Canıyeva Göyərçin 

 

 

- Yerek...

Ratsiyadan səs gəlir:

- Canıyev, yerini de!

- Təpənin "A" nöqtəsi!

Ratsiyadan səs gəlir:

- Əbdülov, yerini de!

- Təpənin "B" nöqtəsi!

- Erku...

On üç yaşlı Göyərçin

giley tökür kağıza:

"Ehh, bu riyaziyyat da

yığıb məni boğaza!

"A"-dan "B"- məsafə

bilim, qədərdi?

atam olsa, bilərdi..."

 

"Canıyev,

aradakı məsafəni xəbər ver!"

- Ratsiya hələ susmur...

İnsanlar özlərinə yaxşı təsəlli verir:

"Ordu müharibəni olsun, hələ udmur?

əsas odu, uduzmur..."

- Mek!

Bu vaxt bir mərmi deşir

buludların bağrını.

Silahlar da diksinir

Partlayışın səsinə...

O partlayış,

əsgəri tutub "A" nöqtəsindən

atır "B" nöqtəsinə...

"Tapdım, anacan, tapdım!

Məsafə əlli metr!" - bərk qışqırır Göyərçin...

"Canıyev, baş verir?!" - Ratsiya ağı deyir...

birdən

əlaqə itir...

sonuncu nəfəs ilə,

Canıyev ratsiyanı dodağına gətirir.

Xırıltılı səs ilə:

"Komandir, əlli metr..."

 

 

El ROMAN

 

525-ci qəzet.- 2020.- 3 dekabr.- S.15.