Haqqınızı halal
edin, şəhidlər
Filologiya
üzrə fəlsəfə
doktoru, dosent, şair-publisist
Şəhidlər qoymadı ensin bu bayraq,
Hər dalğası
bir şəhidin ruhudu.
Vətən iman yerim, Vətən inancım,
Bu Vətən savaşı
- xalqın ruhudu.
Şuşa baş tacımız,
sizsə Şuşanın
Tacını bəzəyən qızıl,
zərsiniz.
İki
min yeddi yüz səksən üç şəhid,
Bu xalqın dilində
ta əzbərsiniz.
İki
min yeddi yüz səksən üç şəhid,
Aydın səmalardı, açıq
alındı.
Sizin sayənizdə Ağdam azaddır,
Kəlbəcər alındı, Laçın alındı.
İki min yeddi yüz səksən üç şəhid,
Xudayar səsində Vətən sözüsüz.
Qarabağ uğrunda təkcə şəhid yox,
Həm də Qarabağın artıq özüsüz.
Bayraq kölgəsində şəhid məzarı,
Bundan müqəddəs yer tanımıram mən.
Vurulsam,
yıxılsam, yaram qan versə,
Durub savaşaram
- tanı, buyam mən.
Qan sızan yarandan öpürəm şəhid,
Öpürəm boş qalan çəkmələrindən.
Öpürəm savaşda tabloya
dönən,
O məğrur duruşlu əsərlərindən.
Önündə diz çöküb
baş əyirik biz,
Can verib can verdin daşa, torpağa.
İndi
ürəklərdir sənin
Vətənin,
Döndün könüllərdə enməz
bayrağa.
Bizə
haqqınızı halal
eyləyin,
Sizlərin hər addım izi Vətəndi.
İki
min yeddi yüz səksən üç şəhid,
Min iki yüz qırx
beş yaralı
igid,
Yüzlərlə qəhrəman qazi Vətəndi.
04-12-2020
Elxan
Yurdoğlu
525-ci qəzet.- 2020.- 5 dekabr.- S.15.