AİJA - tarixə çevrilən
25 il
Azərbaycan İdman Jurnalistləri
Assosiasiyası – AİJA-nın
yaradılmasından 25 il ötür. Bu 25 ilin hər
biri ölkənin idman mediası tarixinin parlaq səhifəsidir desək,
əlbəttə, yanılmarıq.
Nəzərə alsaq
ki, müstəqil Azərbaycan Respublikasının
cəmi 29 yaşı
var, onda 25 rəqəminin də möhtəşəmliyi və
heç də kiçik tarix olmadığı görünər.
Təməli 1995-ci ildə əməkdar
jurnalist Eldar İsmayılov tərəfindən
qoyulan, ölkənin idman mediasının yaradıcı əməkdaşlarının milli
birliyi missiyasını
ləyaqətlə həyata
keçirən Azərbaycan
İdman Jurnalistləri
Assosiasiyası - AİJA ölkə
daxilindəki uğurlu
fəaliyyəti ilə
yanaşı, beynəlxalq
əlaqələrini də
möhkəm təməllər
üzərində qura
bilib. AİJA yaranışından
bir il sonra,
1996-cı ildə Beynəlxalq
İdman Mətbuatı
Assosiasiyasına - AİPS-ə müraciət edərək
dünya idman və media aləmində yüksək nüfuza malik bu təşkilata
müvəqqəti üzv
statusu alıb, 1997-ci ilin mayında isə İspanıyanın
Ovyedo şəhərində
keçirilən 60-cı Ümumdünya
Konqresində yekdil səslə AİPS-ə və
təşkilatın qitə
seksiyası Avropa İdman Mətbuatı İttifaqına (AIPS EUROPE/UEPS) tam hüquqlu üzvlüyü
təsdiq edilib.
Həmin
vaxtdan da AİJA Azərbaycan idmanının və idman mediasının beynəlxalq əlaqələrinin
genişləndirilməsi, Avropaya
və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin
idman ictimaiyyətinə,
idmansevərlərə və
peşəkarlara çatdırılması,
media əməkdaşlarının peşə ustalıqlarının
artırılması istiqamətində
məqsədyönlü fəaliyyətini
yüksələn xətlə
inkişaf etdirir. Bu gün idmanın
və idman mediasının ən nüfuzlu dairələrində
AİJA üzvləri və
tərəfdaşları bu
missiyanı şərəflə
yerinə yetirməkdədir.
Sonra Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə
AİJA nümayəndə heyəti hər il keçirilən ümumdünya və qitə məclislərində
- Macarıstanda, Kanadada,
Yunanıstanda, Portuqaliyada,
Mərakeşdə, İsveçrədə,
Çində, Cənubi
Koreyada, Qətərdə,
Avstriyada və digər ölkələrdə
keçirilən AİPS və
UEPS konqreslərində ölkəmizin
idman mediasını ləyaqətlə təmsil
etdi, Bakının möhtəşəm saraylarında
yaddaqalan maraqlı tədbirlərə imza atdı, bir sıra möhtəşəm
layihələrin həyata
keçirilməsinə nail oldu, üzvlərinin və təəssübkeşlərinin
boy sırasını bir
neçə nəfərdən
500-ə yüksəltdi, Avropa
və dünya ölkələrinin tanınmış
idman yazarları, həmçinin, Beynəlxalq
Olimpiya Komitəsi
(IOC), Avropa Olimpiya Komitəsi (UOC), Beynəlxalq
İdman Federasiyaları
Baş Assambleyası
(GAİSF), Dünya Antidopinq
Komitəsi (WADA), bir sıra Beynəlxalq İdman Federasiyaları, Beynəlxalq Universitet İdmanı Federasiyası
(FISU) və digər nüfuzlu təşkilatlarla
sıx və qırılmaz əlaqələr
qura bildi.
Bütün bu məqsədyönlü
işlərin nəticəsidir
ki, həm AİJA, həm də onun rəhbəri, ömrünün 54 ilini peşəkar jurnalistikamıza
həsr etmiş Eldar İsmayılov beynəlxalq media və idman aləmində Azərbaycana başucalığı
gətirəcək bir
səviyyəyə yüksələ
bilmişdir.
Təsadüfi deyil ki, 2010-cu il aprelin 28-də Türkiyənin turizm cənnəti Antalyada, beşulduzlu «Riksos Premium Hotel»də 50-dək ölkənin
milli idman jurnalistləri qurumunu öz ətrafında birləşdirən
Avropa İdman Mətbuatı İttifaqının
- (AIPS EUROPE/UEPS) 32-ci Baş Assambleyasında gizli səsvermə yolu ilə keçirilən seçkilərdə həmin
təşkilatın İcraiyyə
Komitəsində yaxın
dörd il üçün 12 yerə
Yunanıstan, Rusiya,
Malta, Türkiyə, Böyük
Britaniya, Fransa, Almaniya, Avstriya, Serbiya, İrlandiya və Sloveniya nümayəndələri ilə
yanaşı, ilk dəfə
olaraq Azərbaycan təmsilçisi Eldar İsmayılov da yer tuta bildi.
Belçika, Polşa,
Xorvatiya və bir sıra ölkələrdən
olan namizədlər isə lazımi miqdarda səs toplaya bilmədilər. Bu sevindirici hadisə,
145 illik Azərbaycan jurnalistikası tarixində
beynəlxalq media təşkilatı
rəhbərliyinə seçimlərdə
ilk qələbəmiz kimi
tarixə və yaddaşlarda yaşayacaq.
