Şuşanın müjdəsi
"Qəzetçi", səsləyərək
dilləndi Məsmə
nənə,
- "Təzə nə
xəbərlər var,
nə deyirlər bu günə?"
- "Filan yerdə
filan vaxt zəlzələ baş veribmiş.
Filankəsin evinə gecə oğru giribmiş.
Sabah hava yağışlı,
gecə isti olacaq,
Turistlər axın edir, Bakı yaman dolacaq".
Qayıdanda hər axşam
qəzetçi öz
evinə,
Məsmə nənə yüyürür
tez sevinə-sevinə.
Televizor
da danışır,
radio da səslənir,
Nənə tək xəbərləri
Qəzetçidən dinləyir.
Hərdən 1-2 dənə qəzet
istəyir nənə,
Sərir dibçək altına su tökəndə güllərə.
Hərdən büküb tıxayır
qapının arasına,
Hərdən məzəmmət edir
gözünün qarasına:
"Kaş özüm oxuyardım, görəydim
nə var-nə yox,
Bircə görməyimi də Tanrı mənə gördü çox".
Şuşadakı evinin sənədini
gizlicə,
Açır yenidən bükür qəzetlərə hər
gecə.
Yağışlı payız günü qəzetçi
tez sevincək,
Məsmə nənə yaşayan
küçəyə tələsərək
İstədi xəbər versin,
"Nənə, yazır
ki, qəzet
Şuşa artıq
qayıdıb, sən
də muradına
yet!"
Qapını döydü durdu,
səs gəlmədi səsinə,
Heç
kimi tanımır ki,
səslənsin bir
kəsinə.
Qəzetçi tez-tələsik qırdı
qapı-bacanı,
Gördü gözü yumulu həmişə nur saçanı.
Gözünün yaşın tökdü
qəzet tutan əlinə,
Yavaşca pıçıldadı: "Şuşa qayıdıb,
nənə..."
Nənənin son laylası Şuşanın
müjdəsiydi,
Qəzetlər də nənənin
yeganə kimsəsiydi...
***
Taxtından düşən şəhər
Tacın əlində olub.
Ağalığın həmindi.
Vüqarın, cəsarətin,
Şah təpərin
həmindi.
Laçın oğlun, xatın
qızın
Ümidi sönməmişdi.
Laçın oğullar sarı
Tel-tel yolunan saçın
Rəngi köhnəlməmişdi.
Sözü-söhbəti şirin şəhər
Dillərdə söz olmuşdun.
Bu gün qəhrəmanlığın
Görk oldu bu cahana.
"Laçın qalası"
Kəlbəcərdən
"Laçınlar" Şuşadan əl uzatmışdı sənə
sarı.
Neçə qızın şümşad
boylu yarı
Yol gəlirdi sənə sarı qucmağa
Gəlirdi hökmünü, bayrağını
sancmağa...
Ayaq altdan götürüldü
tacın, şəhər...
Əzəlim, əbədim laçın
şəhər...
Sorağınla açacam səhəri
Yurdumun,
elimin, obamın Laçın şəhəri...
Nadir Rzalı
525-ci qəzet.- 2020.- 3 dekabr.- S.15.