, ancaq biz özümüz oxuyub dəyişməyə meylli olmamışıq. Bu gün kimdən soruşsanız, deyəcək ki,  Mirzə Ələkbər Sabir dahidir, ancaq bir şeirini deyə bilməyəcək. Sadəcə, dahidir deyib qoyuruq bir kənara. Sanki sadəcə, üzdən tanımaqla yetinirik, araşdırıb maariflənmirik. Ona görə onları oxuyandan sonrakı mərhələmiz yoxdur. Bəzi şeylər var ki, 100 il keçsə , indinin özündə tənqid edirik.

 

- Sizcə, kinonu yalnız kinotənqidçilər tənqid edə bilər, yoxsa hər bir izləyicinin tənqid etməyə haqqı var?

 

- Təbii ki, yalnız kinotənqidçilər tənqid edə bilər desək, yanlış olar. Mən kinonun necə çəkildiyini bilməyə bilərəm, amma izlədiyim kinolar əsasında zövqüm formalaşır. Məsələn, Amerika yumorunu sevirəm kimsə Amerikan yumoruna müraciət edərək kino çəkirsə, mən onu tənqid edə bilərəm. Çünki çox izləmişəm, məlumatım var. Ancaq mən heç vaxt komediya izləməmişəmsə, komediya janrında çəkilmiş kinonu tənqid edə bilmərəm. Misal üçün, Azərbaycanda yalnız Cem Yılmazı izləyib məni tənqid edən izləyicilər var. "Stand UP" ilə məşğul olan yalnız bir insanı izləməklə tənqid etmək olmaz. Bunun üçün "Stand UP"ı sevmək, yaşamaq, bu işlə məşğul olan bir çox insanı izləmək lazımdır. Kino tənqidi isə professional sahədir. Sözsüz ki, kinotənqidçilərin tənqidinin faydası daha çoxdur.

 

- Amerikalı rejissor Alfred Hitchcockun dediyi kimi, kino həyatın maraqsız hissələrindən ibarətdir, yoxsa həyatımızın özüdür?

 

- Fikrimcə, kino insanların gündəlik həyatında fikir vermədiyi hadisələri çəkib göstərməkdir. Hətta fantastik kinolarda da yuxumuzda gördüyümüz, ya da altşüurumuzda qalan, amma üzərindən keçdiyimiz hadisələri bizə göstərirlər.

 

- Son olaraq, bu sahə ilə maraqlanan insanlara nə demək istəyirsiniz?

 

- Dayanmadan oxumaq, maariflənmək və inkişaf etmək lazımdır. Maliyyə cəhətdən bir az sıxıntılı sahə olduğu üçün, yeni başlayanda psixoloji cəhətdən hər şeyə hazır olmalıdırlar. Professional olmaq üçün ilk başlarda pulu düşünmədən çalışmaq, maariflənmək lazımdır.  Əlavə olaraq, hədəf kütləsi müəyyənləşdirmək, kimdən dəyər almaq istədiyini bilmək lazımdır. Sizi izləyənlər intellektual, mədəni insanlar olsalar, sizə daha yaxşı işlər görmək üçün motivasiya verəcəklər və işinizdən daha da zövq alacaqsınız.

 

Aytac ASLAN

 

525-ci qəzet.- 2020.- 9 dekabr.- S.23.