Milli təşkilatımızın
Avropa İdman Mətbuatı İttifaqı
rəhbərliyində təmsil
olunması ilə əlaqədar 2011-ci ilin beynəlxalq əlaqələr
qrafikinin daha çevik və dinamik olacağı gözlənilirdi. Belə də oldu.
2011-ci ildə AİJA nümayəndələri müxtəlif
ölkələrdə baş
tutan 9 beynəlxalq tədbirdə uğurla iştirak ediblər.
AİJA prezidentinin təklifi
ilə Avropa idman yazarları elitası öncüllərinin
- AIPS EUROPE İcraiyyə Komitəsinin
Bakıda toplanmasına
qərar verilmişdi. Ölkə başçımız
cənab İlham Əliyevin bilavasitə diqqəti və tapşırığı ilə
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tədbirin təşkilinə cəlb
olundular. Nəticədə,
Bakıda yenicə istifadəyə verilmiş
“Hilton” hotelində AİJA bu
tədbirin yüksək
səviyyədə keçirilməsinə
nail ola bildi.
Həmin vaxt dövlət başçımız xaricdə
işgüzar səfərdə
idi. Lakin Bakıdakı tədbirimizi
diqqətdə saxlamışdı.
AİPS prezidenti Canni Merlonun da qatıldığı Avropa İdman Mətbuatı İttifaqı
İcraiyyə Komitəsinin
üzvləri ölkəmizin
Milli Məclisində yüksək səviyyədə
qəbul olundular.
Milli Məclisin o vaxtkı sədri cənab Oqtay Əsədovla olduqca səmərəli və yaddaqalan görüş oldu.
Söhbət zamanı yaxın
illərdə MDB məkanında
ilk dəfə AİPS konqreslərindən
birinin Bakıda keçirilməsi təşəbbüsü
irəli sürüldü.
Daha sonra cənab Prezident bu işə
öz xeyir-duasını
verdi. 2012-ci ilin 12-16 fevralında
AİJA prezidenti Eldar İsmayılov, vitse-prezident
Nərgiz Mahmudzadə,
MOK-un vitse-prezidenti Çingiz
Hüseynzadə, digər
fəallarımızdan ibarət
geniş tərkibli nümayəndə heyətimiz
Avstriyanın İnsbrusk
şəhərində keçirilən
AİPS-in 75-ci konqresinə qatıldı.
Konqresin
açılış mərasimində
üç dövlətin
başçıları - Avstriya
prezidenti Hayns Fişer, federal kansler Verner Fayman, İordaniya şahzadəsi
Feisal ibn Hüseyn, Monako knyazı Albert II iştirak etdilər. Konqresdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AİJA-nın
üzvü Çingiz
Hüseynzadə və
AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə çıxış
edərək ölkəmizin
2014-cü ildə AİPS-in 79-cu konqresinin Bakıda keçirilməsi təklifi
ilə çıxış
etdilər. AİPS tarixində ilk dəfə
rəsmi dövlət
zəmanət məktubu
olmadan təklifimiz konqres iştirakçılarının
alqışları ilə
qarşılandı.
2013-cü
ilin 15-19 aprelində
AİJA-nın geniş
tərkibli nümayəndə
heyəti Soçi şəhərində təşkil
olunan 78-ci konqresində
növbəti ildə
Bakıda keçiriləcək
konqreslə bağlı
AİPS və AİJA arasında
müqavilə imzalandı,
tədbirin son günü
Rusuya Federasiyası baş nazirinin müavini Vitali Kozak, Ümumrusiya İdman Jurnalistləri Federasiyasını prezidenti
Nikolay Dolqopolov ənənəvi olaraq
AİPS-in bayrağını təntənəli şəkildə
növbəti ildə
konqresə ev sahibliyi edəcək ölkənin nümayəndələrinə - Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadəyə
və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti
Eldar İsmayılova təqdim etdilər.
2014-cü
il aprelin
26-da Bakıda, “Marriot Abşeron”
Hoteldə AIPS EUPOPE/UEPS-in Baş
Assambleyası keçirildi.
Burada növbəti dörd il
üçün təşkilatın
İcraiyyə Komitəsinə
seçkilər keçirildi.
AİJA prezidenti Eldar İsmayılov 4 il
əvvəl Antalyadakı
qələbəsini yenilədi.
Həmin axşam konqres iştirakçılarının şərəfinə verilən
ziyafətdə Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin parlaq nitqi qonaqların hafizəsində silinməz
izlər buraxdı.
27 aprel-1
may 2014-cü il tarixdə Bakıda
AİPS-in 90 illiyinə təsadüf
edən konqres müvəffəqiyyətlə keçdi.
Sonrakı illərdə də
AİJA-nın beynəlxalq
fəaliyyəti uğurla
davam etdi və bu gün
də davam etməkdədir.
Bəşəriyyətə meydan oxuyan COVİD-19 pandemiyası səbəbindən
Azərbaycanda kütləvi
tədbirlərin keçirilməsi
məhdudlaşdırılıb. Bu səbəbdən AİJA özünün
25 yaşını rəsmi
qeyd edə bilmir. Lakin yarandığı 1995-ci ildən bu günə
kimi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ölkə
daxilində yüzlərlə
maraqlı layihələrə
imza atıb, çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlər
keçirib. Bu gün də öz missiyasını ləyaqətlə davam etdirir. Arxada isə tarixə çevrilmiş 25 il vardır.
Nərgiz Mahmudzadə
Azərbaycan İdman Jurnalistləri
Assosiasiyasının 1-ci vitse
prezidenti, AİPS-in üzvü
525-ci qəzet.- 2020.- 23 dekabr.- S.20.