"Bu yükü
övladlarımıza miras
qoymamalıyıq..."
Dekabrın
1-də Azərbaycanın əzəli torpağı olan
Laçın rayonu öz sahibinə - azərbaycanlılara
qaytarıldı. Laçın uğrunda döyüşlərdə
Azərbaycanın neçə-neçə qəhrəman
oğlu şəhid olub.
Belə
igidlərdən biri də noyabr ayının 4-ü
Laçının Xanalılar kəndində
dünyasını dəyişən, şəhid general-mayor
Polad Həşimovun yaxın dostu və döyüş
yoldaşı, polkovnik-leytenant Tağıyev Ruslan Fuad
oğludur.
O, 1982-ci ildə iyun ayının 12-də İsmayıllı
rayonunun Qubaxəlilli kəndində gözlərini
dünyaya açıb.
İsmayıllı rayonu 3 saylı
orta məktəbdə
orta təhsilini başa vurub. 1999-cu ildə H.Əliyev adına Ali Hərbi
Məktəbə daxil
olub. 2004-2005-ci il Naxçıvan Muxtar Respublikasının Sədərək
rayonunda N saylı hərbi hissədə 5-ci
tabor kəşfiyyat tağım
komandiri, 2005-2010-cu illərdə
Kəngərli rayonunda
N saylı hərbi hissədə kəşfiyyat
bölük komandiri,
2010-2012-ci illərdə Culfa
rayonunda N saylı hərbi hissədə kəşfiyyat bölmə
rəisi olub.
2012-2014-cü illərdə Ali Hərbi Akademiyada təhsilini davam etdirib. 2014-2017-ci illər arasında Şəmkir rayonu N saylı hərbi hissədə kəşfiyyat şöbə
rəisinin baş köməkçisi rəisi,
2017-2020-ci illər arasında
Müdafiə Nazirliyində
müxtəlif vəzifələrdə
çalışıb. Vətən xidməti ərzində bir sıra sertifikatlar,
medallar və təşəkkürnamələr ilə təltif olunub.
2019-cu ilin fevral və iyun aylarında
ikili razılaşma əsasında Çinin Pekin şəhərində
ölkəmizi təmsil
edib və hərbi biliklərini artırmaq məqsədilə
təhsilini davam etdirib. 2020-ci ilin oktyabrında Türkiyəyə
doktorantura təhsili almağa yollanacaqdı.
Lakin Vətən müharibəsi
başlayan zaman övladları olan Fuad, Polad və
3 yaşlı Nurayı
həyat yoldaşına
əmanət edərək
"ezamiyyətə gedirəm"
deyir. Ailəsi yalnız bir
neçə gün sonra onun döyüşdə
olduğunu öyrənir.
Atası
ilə söhbəti zamanı bu sözləri deyir: "Sizdən bizə qalan bu yükü
övladlarımıza miras
qoymamalıyıq".
Həyat yoldaşı dəfələrlə
diqqətli, ehtiyatlı
olmağı barədə
təkliflər etsə
də, polkovnik-leytenant
şəhidlərin heç
birindən artıq olmadığını bildirir.
Vətən müharibəsində qeyd dəftərinə yazdığı son sözlər
isə bu olur: "Məni yola salanda xanımım,
uşaqlar ağladı.
İndi tək istəyim döyüşlərdən sağ-salamat
qayıdıb onları
bir daha görməkdir".
Qardaşı Həsən Tağızadə
isə bu sözləri deyir: "Verilən məlumatlara əsasən, onun artilleriya atəşinə
tutulan əraziyə tək başına "pikap" tipli nəqliyyat vasitəsilə
gedərək
şəhidləri, yaralıları,
üzvləri qopmuş
yaralıları çıxardığını
bilirik".
Vətən uğrunda canını fəda edən igid zabitimiz Vətən müharibəsində
bir çox strateji yüksəkliklərin
alınmasında fəal
şəkildə iştirak
edir. Füzuli, Zəngilan,
Cəbrayıl rayonlarında
gedən şiddətli
döyüşlərdə iştirak edir, son döyüşü isə
Laçının Xanalılar
kəndində olur. Döyüş tapşırığını
yerinə yetirərkən
qəhrəmancasına şəhid
olur. 38 illik ömrünün 21 ilini Vətənə xidmət
edir və 21 illik Vətənə qüsursuz xidməti ilə bağlı Vətən müharibəsindən
əvvəl medal ilə
təltif olunur.
Ruslan Tağıyev
noyabrın 5-də İkinci
Fəxri Xiyabanda dəfn olunur.
Ruhun şad olsun igid, təmiz qəlbli Azərbaycan zabiti, səni heç vaxt unutmayacağıq...
Fərid CƏFƏROV
525-ci qəzet.- 2020.- 4 dekabr.- S.16.