Gözünüz aydın
Gözünüz aydın olsun, ay ellər, ay obalar,
Əsir torpaqlarımız bir-bir qayıdır geri.
İndi
dünya görsün
ki, oğul doğur analar,
Hər birində
Nəbinin, Səttarxanın
hünəri.
Sona yetir millətin otuz illik həsrəti,
Daha daşımayacaq
bu yükü, bu zilləti.
Ürəklərdə qövr edən Qarabağ məhəbbəti,
Birləşdirib xalqımı, gözləyirik
zəfəri.
Bir zaman çox ağladıq, qaçqın
düşəndə ellər,
Soldu vətən
həsrətli, torpaq dərdli könüllər.
Bu gün nəğmə oxuyan, türkü söyləyən dillər,
Çoxdan gözləyirdilər bu köçü, bu səfəri.
Kükrəyir dağım-daşım Azərbaycan sevinir,
Qəlbində vətən eşqi
yanan hər can sevinir.
Əl-ələ verib ellər,
dəniz, ümman sevinir,
Bir əsgərə
dönübdür bu günün hər nəfəri.
Sağ olsun ər oğullar,
var olsun qalib ordu,
Qurtarır azğınlardan hər obanı, hər yurdu.
Baş Komandan qəlblərdə
özünə heykəl
qurdu,
Qələbəylə başlayır açılan
hər səhəri.
Zəfər tarixi yazır Azərbaycan əsgəri!
Qurban olum
Yeri düşmən üstünə,
igid əsgərim yeri,
Tətiyini çəkəndə əlinə
qurban olum.
Ana torpağımızda sən
cəsarətlə yürü,
Boyuna, kürəyinə,
belinə qurban olum.
Düşmənin hiyləsindən Tanrı
qorusun səni,
Orden, medal bəzəsin,
geniş, məğrur
sinəni.
Döyüş zəfərlər üçün,
unutma dünənini,
Yağmuruna, doluna, selinə qurban olum.
Ayağın altda torpaq, başın üstdə gün olsun,
Aldığın hər obada şənlik, toy-düyün
olsun.
Anaların gördüyü yuxuları
çin olsun.
Onların dua edən dilinə
qurban olum.
Bu xalqın qisasını
nanəcibdən al da gəl.
Atəşləri yağının öz başına sal da gəl.
Mənfurları qov eldən, qələbəni çal
da gəl,
Arxasınca su çiləyən
gəlinə qurban olum
Minlərlə şəhid verdik,
sən evinə diri gəl,
Qələbəylə, zəfərlə, uğurlarla
geri gəl.
Dastan qoşum adına,
yenə üzü bəri gəl,
Anan xına yaxdığı
telinə qurban olum.
Sən haqqın yolundasan, Tanrı bilir, haqq bilir,
Ümidlər parıldayır, gözlər
yaşını silir.
Ayağın dəyən yerdə çəmən, çiçək,
bağ gülür.
Çəməninə, dağına, gülünə
qurban olum.
Xalqımız sizinlədir, sanki gərilmiş simdi.
İrəli get, irəli qeyrət vaxtıdır indi.
Qoy düşmən anlasın
ki, qarşısındakı
kimdi,
Koroğlu nərəsi çək,
dəlinə qurban olum.
Savaşlarda doğuldun, döyüşdə
böyüdün sən,
Onunçün də bu qədər
qüdrətli, hünərlisən.
Dili Vətən soraqlı, qələbə zəfərlisən,
Vətəninə, anana, elinə qurban olum!
Koroğlu nərəsi çək,
dəlinə qurban olum!
Aybəniz KÜRƏKÇAYLI
Əməkdar müəllim
525-ci qəzet.- 2020.- 4 dekabr.- S.15.